Ana səhifə

Şəri də Allahmı yaradır?


YazdırSend to friend

İslama görə xeyiri, yaxşını, gözəli yaradan da Allahdır; şəri, pisi, çirkini yaradan da. "Allah şəri necə yaradar?" deyənlər var.

 

Gözəl cisimlərin şəkilini çox yaxşı edən bir rəssam, çirkin surətləri də eyni müvəffəqiyyətlə təsvir edə bilirsə, bu onun sənətdəki mükəmməlliyini göstərər. Çirkin varlıqların şəkilini edə bilməsəydi, bu bir nöqsanlıq olardı. Pislikləri yaratma mövzusuna da bu misalla baxıla bilər.

 

Qaldı ki, şəri yaratmaq deyil, işləmək şərdir.

 

"Şəri Allah yaratmır" deyənlərə dərhal soruşaq: Allah yaratmırsa, kim yaradır?

 

Bu suala veriləcək hər cavabda şirk qoxusu var. Yaratmaq Allaha xasdır və Onun bərabəri, bənzəri, köməkçisi, ortağı yoxdur. Bu məsələnin bir üzü.

 

Bir də mövzunun imtahan istiqaməti var. Əgər Allah, yalnız xeyiri yaratsaydı, pisliklər heç olmazdı. O zaman imtahanın da bir mənası qalmazdı. Harama girmək, günah işləmək, inkar etmək mümkün olmazdı. Hər kəs məcbur olaraq mələk kimi olardı. Halbuki Rəbbimizin muradı bu deyil. O, qulun öz istəyi ilə xeyirə yönəlməsini arzu edir. Bu səbəblə, qulun iradəsi nəyi seçsə onu yaradır.

 

Məsələn, ayaqlarla məscidə də gedilər, meyxanaya da. Birincisi xeyir, ikincisi şərdir. Allah, qulun dilədiyinə görə yaradar. Meyxanaya yönələn ayaqlar daş olsaydı, harama meyl edən gözlər kor olsaydı, ibadət etməyənlər müəyyən bir xəstəliyə tutulsaydı, qulun iradəsi qalmazdı.

 

Bu halda, yaxşılarla pisləri ayırmaq üçün, xeyirin yanında şəri də yaratmaq hikmətin də özüdür. Bu şərh, "Allah, şərə niyə mane olmur?" sualının da cavabıdır.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz