Ana səhifə

Sərxoş olmayacaq qədər spirt qəbul edən adam, bu halda namaz qıla bilərmi?


YazdırSend to friend

Əvvəlcə bunu ifadə etmək lazımdır ki spirtli içkilər və narkotik maddələr dinimizin qaydalarında haram edilmişdir: Rəsulu Əkrəm (sallallahu aleyhi və səlləm) belə buyurur:

"Çoxu sərxoş edən şeyin azı da haramdır." (Tirmizi, Eşribe, 3; Əbu Davud, Eşribe, 5; Nəsai, Eşribe, 25)

"Bir farakı sərxoş edən şeyin bir ovucu da haramdır." (Ahməd, Müsned, 6/71, 72, 131)

"Farak" təqribən 43,5 kq. lık bir ölçü qabıdır.

Bu səbəblə bir Müsəlmanın spirtli içki içməsi və narkotik istifadə etməsi düşünülə bilməz. Ancaq bu haramı işləyən adam bunun haramlığını inkar etmədiyi müddətcə Müsəlmandır; bu səbəblə ibadətləri yerinə yetirmə mükəlləfiyyətindən qurtulmaz. Çünki hər əmr və qadağa müstəqil bir borcdur.

Bununla birlikdə ibadət bir idrak və şüur işidir. Bunun üçündür ki  bütün ibadətlərdə Müsəlman olmanın və buluq çağına çatmanın yanında ağıllı olmaq şərti qoyulmuşdur. İbadətlərin məqbul olması üçün  ibadət niyyətiylə və ixlasla edilməsi lazımdır. Bu səbəblə namaz qılacaq  oruc tutacaq kimsənin nə dediyini  nə etdiyini biləcək qədər ayıq olması, ağılının başında olması lazımdır. Uca Allah Nisa surəsinin 43. ayəsində,

"Ey iman edənlər! Sərxoşkən  nə dediyinizi bilənə qədər namaza yaxınlaşmayın."

buyurmuşdur. Beləliklə  spirt qəbul edən adam  nə dediyini biləcək qədər sərxoş deyilsə namazlarını qılması lazımdır. Eyni şəkildə imsak vaxtında nə dediyini biləcək qədər ayıq olan adamın orucunu tutması lazımdır.

Sərxoş olduğu üçün bu ibadətləri yerinə yetirə bilməyən kimsənin, işləmiş olduğu həm içki günahından həm də fərzləri zamanında yerinə yetirməmə günahından ötəri tövbə etməsi və daha sonra da o ibadətləri qəza etməsi lazımdır.

Ümid edirik ki, zamanında, nöqsansız və Allahın əmr etdiyi kimi qılınan bir namaz, namaz qılanın günah işləməsinə də mane olar:

"Sənə vəhy edilən kitabı oxuyub təbliğ et, namazı haqqıyla əda et! Şübhəsiz ki namaz, insanı, pis və çirkin davranışlardan, meşrû (qanuni) olmayan işlərdən uzaq tutar. Allahı namazla xatırlamaq, əlbəttə ən böyük fəzilətdir. Allah nə etdiklərinizi bilir! (Ənkəbut, 29/45)



26-03-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz