Ana səhifə

Sövq-i İlahî dəlili


YazdırSend to friend

   İnsanı xəyalən bir şəhər qədər böyütsəniz, hərhalda damarları bir yol qədər geniş olardı. İndi sizi bu bədənə salsalar və qulağa ya da hər hansı bir orqana getməyinizi istəsələr, görəsən yolunuzu tapa bilərdinizmi?

   Girdiyi böyük bir binadan çıxmaq üçün çıxış qapısını tapa bilməyən və öz səmtindəki bir adresi tapmaq üçün belə onlarla insandan ünvan soruşan bizlər, hər halda əsla qulağa çata bilməzdik.

   Halbuki bədənimizə ilk dəfə girən maddələr -ağılsız, iradəsiz, şüursuz, qüdrətsiz, həyatsız ... olmalarına baxmayaraq- yollarını kimsədən soruşmadan  tapırlar. Gözə lazım olan elementlər gözə, ürəyə lazım olanlar ürəyə gedər. Heç biri yolunu qarışdırmır, yaxşı bəs necə?

    Bizim bu qədər zəkâmızla edə bilmədiyimiz bu səyahəti bu zərrələr necə edir? Bu sualın iki cavabı ola bilər:

   1- Bu elementlər çox ağıllı olduqlarına görə yollarını kimsəyə soruşmadan tapa bilirlər.

   2- Onları Allah Təala idarə və sövq edir. Hamısı Allah`ın bir məmurudur və Onun sövq etməsi ilə hərəkət edirlər.

      İndi də sövq-i İlahi dəlilinin başqa nümunələrinə baxaq:

   Köç mövsümü gəldiyi zaman  quşların başqa məmləkətlərə köçdüklərini görürük. Bildirçin, sığırçın kimi quşlar 7.000 km-lik bir köç edərlər. Orta Avropa Leyləyi isə 10.000 km-lik bir köç edər və gündə 150 ​​km yol uçar. Köç çempionu isə dəniz qaranquşu deyilən bir quşdur ki 25.000 km-lik bir səyahət həyata keçirər. Bəli, səhv eşitmədiniz, tam 25.000 km-lik bir səyahət!

    İndi bunu düşünün: Maşınınızla bir səyahətə çıxmısız. Sizə 25.000 km uzaqlıqda, az qala dünyanın digər bir ucunda bir adres verildi və siz ora gedəcəksiniz. Xəritə yox, kompas yox, yol lövhələri yox və kimsədən yolu soruşmaq da yox ... Və siz ən qısa yolu tapıb getməlisiniz. Yaxşı boş verin qısa yolu, ən uzun yol da olar. Görəsən, bu qədər ağlınızla, elminizlə və hər şeydən əvvəl insan olmağınızla yanaşı, bu səyahəti tamamlayıb və sizə verilən adresi tapmanız mümkündürmü? Necə mümkün olacaq! Girdiyi böyük bir binadan çıxış qapısını tapa bilməyən insan, 25.000 km-lik bir səyahəti necə tamamlaya bilər ki?

    Yaxşı, insanın edə bilmədiyi bu səyahəti, bir quş olan dəniz qaranquşu necə edir? İki variant var:

    1- Ya bu quş insandan daha ağıllı, daha zəkalı və daha bacarıqlıdır.

   2- Ya da bu quş, bu səyahəti öz başına etmir və ona ilham edilir. İlham dediyimiz bu sövq-i İlahi sayəsində yolunu tapır.

   Hansı variant doğru ola bilər? Əgər bu köçü quşun öz başına etdiyini qəbul etsək, o zaman bu quşu insandan daha ağıllı qəbul etməyimiz lazım olacaq. Çünki insanın edə bilmədiyi bir işi edən, əlbəttə insandan daha ağıllı olmalıdır.

    Bir mağaradan bir yarasa alınmış və işıq keçirməz bir qəfəsə qoyularaq 300 km uzaqdan buraxılmış. Daha sonra bu yarasanın mağarasına döndüyü təsbit edilmiş. Burada da sualımız eyni:

   Əgər bu, sövq-i İlahi deyilsə nədir? Yarasa öz başına 300 km uzaqlıqdakı mağarasını necə tapa bilər? Sizin gözünüzü bağlasadılar və evinizdən 300 km uzaqda sizi buraxsaydılar, kimsədən yol soruşmadan və yol nişanələrinə da baxmadan evinizin yolunu tapa bilərdinizmi?

   Yenə heç zaman köç etməmiş bir leylək, qəfəs içərisində İtaliyaya aparılmış və köç mövsümü sərbəst buraxılmış. Görmüşlər ki bu leylək, ən qısa yolu izləyərək  125 gün sonra nəslinin köç etdiyi məmləkətə çatmış.

    İndi, quşları bir kənara qoyub da özümüzə baxaq: Əlimizə bir adres verilsə belə çox vaxt gedəcəyimiz yeri tapa bilmərik, itərik. Hətta bir xəstəxanaya girsək, çıxış qapısını tapmaqda çətinlik çəkərik. Hələ, yollardakı işarə lövhələrini götürsələr və bizdən Bakıdan  Şuşaya getməyimizi istəsələr, hərhalda ömrümüzün sonuna qədər oraya çata bilməzdik.

    Görəsən quşlar bizdən dahamı ağıllı? Yoxsa onlara ilham edən birisimi var? Deməli, Allahı inkar etmək, quşdan daha axmaq olduğunu qəbul etməklə mümkündür.

    Sövq-i İlahi dəlilinin misalları saymaqla bitməz. Bizlər son olaraq, çox qəribə olduğuna inandığımız və sizi də heyrətə salacaq bir hadisəni nəql edib bu dəlili tamamlayacağıq.

    İlan balıqlarının necə çoxaldığını araşdıran elm adamları son dərəcə qəribə bir şey kəşf etmişlər.

   Yumurtlama zamanı gəldiyində ana ilan balıqları Şimali Atlantik Okeanında Bermuda'nın cənubunda olan Sarqasso dənizinə doğru bir köç edirlər və həmin yerə çatdıqda yumurtlayaraq oradaca ölürlər.

    İlan balıqlarının köçü, ən izah edilə bilməz və ən heyrət verici köçlərdən biridir. İlan balıqları, Atlantik Okeanındakı Sarqasso dənizində doğulsalar da, orada yetkin yaşda heç bir ilan balığı  görülməmişdir. Çünki balıqlar doğulduqdan bir müddət sonra sürətlə buranı tərk edib Avropa və Amerikada valideynlərinin yaşadıqları çaylara doğru üzərlər.

    Təxminən 6000 kilometrlik səfərlərində onlara yol göstərəcək kimsə yoxdur; yeni doğulmuş olmalarına baxmayaraq yenə də yollarını qarışdırmazlar. Nəhayət həyatlarını davam etdirəcək çaylara çatarlar. Burada yaşayıb, yetkinliyə çatdıqda hamısı eyni anda sözləşmişcəsinə çaylardan okeana doğru üzməyə, doğulduqları və yumurtlayacaqları yer olan Sarqasso'ya doğru səfərə çıxarlar. Bu dövr bu şəkildə davam edər.

    Burada maraqlı olan budur ki, Ana ilan balığı hansı dənizdən gəlmişsə balası o dənizə qayıdır və əsla başqa bir dənizə getmir.

    Əgər bu səyahətin Allahın ilhamı ilə baş verdiyini qəbul etməssək bu suallara məqbul cavablar tapmalıyıq:

    1- Ana ilan balıqları bu qədər yorucu, uzun və öz ölümləri ilə nəticələnəcək bir səyahətə nə üçün dözürlər?

    2- Doğulmuş olduqları Sargasso dənizinə nə üçün gedirlər və yollarını necə tapırlar, yoxsa əllərində kompasların mı var?

    3- bala ilan balığı, anasının gəldiyi dənizi və yolunu haradan bilir?

    4- Yaxşı "Anasının gəldiyi dənizi bilir və yolunu da tapır."  deyək. Amma nə üçün daha yaxın bir dənizə gedib rahatlamaqdansa, o məşəqqətli yola dözür. Onun üçün, anasının gəldiyi dənizə dönmək, nə üçün bu qədər əhəmiyyətli? Bu dərəcə şiddətli bir yurd həsrəti  duyğusunu haradan almış?

    Bizlər indiyə qədər, məscid həyətinə buraxılan bir uşağın, böyüdüyündə ana evinə döndüyünü heç eşitməmişik. Məxluqatın ən ağıllısı olan insanın edə bilmədiyini, bala ilan balıqları necə etmiş ola bilər?

 

Müəllif: 


08-03-2017 06:00:07