Ana səhifə

Şeytan yaradılmasaydı, hamımız cənnətdə olardıq?


YazdırSend to friend

İnsanın ağılını məşğul edən və zehnini yoran hadisələrdən biri də, Hz. Adəmin cənnətdən çıxarılması, dünyaya göndərilməsi və bu hadisəyə də şeytanın səbəb olmasıdır. Bəzi insanların ağılına belə bir sual gəlir: “Əgər şeytan olmasaydı, Hz. Adəm cənnətdə qalacaq və biz də oradamı olacaqdıq?”

Bu mövzunun izahında, Cənabı Haqqın, Hz. Adəmi yaratmazdan əvvəl mələklərlə olan söhbətinə diqqət yetirək. Bəqərə surəsində belə deyilir:

 

 “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” (Bəqərə Surəsi, 30)

 

Ayəti -kərimənin məalində də görüldüyü kimi, Cənabı Haqq daha Hz. Adəmi yaratmadan əvvəl insan növünü yer üzündə var edəcəyini xəbər verir. Yəni insanların cənnətdə deyil, dünyada yaşayacaqlarını bildirir. Şeytanın Hz. Adəmi aldatması, insanın dünyaya göndərilməsinə yalnız bir səbəb olmuşdur.

Digər tərəfdən, mələklərdən fərqli olaraq insana nəfs və şəhvani hisslər verilmişdir. Bu hisslərin görülməsi üçün insanların dünyaya göndərilməsi, onlara bəzi məsuliyyətlərin verilməsi və imtahana tabe tutulması lazımlı idi. Ta ki, insan bu imtahan və təcrübə sonunda ya cənnətə layiq bir qiymət alsın, yaxud cəhənnəmə əhil olacaq bir vəziyyətə girsin.



07-06-2011 12:00:00