Ana səhifə

Saytınıza necə dəstək ola bilərəm?


YazdırSend to friend

Saytımız, istifadəçilərdən heç bir maddi və mənəvi ödəniş gözləmədən xidmətini 2002-ci ildən bu yana heç axsatmadan davam etdirmişdir. Bundan sonra da məqsədimiz eyni istiqamətdə xidmətimizə maddi və mənəvi heç bir mənfəət məqsədi güdmədən yolumuza yalnız "Allah rizası üçün" davam etməkdir.

 

Bununla birlikdə sizlərdən davamlı olaraq gələn "saytınız üçün nə edə bilərəm? necə dəstək ola bilərəm?" mesajlarınızı göz önünə alaraq sizlərin edə biləcəklərini maddələr halında bura yazmağa qərar verdik.

 

1) Təqdimatına dəstək olmaq

 

Saytımızı hər vəsilə ilə tanıdaraq başqalarının suallarına cavab tapmalarına köməkçi ola bilərsiniz.

 

Məsələn saytımızda bəyəndiyiniz bir sual-cavab və ya məqaləni yoldaşlarınızla paylaşaraq qaynağın "Suallarla İslam" olduğunu ifadə edərək onlarında bu qaynağa çatmasına vəsilə ola bilərsiniz.

 

Fikir platformalarında (forum saytları, wikipedia kimi məlumat qaynaqları, xəbər qrupları vs...) saytımızdan insanların istifadə edə biləcəkləri yazıları nəşr edərək qaynağın "Suallarla İslam" olduğunu deyə bilərsiniz.

 

Saytımızın bannerlarını öz saytınız və ya tanıdığınız saytlarda nəşr olunmasını təmin edərək insanların bu qaynağa çatmalarına vəsilə ola bilərsiniz.

 

2) Saytımızın məzmununun inkişafında iştirak etmək

 

Siz bir yazıçı, araşdırmaçı və ya alim ola bilərsiniz. Dini mövzularda öz işləriniz ola bilər. Bu işlərin saytımızda nəşr olunması üçün bizlərə göndərərək sizin adınıza hər gün minlərə insana çatdıraraq qiymətləndirməmizə köməkçi ola bilərsiniz.

 

3) Redaktor olaraq sual  cavablandırmaq

 

İslami sahədə məlumat təcrübəsinə sahibisəniz saytımıza gələn sualları cavablandırmamızda bizə köməkçi olabilərsiniz. Yazılı qaynaqlarımızın (kitab, məqalə) məzmunlarının təşkil edilib saytımıza uyğun hala gətirilməsi işində köməkçi ola bilərsiniz.

 

4) Xarici dil bilirsinizsə

 

Xarici dil bilirsinizsə saytımızın fərqli dillərə tərcümə edilməsində kömək edə bilərsiniz. Hal-hazırda saytımızın ingiliscəvə rusca nəşrdə olub, digər dillərdə isə bu il fəaliyyətə başlayacaqdır. Bunlarla birlikdə Almanca, Flemenkçə və Bolqarca saytlarımızın işləri də başlayıb və tərcümələr davam edir. Sizlərdə bildiyiniz xarici dildə insanlara İslamı izah etmək, onların suallarını cavablandırmaq üçün bizə tərcüməçi kimi dəstək ola bilərsiniz.

 

5)  Maddi dəstək olmaq istəyirsinizsə

 

Saytımızın fərqli dillərdəki tərcümələrində tərcümə xərclərini qarşılayaraq, Türkiyədə və Almaniyada saxladığımız serverlərimizin aylıq xərclərinə dəstək olaraq, kompüter və ətraf təchizatlarının texniki xərclərinə yardımçı ola bilərsiniz. Maddi dəstəkləriniz üçün saytımızın bağlı olduğu dərnəyin hesab nömrəsi aşağıdakı kimidir.

 

Elm və İnkişaf  dərnəyi.

BankAsya Bəylikdüzü Şöbəsi (Şöbə Kodu: 29)

Hesab Nömrəsi: 1226468-1

IBAN: TR500020800029012264680001

 

Bizimlə ünsiyyətə keçmək üçün Əlaqə bölməsini istifadə etmənizi xahiş edirik.

 

Edəcəyiniz dəstəklərin Allahın razılığını qazanmanıza vəsilə olmasını arzu edər, təşəkkür edirik.



07-11-2009 12:00:00