Ana səhifə

ŞİKAYƏT ONA OLMALI, ONDAN OLMAMALI


YazdırSend to friend

Məruz qaldığımız müsibət və bəlalar nə qədər ağır və çətin də olsa üsyan və şikayətin insana nə maddi, nə də mənəvi heç bir faydası yoxdur. Əksinə, üsyan müsibəti ikiləşdirir, daha da artırır.

Üsyan və şikayət eynilə qırıq bir əl ilə düşmənə yumruq atmaq kimidir; Qırıq bir əl ilə nə qədər yumruq atsa öz canı misliylə ağrıyacaqdır. Halbuki səbr etsə, sadəcə qırığa diqqətini ayırıb onun müalicə yollarını axtararsa, canı daha az ağrıyacaq və mənən də böyük bir savab qazanacaqdır. Onun üçün üsyan və şikayətin nə psixoloji mənada nə də axirət baxımından heç bir faydası olmadığı kimi, çox böyük zərərləri var. Üsyan, dərdi birdən minə çıxararkən, səbr mindən birə endirir.

İnsan aciz və dözümsüz bir fitrətə sahib olduğu üçün ona "Ağlama, sızlama, şikayət etmə" deyilə bilməz. Amma ağlamaq, sızlamaq və şikayətin üzü və istiqaməti tənzimlənə bilər. Məhz insan bu nöqtədə məsuliyyət daşıyır. Bunun ən gözəl örnəyi Həzrət Yaqub aleyhissalamın davranışıdır:

"...Mən dərdimi də, kədərimi də ancaq Allaha şikayət edirəm. Çünki Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm." (Yusuf surəsi, 12/86)

Yəni: Müsibəti Allaha şikayət etməli, yoxsa Allahı insanlara şikayət edərcəsinə, "Vay Halıma! Of"! deyib, "Mən nə etdim ki, bu başıma gəldi"? deyərək, aciz insanların incə duyğularını təhrik etmək zərərdirmənasızdır və eyni zamanda qulluğa da yaraşmaz.

Ayətin əvvəlində oğlanları Yəquba deyir ki: 'Allaha and olsun ki, sən Yusuf deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!'

Yaqub kimi incə ruhlu, həssas və səmimi bir şəxsə qarşı belə cahilanə təsəllilər belə bir töhmət, bir qədir qiymət bilməzlik, bir nəzakətsizlik mənası daşıyırdı. 

Lakin bütün bu kobud təsəllilərə qarşı onun səbrinə, özünü tutmasına, incəlik və nəzakətinə baxın ki, o bunlara qarşı "Sizə nə olub ki"? və ya "Sizi əlaqələndirməz" kimi cümlələrlə cavab vermirdi. Mən, dedi, bəssimi بَثّ۪ي və hüznümü وَحُزْن۪ٓي ancaq Allaha şikayət edirəm, dərdimi Ona açıram; Nə sizə, nə də başqalarına deyil.

Bəss بَثّ۪ي: Əslində yaymaq, sərib nəşr etmək mənasına məsdər olsa da, yayılmış mənasına isim kimi də istifadə olunur. O zaman mənası, heç kimin içinə sığışdıra bilməyib ətrafa yaymaqdan özünü saxlaya bilməyəcəyi ağır bir dərd, təlaş deməkdir. Yəni, mən səbirimi alt-üst edən içimdəki bu atəşi və hüznümü kimsələrə deyil, ancaq Allaha şikayət edirəm.

Müəllif: 


31-03-2018 04:51:34