Ana səhifə

Şaban ayı və Bəraət Gecəsi


"Şühur-i səlasə" deyilən "üç aylar"ın ikincisi də Şaban ayıdır. Bilindiyi kimi, üç ayların ilki Rəcəb, üçüncüsü də Ramazan`dır. Şaban ayının önəmli bir xüsusiyyəti də, "Bərat Gecəsi" nin bu ayın on beşinci gecəsinə təsadüf etməsidir. Bərat Gecəsi, mələklərin enməsi, duaların qəbul olunub, geri çevrilməməsi kimi bir çox fəzilətə sahib olduğu üçün, olduğu ayı da dəyərli etmişdir. [Pakalın, M. Zeki, Osmanlı Tarix Deyimleri və Terimleri Sözlüğü, İstanbul 1983, III / 302.]

Şaban ayında baş verən hadisələr:

“Həqiqətən Allah və mələkləri Peyğəmbərə salət (xeyir-dua) edərlər. Ey iman gətirənlər! Siz də ona təslimiyyətlə salət və səlâm edin.” (Əhzab, 33/56)

Bu ayə məhz şaban ayında nazil olub. Sanki Allah Təala bizlərə bu ayda Rəsuluna (sallallahu aleyhi və səlləm) çoxlu salavat gətirməyimizi tövsiyə edir.Həmçinin Allah Rəsulu aleyhissalatu vəssəlam buyurmuş ki: “Rəcəb Allahın, Şaban mənim, Ramazan isə ümmətimin ayıdır.”

2.Zəkat əmr olunub.Bunun hikməti də odur ki, möminlər zəkatlarını kasıblara, ehtiyac sahiblərinə verməklə onlara Ramazan öncəsi ərzaq tədarükü etmələrinə yardım edirlər.Şaban ayında öz haqqlarını alan kasıb möminlər Ramazana hazırlıq görərlər.

3.Oruc əmr olunub.Deməli çoxlu oruc tutulmalıdır

Şaban ayı, Hz, Aişə (Allah ondan razı olsun) anamızın ifadələrinə görə, Hz. Muhamməd Aleyhissalâtü Vəssəlam Əfəndimizin bir çox günlərini orucla keçirdiyi mübarək bir aydır. İbadət ü taatdən bir an belə uzaq durmayan, hər halını ibadətə çevirən Peyğəmbərimiz ümmətini xəbərdar etmişdir:

"Gücünüz çatdığı qədər Allah'a ibadət edin, siz usanmadıqca Allah sizdən usanmayacaqdır." [Buxari, Savm, 39; Müslim, Müsafirin, 215,220; Tirmizî, Qiblə, 13; İbn Macə, Zühd, 28; Əhməd]

Üsamə bin Zeyd soruşmuş:

- Ya Rəsûlallah! Heç bir ayda Şaban ayında tutduğunuz oruc qədər (nafilə) oruc tutmursuz, səbəbi nədir?

Əfəndimiz Sallallahu aleyhi və səlləm cavab vermişlər:

Bu ay, Rəcəb ayı ilə Ramazan ayı arasındakı Şaban ayıdır. İnsanların əhəmiyyətini anlaya bilmədiyi bir aydır. Hansı ki, o ayda əməllər (ibadətlər) âləmlərin Rəbbinə, kâinatın Yaradıcısına qaldırılır, ərz olunur. Mən istəyirəm ki, mənim əməlim, ibadətim mən oruclu ikən Allah Təala`ya ərz olunsun.” [Əhməd b.Hanbel, V / 201; Nəsaî, Sıyam, 70.]

Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam`ın bu rəftarı Qur'an'ın bu ayəsinə işarə etməkdədir:

"Kim izzət və şərəf istəyirsə (bunu bilsin ki) izzətin hamısı Allah'a aiddir. (O Allah ki insana izzət və şərəf qazandıran) tərtəmiz sözlər O'na çıxar. O sözləri Allah'a yüksəldəcək olan da saleh (təmiz, dürüst, xalis) əməllərdir. " [Fatir, 35/10]

Həsən və Qatadə: "Təmiz söz, Allah'ı zikr etmək, saleh əməl də fərzləri yerinə yetirməkdir. Kim Allah'ı zikr edər də fərzləri işləməzsə onun sözü əməlinə geri çevrilər. " (Nablusi, a.k.ə, s.36) demişlər.

Onun üçün Fəxri-i Kâinat Əfəndimiz Aleyhissalâtü Vəssəlam`a könül verən, O'nun sünnətini əhya edib Allah'ın razılığını qazanmaq istəyən möminlər, mümkün qədər Şaban ayının bəzi günlərini oruclu, gecələrini, xüsusilə Bərat Gecəsini ibadətlə, salavatla, Qur'ân oxumaq və dua etməklə keçirərlər.

Bərat Gecəsi

Şaban ayının 15-ci gecəsi Bərat Gecəsi`dir. Bərat, bəraət kəlməsinin qısaldılmış halıdır. Bu da borcdan və isnad edilən günahdan qurtulmaq mənalarına gəlir. Onun üçün borcdan və isnad edilən təqsir və günahlardan qurtarmaq istəyənlər, bu gecə Allah'dan bəratlarını yəni qurtuluşlarını istəyəcəklərdir. Bu gecə ibadət və niyazımızla Allah'ın rəhmətinə, məğfirətinə və söhbətinə layiq olmağa çalışacağımız mübarək bir gecədir.

Duxan sûrəsində Allah Təala belə buyurmaqdadır:

"Ha mim! Halal ilə haramı açıqca bildirən bu Kitab'a and olsun ki, şübhəsiz ki, biz onu mübarək bir gecədə nazil etdik. Biz onunla xəbərdar etməkdəyik. O elə bir gecədir ki hər hikmətli iş tərəfimizdən çıxan bir əmrlə ayrılır, (qərara bağlanır.) "[6]

Bu gecəyə bərat gecəsi deyildiyi kimi mübarək gecə, sənət gecəsi və rəhmət gecəsi də dəyilməkdədir. [7] Ayədə keçən "Mübarək Gecə" dən məqsəd, Qədr Gecəsi`dir, deyənlər olduğu kimi Bərat Gecəsi`dir, deyənlər də vardır. [8]

Qədr surəsindəki ayələrlə bu ayələr arasında ziddiyyət yoxdur. Bərat Gecəsi'ndə nazil edilən, Qur'an'ın Lövhü-Məhfuzdan dünya səmasına ümumi hamısının endirilmiş halıdır. Qədr Gecəsi'ndə endirilən isə, Qur'an'ın hissə- hissə, yavaş-yavaş endirilməyə başladığı vəziyyətin ifadəsidir. [9] Hər şeyi ən yaxşı və doğru  bilən Allah'dır (subhanəhu və təala).

Bu gecədə beş xüsusiyyət vardır:

1. Hər hikmətli iş qərara bağlanar, [10]

2. Bu gecədəki ibadətin fəziləti hesabsızdır.

Bu gecədə nafilə olsun, qəza olsun namaz qılanların, yaxşılıq, ibadət, xeyir və gözəl işlər edənlərin, darda qalanlara yardım edənlərin cənnətlə müjdələnilməsi, cəhənnəm əzabından, dünya afatından, şeytanın hiylə və tələlərindən qurtulması Allah'ın rəhmətindən gözlənilir. Bu gecə ilə əlaqədar xüsusi bir namazın və ibadətin olduğuna dair rəvayətlər varsa da bunlar mötəbər qaynaqlarda yer almadığından biz də zikr etməyi uyğun görmədik. Bu gecə, bol bol qəza namazı qılına bilər.

3. Bu gecə rəhmət enər, Allah, bu gecə Kəlb qəbiləsinin qoyunlarının sayı qədər qullarına mərhəmətlə rəftar edər.

4. Allah məğfirətiylə ilə bütün Müsəlmanları bağışlayar. Ancaq tövbə etmədikcə:

a) Kahinləri yəni qeybdən xəbər verənləri,

b) Cadu, sehr edənləri,

c) Kin saxlayanları,

d) İçkiyə davam edənləri,

e) Ana-atasını incidənləri,

f) Zinaya davam edənləri və zinanı müdafiə edənlər bağışlamaz.

5. Bu gecə Peyğəmbərimizə (Aleyhissalâtü Vəssəlam.) şəfaət haqqının hamısı verilmişdir. Peyğəmbərimiz, Şaban ayının on üçüncü gecəsi Cənab-ı Haqq'dan ümməti üçün şəfaət haqqı istədi, üçdə biri verildi, on dördündə üçdə ikisi, on beşində də hamısı verildi. Bu şəfaətdən hər kəs istifadə edə biləcək ancaq dəvə qaçar kimi Allah'dan qaçanlar deyil.

6. Bu gecədə zəmzəm suyunun artırılması ilahî adətdəndir. [11]

Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurmuş:

"Şaban ayının 15-ci gecəsi, rəhmət-i ilahi dünyanı qablar, hər kəs bağışlanar. Ancaq haqsız yerə müsəlmanlara düşmənlik bəsləyən və Allahu Təalaya şərik qoşan məğfirət olunmaz." (Beyhəki)

Hz Aişə anamız (r.ə) deyir ki:

Rəsulullah (Aleyhissalâtü Vəssəlam.) qalxdı, gecə vaxtı namaza durdu, nəhayət səcdəyə vardı. Səcdəsini o qədər uzatdı ki, mən ruhunun alındığını (yəni vəfat etdiyi) qənaətinə gəldim. Qalxdım, yanına gəldim.

Barmağına toxundum, canlı olduğunu görüncə geri döndüm. O əsnada səcdədə olan Rəsûlullah (Aleyhissalâtü Vəssəlam.) sızlanır, yalvarır və belə deyirdi;

- Allah'ım! Əzabından əfvinə sığınıram, qəzəbindən razılığına sığınıram, Səndən yenə Sənə sığınıram. Səni, mən, Sənin özünü öydüyün kimi əsla öyə bilmərəm, Səni, sən ancaq öyə bilərsən, Zatına layiq tərifi ancaq sən edərsən Allah'ım! ..

Rəsûlullah başını səcdədən qaldırdı, namazını tamamladı və dedi ki:

- Ey Aişə! Bilirsənmi bu gecə hansı gecə?

- Allah və Rəsulu daha yaxşı bilir dedim.

Bu gecə dedi, Şaban'ın yarısı yəni on beşinci gecəsidir. Allah bu gecə qullarına və qullarının əməl və davranışlarına baxar, bağışlanmaq istəyənləri,diləyənləri bağışlayar, mərhəmət diləyənlərə mərhəmət edər. Kin, həsəd və pis əməl sahiblərini tövbə etməzlərsə rəhmətsiz, məğfirətsiz olaraq olduğu kimi saxlayar. "[12]

Qur'an'ın enişinə səhnə və şahid olan gecələrdən birinin də bu gecə olduğu deyilməkdədir. Bu gecənin ən mühüm hadisələrindən biri də Kəbə-i Muazzamanı ümmət-i Muhammədə (Aleyhissalâtü Vəssəlam.) qiblə olaraq təyin edilmiş olmasıdır.

Bir hədisdə buyurulmuş ki:

"Şa'ban'ın yarı (on beşinci) gecəsi olduğu vaxt, gecəsində ibadət üçün qalxın, gündüzdə də oruc tutun. Çünki Allah Təala günəşin batışından etibarən rəhmətiylə dünya səmasına təcəlli buyurar. Bağışlanmaq istəyən yox mu? Onu bağışlayım. Ruzi istəyən yoxmu? Onu ruziləndirim. Dərdli yox mu? İstəsin də dərman verim. Bu çağırış şəfəq sökülənə qədər davam edər. "[13] Bu gecədə edilən müraciətlər, dualar geri çevrilməz. [14]

Onun üçün bu gecə dini bir, Allah'ı bir, peyğəmbəri bir, kitabı bir, qibləsi bir olan möminlərin bir-birini sevməyə, saymağa, qardaşca yaşamağa qərar verəcəkləri bir gecədir. Kin və nifrəti, şikak və nifaqı, ayrılıq və gayrılığı unudacaqları bir gecədir. Bütün inananların küfrə qarşı, dinsizliyə qarşı, əxlaqsızlığa, anarxiyaya, bölücülüyə qarşı yek-vücud olub sabahlara tək səs və tək nəfəs halında çıxmağa niyyət edəcəkləri bir gecədir. Ömrümüzün günahkar mazisinə (keçmiş) vida edib, bundan sonra ibadətlə dolu bir həyat sürmək, Allah'ın əmrlərinə möhkəm möhkəmə bağlı dəqiqələr keçirmək üçün dua edəcəyimiz bir gecədir. Çünki Allah'ı razı etmək üçün verilmiş bu fürsət, bəlkə bir daha əlimizə keçməyəcəkdir.

Ən böyük məsələ, ən böyük iddia Allah'ı razı etməkdir. O'nun sevgisini qazana bilməzsək, bütün dünya dostumuz, dünya dolusu da malımız olsa faydası yoxdur.

Onun üçün bu gecə dini bir, Allah'ı bir, peyğəmbəri bir, kitabı bir, qibləsi bir olan möminlərin bir-birini sevməyə, saymağa, qardaşca yaşamağa qərar verəcəkləri bir gecədir. Kin və nifrəti, şikak və nifaqı, ayrılıq və gayrılığı unudacaqları bir gecədir. Bütün inananların küfrə qarşı, dinsizliyə qarşı, əxlaqsızlığa, anarxiyaya, bölücülüyə qarşı yek-vücud olub sabahlara tək səs və tək nəfəs halında çıxmağa niyyət edəcəkləri bir gecədir. Ömrümüzün günahkar mazisinə (keçmiş) vida edib, bundan sonra ibadətlə dolu bir həyat sürmək, Allah'ın əmrlərinə möhkəm möhkəmə bağlı dəqiqələr keçirmək üçün dua edəcəyimiz bir gecədir. Çünki Allah'ı razı etmək üçün verilmiş bu fürsət, bəlkə bir daha əlimizə keçməyəcəkdir.

Ən böyük məsələ, ən böyük iddia Allah'ı razı etməkdir. O'nun sevgisini qazana bilməzsək, bütün dünya dostumuz, dünya dolusu da malımız olsa faydası yoxdur.

Çünki qəbir, yalançılığın, saxtakarlığın, rüşvətin, tapşırığın sızamadığı, keçmədiyi axirət qapısıdır. Şairin dediyi kimi:

"Sanma ey Hâcə ki səndən zər ü sim istərlər / Yevmə lə yənfəu də qəlb-i səlim istərlər."

"Ey Əfəndi! Nə malın, nə övladın, heç bir şeyin fayda verməyəcəyi bir gündə, sanma ki səndən qızıl gümüş istəyəcəklər. Yalnız və yalnız sağlam bir iman, günah kiri ilə qaralmamış və ya günahlardan təmizlənmiş bir qəlb, ibadətlə keçmiş bir həyat istəniləcəkdir."

Məhz axirətdə səndən istəniləcək şeylər bunlardır. Qəbirdə etibarlı olan da bunlar olacaqdır.

Elə isə insan, ən böyük sərmayəsi olan ömür dəqiqələrini; xüsusi olaraq bu gecələri qənimət bilməli. Yaşadığı hər anı, tövbə etmək üçün verilmiş bir imkan olaraq qiymətləndirməli. Əlindən gəlirsə göz yaşlarıyla günah kirlərini yumalı, günahlarla paslanmış qəlb aynasını silməli. Silməli ki Haqq təcəlli etsin, Haqq'ın camalı görünsün, Manzar-i Rahman olsun.

Dünyanın cazibəsi, Leylaların gözəlliyi insanı aldatmamalı, Mövla'dan uzaqlaşdırmamalı. Bunu yaxşı bilməli ki Mövlanı taparsa, Leylalara, həm də gözəlliyi solmayan Leylalara qovuşmaq mümkün olacaqdır. Bu gələcək söz ya baş üstünə asılmalı ya da qulaqlara sırğa olaraq taxılmalıdır:

"Dost istərsən Allah yetər, Çünki O dost isə hər şey dostdur. Yaran istersen Qur'ân yetər. Çünki Qur'ân'da adları keçən peyğəmbərlər və mələklərlə xəyalən görüşər, başlarından keçənləri seyr edib ünsiyyət edərsən. Mal istərsən qənaət yetər; çünki qənaət, iqtisad etməyə sövq edər, iqtisad, bərəkətə vəsilə olar. Nəsihət istərsən ölüm yetər. Çünki ölümü düşünsən, dünyaya bağlanmaqdan qurtular, axirətinə ciddî çalışarsan. "[15]

Elə isə indiyə qədər qıla bilmədiyimiz namazları qılmağa, bir daha da namazı buraxmamağa qərar verək. Verilməmiş zəkâtlarımızı, sədəqələrimizi verək, açıq-saçıq və təsəttürsüz (hicab) keçən həyatımıza vida edək, həyatımızı imanla hayatlandıralım, Allah'ın əmri olan fərzlərlə bəzəyək. Haramlardan, kiçik və böyük günahlardan uzaq dayanmaqla həyatımızı və sağlamlığımızı qoruyaq. Küsmüşsək barışalım, incitmişsək halallıq alaq, incinmişsək bağışlayaq, incitdiyimiz alim-üləma varsa, üzr istəyək, əfv istəyək, ana-atamızın əllərini öpək, ehtiyaclarını qarşılayalım, dualarını alaq, təkəbbürdən, qürurdan uzaq duraq. Qula yaraşar şəkildə, alçaq könüllü, hər kəsə şəfqətlə, məhəbbətlə qucaq açaq.Çarəsizlərə çarə olaq, Allah'ın dinini yaşayaq, Onun qoruması altına girək. Ancaq bu şəkildə gecəmiz mübarək olar, evimiz, könülümüz, yurdumuz hüzur və bərəkətlə dolar.

Geceniz mübarək olsun. Allah razı olduğu həyatdan və istiqamətdən heç birimizi ayırmasın. Amin.

[1] Pakalın, M. Zeki, Osmanlı Tarix Deyimleri və Terimleri Sözlüğü, İstanbul 1983, III / 302.

[2] bax. Buxari, Savm, 39; Müslim, Müsafirin, 215,220; Tirmizî, Qiblə, 13; İbn Macə, Zühd, 28; Əhməd b.Hanbel, II / 231,250.

[3] Əhməd b.Hanbel, V / 201; Nəsaî, Sıyam, 70.

[4] Fatir, 35/10.

[5] Nablusi, a.g.e, s.36

[6] Duxan, 44 / 1-4

[7] Yazır, Elmalılı Muhamməd Həmdi, Haqq Dini Qur'an Dili, VI / 4293-4294.

[8] Nablusi, a.k.ə, s.42

[9] Fərqli görüşlər üçün bax.Yazır, eyni yer.

[10] Duxan, 44/6

[11] Yazır, a.k.ə, VI / 4293-4294.

[12] Ət-Tərğib və't-Tərhib, II / 119.

[13] İbn Macə, İqamə, 191; Əhməd b. Hənbəl, VI / 238; Tirmizi, Savm, 38.

[14] Nablusi, a.k.ə, s. 43.

[15] Nursî, Məktubat, İyirmi altıncı Məktub.

Bərat Gecəsi

Şəban Rəsulullahın (sallallahu aleyhi va səlləm) ayıdır.



01-06-2015 12:00:00