Ana səhifə

Şeytanı uzaqlaşdıran dua varmıdır? Oxunduğu anda şeytanı uzaqlaşdıran dua...


YazdırSend to friend

Şeytandan və digər zərərli şeylərdən çəkinmək üçün oxunan dualar çoxdur.

Hz Ənəs`dən (Radiyallahu Anh) rəvayət edildiyinə görə, demişdir ki, Rəsulullah Sallallahu Aleyhi və Səlləm belə buyurmuşdur:

"Kim evindən çıxdığı zaman: 'Bismilləhi təvəkkəltu aləllahi və la havlə və lə quvvətə illə billəh.' (Allah`a təvəkkül edib Allah`ın adıyla çıxaram. İbadətə güc çatdırmaq və günahlardan qorunmaq ancaq Allah`ın qüvvət və qüdrəti ilədir), deyərsə; (Mələk tərəfindən) ona belə deyilər: 'Hər kədərdən əmin qılındın, mü­hafizə altına alındın və doğru yola çatdırıldın. Ayrıca şeytanlar ondan uzaq­laşar.' " (Əbu Davud. Tirmizi. Nəsai və başqa sünən sahibləri.)

Əbü Davud da rəvayətində bunu əlavə etmişdir:

"Bir şeytan digər şeytana deyər ki: Hidayətə çatdırılan, hər kədərdən əmin qılınan və mühafizə altına alınan bir adamla necə məşğul olacaqsan

(onu necə azdıracaqsan)?"

Ayrıca bu dua da oxunula bilər:

"Rabbəna lə tuziğ qulubəna ba`da iz hədəytənə və həblənə min lədunkə rahmətən, innəkə əntəl vahhab. İlahi nərcu rahmətəkə və nəxşə azabəkə. Allahummə'hfaz imanəna minəşşeytanirracimi fi cəmi`i umrina siyyəmə min səlbihi vaktənnəzi bi bərəkəti Qur'ani'l-Azimi və bihürməti Rəsulikə'l Kərimi bi rahmətikə ya Ərhamərrâhimînə. Allahummə yə vəliyyəl İslami, mütəməssikən bil islami həttə nəlkəkə bihi."

"Ey bizim Rəbbimiz, Sən bizi dogru yola hidayət etdikdən sonra qəlblərimizi şək və şübhəyə meyl etdirmə. Sənin qatından yalnız rəhmət olan istiqamət üzrə olmamızı nəsib et. Şübhəsiz Sən hər kəsin muradlarını vericisən. Allah`ım, rəhmətini ümid edər və qəzəbindən qorxarıq. Allah`ım, Qur`an-ı Əzmin bərəkətiylə və Rəsul-i Əkrəmin hörmətiylə bizim imanımızı ölüm gəlib çatana qədər, bütün ömürümüz boyunca lənətlənmiş şeytandan mühafizə et, lütf və kərəminlə yə Ərhamərrahimin. Allah`ım ey İslamın qoruyucusu, Sənə qovuşana qədər bizi İslamdan ayırma."



21-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz