Ana səhifə

Şaftalı bağçamı bir şərikimə verdim. Gübrə, sulama və meyvə toplama kimi xüsuslarda şəriklər necə hərəkət etməlidir?


YazdırSend to friend

Bağça şərikliyinin İslam hüququndakı adı "müsakat"dır. Bu da belə təsvir edilər: Bir tərəfin ağaclarını əkərək, digər tərəfin də baxım və sulama gücünü ortaya qoyaraq meydana gətirdikləri bir şəriklikdir. Belə bir şərikliyin bəzi şərtləri vardır. Bunları belə sıralamaq mümkündür.

 

1. Meyvə bağçası, içində çalışıldığı zaman daha çox meyvə verməyə əlverişli olmalıdır. Məsələn şaftalı bağçasındakı ağacların öz halına buraxıldığı təqdirdə bir ton, üzərində çalışıldığı zaman isə iki ton şaftalı verməsi kimi.

 

2. Belə bir şəriklik, ağacdakı şaftalılar hələ xam halda ikən, yəni yetkinləşmədən və ya daha əvvəl edilməlidir. Əgər şaftalılar yetkinləşmiş və toplanmağa əlverişli bir hala gəlmişsə sırf yığdırmaq üçün belə bir şəriklik edilməz.

 

3. "Ağaclardan toplanan şaftalının bir tonu mənim, qalanı sənin olsun" şəklində bir ortaqlıq caiz deyil. Bağça sahibiylə ortağın hissələri yarı, üçdə bir və ya dörddə bir şəklində təyin edilməlidir.

 

4. Şaftalı ağaclarının şərikə təslim edilməsi lazımdır. İşi mülk sahibi ilə şərikin ikisinin birdən üzərlərinə almaları halında edilən şəriklik caiz deyil.

 

5. Meyvə ağaclarını sulama, arxları düzəltmə və bənzəri işləri şərikin etməsi lazımdır. Ağacın və meyvənin böyüməsi və daha çox meyvə əldə edilməsi üçün lazımlı olan gübrə xərclərini bağça sahibi ilə şərik birlikdə edərlər. Ancaq bu xərc, məhsuldan əldə edilən hissəyə görə dəyişər. Məsələn ağaclardan toplanacaq şaftalının üçdə ikisi üzərindən razılaşmışsınızsa, ediləcək xərcin də üçdə ikisini sizin qarşılamanız lazımdır. Toplanacaq şaftalıları yarı yarıya paylaşacaqsınız, xərci də yarı yarıya qarşılayarsınız.

 

6. Belə bir şərikliyi tək tərəfli olaraq ləğv edib pozmaq caiz deyil. Ancaq şərik xəstələnər və lazımlı olan xidməti edə bilməzsə və ya mal sahibi, sonradan şərikinin oğurluq etdiyini öyrənsə, bu vəziyyətdə şərikliyi poza bilər.

 

7. Məhsulu hər iki şərik birlikdə toplamalıdır. Ancaq mal sahibi öz yerinə bir işçi tuta bilər və ya şərikindən özü adına belə bir işçini tutmasını istəyə bilər, yaxud xərcini ödəyər.

 

8. Məhsul toplandıqdan sonra hər bir şərik öz payından sorumludur. Hər kəs öz hesabına düşəni edər və satar. Bu işi görmə imkanı olmayan şəriklərdən biri, digər şəriki öz yerinə vəkil tuta bilər.

 

9. Bağça sahibi, şərikini bağça ilə əlaqədar xidmətin xaricində işlətməməlidir.

 

10. Bağça sahibi, kifayət qədər işləmədiyi təqdirdə, şərikinin çalışması üçün məcbur edə bilər. Ancaq şəriki bir xəstəlik və bənzəri kimi bir bəhanədən ötəri çalışa bilmirsə bu vəziyyətdə məcbur edə bilməz.

 

Qaynaq: Məmməd Paksu Çağın Gətirdiyi Suallar



19-11-2009 12:00:00

Düğüme özel