Ana səhifə

Şaban Ayı


İlahi feyz və bərəkətin yer üzünə yayıldığı bu mübarək ay müsəlmanlar üçün ən karlı və qazanclı fürsətdir. Çünki Şabanın dəyər və qiymətini artıran ən əhəmiyyətli yönü, digər aylara görə (Ramazan istisna olmaqla) edilən hər əməlin və ibadətin savabının üç yüz qatdan çox olmasıdır. (Şualar, s. 416.)

 

Digər vaxtlarda qılınan bir rükət namazın savabı on isə, Şaban ayında üç yüzdən çoxdur. Oxunan hər bir Qur`an hərfi üçün üç yüz Cənnət meyvəsi vardır.

Yenə bu lütf və bağışlanma ayı olan günlərdə əməl dəftərimizin savab xanasına qeyd etdiyimiz ibadətlər, hər an şeytan və nəfsin atdığı qəflət, vəsvəsə və şübhə oxlarına bir qalxan vəzifəsi görərək gerçək huzurumuzun qaynağı olar. Çünki fərqində olmadan və ya bir anlıq qəflət sonunda etdiyimiz xəta və qüsurların kəffarəsi ola biləcək gözəl əməllər ən bərəkətli şəkildə bu günlərdə əldə edilir. Ayrıca bu ibadətlər gələcəkdə hücumuna məruz qala biləcəyimiz günahlar üçün də bir sipər mahiyyətindədir.

Rəsul-i Əkrəm Əfəndimiz Aleyhissalatu Vəssalam digər aylara görə bu ayda daha çox ibadət edərdi.

"Şaban mənim ayımdır."

"Şaban günahları təmizləyəndir" buyuraraq qədrini yücəltirdi. (Kəşfül Hafa. 2:9)

Rəcəb ayı gəldiyi zaman da "Allah`ım, Rəcəb və Şaban (ayını) bizə mübarək və bərəkətli et" buyurardı. (Müsnəd, 1:259)

 

Beləcə dua və niyazlarında bu ayların müqəddəsliyini dilə gətirmişlər.

Peyğəmbərimizin Şaban ayına göstərdiyi bu hörmətin bir səbəbi də davamında gələcək olan Quran ayı olan Ramazandan dolayı idi. Hz. Ənəs`in(Allah onda razı olsun) rəvayətinə görə, Peyğəmbərimizdən sual soruşarlar:

"Ya Rəsulullah, Ramazandan başqa ən fəzilətli oruc ayı hansıdır?"

Bu suala Peyğəmbərimiz Əleyhissalatu Vəssalam,

"Ramazanı təzim üçün (Ramazanın hörmətinə) Şa`ban 'da tutulan orucdur " cavabını verirlər. (Tirmizi, Zəkat: 28.)

 

Başda Hz. Aişə(Allah ondan razı olsun) anamız olmaqla bir çox səhabənin bəyanına görə Peyğəmbərimiz bəzən Şaban ayının hamısını, bəzi dəfə də çox günlərini oruclu keçirərdi. Onsuz da digər günlər, xüsusilə bazar ertəsi və Cümə axşamı günləri də oruclu olan Rəsul-i Əkrəm Aleyhissalatu Vəssalam maddi və mənəvi bir çox hikmətindən dolayı oruc ibadətini tez-tez edərdi.

Bu barədə Hz. Âişə'nin (r.a.) belə bir rəvayəti vardır:

"Rəsulullah Aləyhissalatu Vəssəlam bəzi aylarda çox oruc tutardı. Hətta, biz, onu bu ayda heç iftar etmədi sanırdıq. Bəzi aylarda da çox iftar edərdi. Hətta, biz, onu bu ayda heç oruc tutmadı deyərdik. Rəsulullahın Aləyhissalatu Vəssəlam Ramazandan başqa bir ayın orucunu tamamladığını görmədim. Şaban ayındakı qədər, özündə, çox oruclu olduğu bir ay görmədim "  (Buxari, Savm: 51.)

 

Hz. Âişə başqa bir rəvayətində bu mövzuda bunları söyləyir:

"Rəsulullah Əleyhissalatu Vəssalam ilin heç bir ayında Şaban ayında çox oruc tutmaz və belə buyurardı:

"Əməllərdən gücünüzün çatdığı qədər yerinə yetirin. Çünki siz bezmədikcə, Allah da sizə əsla sizdən bezməz. Allah yanında əməlin ən məqbul əməl insanın az da olsa davam etdiyi əməldir." (Müslim. Sıyam: 177 )

Yenə Hz. Âişə, İbni Macədə keçən başqa bir rəvayətində də, "O (Rəsul-i Əkrəm) Şaban ayının hamısını orucla keçirərək, nəhayət Şabanı Ramazanla birləşdirirdi"  (İbni Macə, Savm: 4.)

 

Bu iki rəvayətdən hədis alimləri, Peyğəmbərimizin bəzi illər Şaban'ın hamısını, bəzi zamanlarda da çox gününü oruclu keçirdiyi qənaətinə gəlmişlər. Onsuz da hədisdə keçən "hamısı" mənasına gələn "küll" sözü Ərəbcədə əksəriyyət mənasında istifadə edilərdi.

Bir kimsə bir ayın çox gününü oruclu geçirirse, hamısını oruclu keçirdiyi ifadəsi yer alardı.

Hər iki rəvayətdən Şaban ayının hamısını oruclu keçirmənin və ya bir qismində oruc tutmağın caiz olacağı hökmü çıxarılmışdır.

Şaban ayında oruc, namaz, sədəqə kimi ibadətlərin və digər iman və İslami xidmətlərin çox edilməsinin bir hikməti də, davamında gələcək olan Ramazan ayı üçün zehnən, cismən və ruhən bir hazırlıq və vərdişə səbəb olmasıdır. Çünki, bəzi insanlar, "Necə olsa, Ramazan ayı gəlincə daha çox ibadət edərik" deyə qəflətə və tənbəlliyə düşərlər. Məhz Şaban ayında edilən ibadətlər bu pərdəni aradan götürməkdədir.

Bu xüsusa Peyğəmbərimiz, Hz. Üsamə bin Zeydin sualı üzərinə işarə etməkdədir. Hz. Üsamə soruşur:

"Ya Rəsulullah, Şaban ayında tutduğunuz qədər heç bir ayda oruc tutduğunuzu görmədim."

Bunun üzərinə Peyğəmbər Əleyhissalatu Vəssalam belə buyurur:

"Rəcəb və Ramazan ayları arasında bu Şaban ayında insanlar qəflətdədirlər. Bu elə bir aydır ki, əməllər, aləmlərin rəbbinə bu ayda yüksəldilər. Mən oruclu ikən əməllərimin yüksəldilməsini sevərəm."

(Nəsəi, Savm: 70.)

Bu mübarək günləri qiymətləndirərək gün və gecələrimizi mənəvi yöndən daha çox bərəkətli edərsək, bu ayın feyzindən daha çox istifadə etmiş olarıq. Bu aylarda tutulan oruc fərz və vacib olmayıb yalnız sünnədir. Peyğəmbərimizə uyaraq savab və mükafatına nail olmaq üçün oruc tutmağa səy edirik.

Cənab-ı Haqq bizi Şaban ayının nurundan və feyzindən ən azami  səviyədə istifadə edən qullarından eyləsin. Amin.



01-06-2014 12:00:00