Ana səhifə

Sonsuzluq aydın ola bilər?


YazdırSend to friend

 

Bir stəkana dənizin yerləşməsi mümkün olmadığı kimi, məhdud olan insan ağlının da sonsuzu qavraması mümkün deyil. İnsan sonsuzu anlamasa belə onun varlığını belə bilər. Bilmək, inanmaq başqa, anlamaq daha başqadır.

 

İnsan hər şeyiylə məhdud. Həyatının bir başlanğıcı var. Hər başlanğıc bir sondan xəbər verdiyi üçün bu həyatın da bir sonu olacaq.Başı və sonu olan bu qısa həyat içərisində, insan hər istiqamətiylə məhdud işlər görə bilir. Gözü, mövcud şüaların ancaq yüzdə iki yarım qədərini görə bilir. Qulağı yalnız müəyyən bir tezlikdəki səsləri eşidə bilir.

 

Maddə aləmində açıqca görünən bu həqiqət, ruh aləmində də etibarlı. İnsan ağlı hər şeyi anlaya bilmir. Çünki, öyrənməyə başlamasının bir başlanğıcı var. Başlanğıcı olan elm sonsuz da ola bilmir; eynilə həyat kimi...

 

İnsan ağlının acizliyinin başlanğıc nöqtəsi, özünü anlaya bilməməsidir. Bu məhdud ağıl, hələ özünü anlamış deyilkən necə olur sonsuzu anlamağa cəhd edə bilir?.. Üçün dörddən kiçik olduğunu bilən insan, yenə qətiliklə bilər ki, mən üçdən dördü çıxarmağa cəhd etsəm mənfi bir nəticə ilə qarşılaşaram. Bunu bildiyi halda, məhdud olan ağlına sonsuzluğu sığışdırmağa çalışırsa, nəticənin mənfi sonsuz, yəni sonsuz bir mənfi olacağını da başdan qəbul etmiş deməkdir.

 

İnsan sonsuzu anlaya bilməz, amma sonsuza inana bilər... Bu da insana böyük bir ilahi lütfdür. Yoxsa, bütün sifətləri sonsuz olan Rəbbinə necə iman edəcək?..

 

Bu vadidə insana bir müqayisə imkanı, bir fikir icra etmə, gücü verilmiş. O, bu güc sayəsində çox yaxşı bilər ki, bu aləmdə mənim bir başlanğıcım və sonum olduğu kimi, hər şeyin də yenə bir ilk və son nöqtəsi var.

 

Başlanğıcı olan hər şey, bizə bu iki həqiqəti dərs verir: Məni yoxdan yaradan bir şəxs var və onun varlığı əzəlidir. Eyni şəkildə hər son da bizə əbədi bir şəxsdən xəbər verir. Özümüzdən bu sualı soruşaq: Sənin başa düşə bilmədiyin yalnız sonsuzluqdur? Yer cazibəsini anlaya bilirsən? Günəşin, planetlərini necə çəkdiyini qavraya bilirsən? Ruhun, ağlın, xəyalin, yaddaşın mahiyyətlərini bilirsən? Alma ağacının içindəki o mənəvi fabriki izah edə bilirsən? Yumurta necə olur, uçan bir quş olur? Sperma doqquz ay sonra necə ağlayır, görür, eşidir? Bu aləmdə insanın görə bilmədikləri gördüklərindən, anlaya bilmədikləri anladıqlarından, bilmədikləri bildiklərindən çoxdur.

 

İnsanın, bu fani əşyanı anlamış kimi, sonsuzluğu anlamağa cəhd etməsi onu hər zaman yorar. Heç olmasa deyirəm, çünki bu kimi yersiz axtarışların insanı gic etmə və yoldan çıxarma ehtimalı da vardır...

 

İnsanın sonsuzu anlama səyi iki ayrı sahədə cərəyan edir. Biri, ilahi sifətlərin sonsuzluğu, digəri də axirət həyatının sonsuzluğu... Bu ikisi arasında, gözdən qaçmaması lazım olan əhəmiyyətli bir fərqlilik var. Axirətdəki sonsuzluqdan danışıldığında, zehinlərdə dərhal zaman və müddət anlayışları canlanar. Sonu gəlməyən, tükənməyən, fani olmayan, bir həyat... Burada verilən həyatın geri alınmaması, baqi olmasıdır.

 

Allahın sifətlərinin sonsuzluğuna gəlincə: Onun qüdrəti sonsuzdur, demək, "nə qədər aləm yaradırsa yaradsın qüdrətində bir nöqsanlıq olmaz" deməkdir. Elminin sonsuzluğu, onun cahillikdən uzaq olduğu mənasındadır. Digər sifətlər də eyni şəkildə, eyni məntiq içərisində qiymətləndirilməlidir. "Əzəli olan əlbəttə əbədidir." həqiqəti, Cənabı Haqqın şəxsi üçün də etibarlıdır, sifətləri üçün də... Yəni, onun bütün sifətləri sonsuzdur, əbədidir. Çünki, heç biri sonradan var olmuş deyil; hamısı əzəlidir.



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz