Ana səhifə

Şəvval orucunu qəza orucuyla birlikdə tutmaq caizdirmi?


Ramazandakı tutmadığınız oruclarınızın qəzasını, şəvval ayında tutmanızda dini baxımdan qorxu yoxdur.

Şəvval ayı bir qisim dinî hadisələri xatırladan özəl bir aydır. Əvvəl həcc hazırlığını xatırladır bu ay. Ramazandan sonrakı aylar onsuz da həcc ayları sayılır. Hacı adaylarımız şirin bir həyəcanla yol hazırlığına girərlər, yola çıxana qədər də maraqlı suallar soruşar, həcc ibadətlərini qüsursuz etmək üçün məlumat toplamağa çalışırlar.

Təbii, şəvval ayının bir də özünə məxsus orucu olduğunu da unutmazlar. Həm elə oruc ki, bu ayda altı gün oruc tutan, sanki bütün ili oruclu keçirmiş kimi savaba nail olar, bir il nafilə oruc mükafatına qovuşa bilər. Alimlərimiz, şəvval ayında tutulan altı günlük orucun bütün il oruc tutmuş kimi savaba vəsilə olmasını izah edərkən deyirlər ki:

- Ayədə hər yaxşılığa on savab veriləcəyi bildirilmişdir. Otuz Ramazanı tutan bu səbəblə üç yüz savab almış olar. Ramazandan sonrakı Şəvvaldə altı günü də tutan, onlardan altmış savab alınca üç yüz altmış edər. Yəni bir illik nafilə oruc ...

Bu qədər az oruca o qədər çox savab olar mı? Bu suala cavab olaraq deyilir ki:

- Kimsə öz xəsisliyini sonsuz comərdlik və ikramın sahibi Rəbbimizin comərdliyiylə müqayisə etməsin. İnsanlar yetər ki niyyətlərini xalis tutsunlar, rəhməti qəzəbini keçmiş olan Rəbbimiz qullarını həmişə bağışlamaq istəməkdə, qullarının az əməlinə çox mükafatları bunun üçün lütf etməkdədir.

Şəvval orucunun kəffarə orucu kimi arxa arxaya, yəni bitişik tutulması da lazım deyil. Ay ərzində müəyyən fasilələrlə da tutula bilər. Ancaq, Ramazan içində bəhanələrindən dolayı tutmadığı oruc borcu olanlar, əvvəl borclarını tutsalar yanlış etmiş olmazlar. Əvvəl qəza borclarını tutub bir an əvvəl fərz oruclarının borcundan xilas olmaları daha uyğun olar. Bundan sonra fürsət tapsalar altı gün şəvval orucuna da niyyət edə bilərlər. Qəza orucu səbəbiylə çatdıra bilməzlərsə şəvval ayında yenə də oruc tutmuş olurlar.



06-08-2014 12:00:00