Ana səhifə

Şirk-i xafî / gizli şirk nə deməkdir?


YazdırSend to friend

     Şirk, Allah'a şərik qoşmaq deməkdir. Bunun bir zahiri, yəni "aşkar" olanı var; bir də "xafi", yəni gizli olanı. Zahir olan, bildiyimiz şirkdir. Üç ilaha inanmaq, yaxud bütləri Allah qatında şəfaətçi qəbul etmək bu qrupa daxildir.

    Xafi şirkə gəlincə, bu ana xəttləriylə ikiyə ayrılır. Biri, Allah'ın razılığını unudub insanlara riya və göstəriş etmək, yaxud nəfsin arzularını təmin etməyə çalışmaq. Digəri də əşyanın yaradılmasında bir səbəb olaraq vəzifə görən məxluqata olduğundan daha çox əhəmiyyət vermək; onları təsir gücünə sahib zənn etmək.

    Bir də bu xafî şirkin bir dərəcə daha pərdəlisi var ki, görünən feil aləmində deyil, his aləmində, qəlb aləmində cərəyan edir. İnsanlar mənən tərəqqi etdikcə şirk də getdikcə pərdələnir ...

    Səbəblərə olduğundan çox əhəmiyyət vermək də gizli şirk. Bir işin reallaşdırmasında səbəbin haqqı bir ikən, ona yüz qat çox dəyər verilərsə doxsan doqquzu gizli şirk hesabına keçər ... İnsanın öz nəfsinə həddən artıq güvənməsi, bütün lətifələrini onun (nəfsin) əmrinə verməsi də gizli şirk.

    Buna sadəcə bir tək misal: Cəbbar və Mutəkəbbir ancaq Allah'dır. İnsan, Allah`ın ona bəxş etdiyi varlığı, qüvvəti, elmi, Onun hüzurunda Onun qullarını əzməkdə istifadə edərsə, Cəbbar və Mutəkəbbir olmağa meyl etmiş və gizli şirkə girmiş olar.

    Rəsulullah (s.ə.s..) Əfəndimiz, "Fələq" üçün buyurmuçdur.

"Cəhənnəmdən bir zindandır, onda cəbbarlar, mütəkəbbirlər həbs olunar və cəhənnəm ondan Allah'a sığınar." (Deyləmi, 3/217; Kənzul-Ummal, h.no:2954; Rəvayətin zəif olduğu deyilmişdir. bax. Şövqəni, 5 / 640-641)

    Amma gəl gör ki Cəhənnəmin  ürküb qaçdığına, nəfsimiz can atır. Sadəcə bu belə, nəfsin Cəhənnəmdən daha çox təhlükəli olduğunu bildirməyə kifayət. Lakin bunu da yenə o nəfs üzündən anlamağa çalışa bilmirik ...

     Bir başqa Hədis-i Şərif:

"İslâm dinini qəbul etmiş birisi, hər hansı bir şəxsə zənginliyi üçün hörmət göstərərsə, dininin üçdə ikisi gedər." (Ancaq rəvayət zəifdir. bax. Beyhaqi, Şuab, 12/373)

    İslâm'da Allah üçün sevmək əsasdır. Zəkatını verən, xeyirli işlər görən bir zəngini sevmək Allah naminədir və bu hədisin əhatə dairəsinə girməz. Burada qadağan edilən sevgi, Allah'dan qafil olaraq, qula zillət göstərmək tərzindəki sevgidir.

    İslam, tövhid dinidir. Bu kainatın Sahibi və Mâliki birdir. Hər xeyir, ancaq Onun xəzinəsindədir. İslam nə işıq üçün günəşə, nə taxıl üçün tarlaya, nə də sərvəti üçün zənginə həddindən artıq dərəcədə minnətdar olunmamasını dərs verir. Hər kəs və hər şey, sadəcə bir səbəb, bir vəsilədir. Bütün nemətlər, ərz və səmanın Rəbbindən gəlir.

    Bu dərsi alan kasıb bir mömin, bir zənginə ruzisini o verirmişcəsinə zillət göstərsə, tövhid inancı, yəni Allah'ı bir bilmə etiqadı zədələnilə bilər. Zəngin olsun, kasıb olsun hər insan, ancaq iman, əxlaq, fəzilət, elm, irfan, dürüstlük kimi sifətləri üçün sevilər. Zənginlik, tək başına bir sevgi vəsiləsi deyildir.

     Bir zəngin də bu hədis-i şərifi oxuduğu zaman, heç kimi minnət altında buraxmaz. Etdiyi yaxşılıqlar, etdiyi ehsanlar qarşılığında, həddindən artıq bir hörmət gözləməz. Əks təqdirdə, qarşı tərəfin şərəf və ləyaqətilə yanaşı, diniylə də oynamış olacağını bilər.



10-07-2017 01:51:21

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz