Ana səhifə

Savaşa hazır olmaq


YazdırSend to friend

...İçərinizdə iyirmi səbrli kişi olsa, iki yüz kafirə, yüz səbrli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!
(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbrli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın #iznilə qələbə çalar. Allah #səbr edənlərlədir! (Ənfal, 65-66)

(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər #qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!
Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir! (Ənfal, 60-61)

Ayədə keçən döyüş atları, günümüz şərtlərində mexaniki döyüş atlarınına da aiddir. Tank, təyyarə kimi vasitələrin hamısı, ayənin mənasına daxildir.

Ayədə "ok-nizə hazırlayın" deyilməyib də, "qüvvət hazırlayın" deyilməsi, fikri-bədəni, elmi, maddi və mənəvi hər cür qüvvəti ifadə edir və hər cür silahı ehtiva edir (Razi, XV, 185; Cəssas, III, 102; Rıza, X, 69; Tabbəra, s.386; Abdülhalim Mahmud, Əl-Cihadu fi'l-İslam, Daru'l-Məarif, Qahirə, s. 17; Qadiri, I, 516; Sabuni, Kabəs, III, 161.)

Belə bir qüvvət, daşındırıcı, çəkindirici bir rol oynayacaqdır. Ayədə, "bu qüvvətlə onları məhv edərsiniz" deyilməyib də, "bununla düşmənlərinizi qorxudursunuz" deyilməsi, bu nöqtəyə işarə edir. (Bilmən, III, 357; Tabbəra, s. 386.)

Belə bir qüvvət, düşmənlərimizi qorxudacaq, zalımları zülmündən əl çəkdirəcək, Allahın dinini hər tərəfə çatdırmağımızda və yer üzündən hər cür fitnəni aradan qaldırmamızda əhəmiyyətli rol oynayacaqdır. (Muhamməd Şədid, Əl-Cihadu fi'l-İslam, Müəssəsətu Risalə, Beyrut, 1985, s.119)

Quran-i Kərimdə Hz. Davudun dəmirin yumuşaltdığı bildirilir. (Səba, 34/10) Hz. Davud, bir möcüzə olaraq dəmirə istədiyi şəkli verməklə, silah və zireh hazırlayırdı. Quranın 114 surəsindən birinin "dəmir" mənasındakı "Hədid" olması da düşündürücüdür. 

"Dəmiri nazil etdik. Onda qüvvətli bir sərtlik və insanlara bir sıra mənfəətlər vardır." (Hadid, 57/25)

Diqqət edilsə, günümüz döyüş sənayesi dəmir üzərinə qurulmuşdur. Quran-ı Kərimdə belə təlimatlar və belə işarələr olduğu halda, müsəlmanların bu həqiqətlərdən qafil qalması; qeyri müslimlərin isə bu həqiqətlərə sahib çıxması, ibrətlə düşünülməsi lazım olan bir 



09-05-2018 01:21:09