Ana səhifə

Şeytan niyə insanlara düşməndir?


YazdırSend to friend

Nəfs, şeytanın vəsvəsələrinə həssas qəbuledicisidir. Hədisdə, insan qəlbində həm mələk ilhamı, həm də şeytan vəsvəsəsi üçün, bir mərkəz olduğu bildirilmişdir. (1)

Quranın ifadəsiylə,

 

 “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.” (Fatir surəsi, 6)

 

Şeytanın insana düşmənliyi Hz. Adəmlə başlayır. Hz. Adəmə səcdə etməməsinə görə İlahi rəhmətdən uzaqlaşdırılır. Buna görə, Adəmə və nəslinə düşmən kəsilir. Allaha gedən yolda, onların önünə mane olaraq çıxmağa icazə istər. İnsanların sınanılması və mahiyyətlərindəki qabiliyyətlərinin təzahür etməsi üçün, Cənabı Haqq onu bu icazəni verir. Şeytan deyər:

 

“(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)

 

Şeytan insanlar üzərində hakimiyyət qurmaq üçün hər yola müraciət edər, hər cür vəsvəsələr edər. (2) Kimini qorxu damarından tutar. Kimini boş xülyalarla aldadar. Kiminə surəti-haqdan görünər. Kimini şəhvətdən sapdırar, kimini qəflətdən... Hədisin ifadəsiylə, “İnsanın damarlarında cərəyan edən qan kimi, insanın bədənində cərəyan edər.” (3) Qalalar zəif yerlərindən fəth edilir. Şeytan da, insanın zəifliklərindən faydalanaraq onu fəth etməyə çalışır.

Şeytanın vəsvəsələrinə qapılan və onun yolundan gedənlər, Allaha qul olma yerinə, şeytana qul və kölə olarlar. Onun dediklərini etməklə, onun məmurları halına gəlirlər. (4) Cənabı Haqq, insanlara bu xəbərdarlığı edir:

 

“Şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.” (Bəqərə surəsi, 168-169)

 

Qaynaqlar:

1Tirimizi, Təfsir, 2/35

2-Bax. Beydavi, I, 576

3-Buhari, Bedül-halk, 11; Əbu Davud, Savm, 78; İbnu Macə, Sıyam, 65

4-Yazır, I, 584



07-06-2011 12:00:00