Ana səhifə

Spirt nəcisdirmi?


YazdırSend to friend

Hər kəsə məlumdur ki, indiki ətirlərin əksəriyyətində spirtdən istifadə olunur. Hətta dini dükanlarda və məscidlərin ətrafında da satılan ətirlərdə buna rast gəlmək olar. Bu məsələ ciddi olduğundan və ibadətimizlə birbaşa bağlı olduğundan, bu mövzuya toxunmaq qərarına gəldik.

Alləmə Əbu Ömər, İbn Abdil Bərr (368-463 h/978-1071 m) İmam Malikin “Əl Muvətta” adlı əsərinə şərh mahiyətində yazdığı “Kitabut Təmhid limə fil Muvətta minəl Məani vəl Əsənid” adlı dəyərli əsərində deyir:

وقد أجمع علماء المسلمين في كل عصرٍ, وبكل مصرٍ, فيما بلغَنا, وصحّ عندنا, أن عَصِير الْعِنَب, إذا رمى بالزَّبَدِ, وهدأ, وأسكر الكثير منه أو القليل, أنه خمر, وأنه ما دام على حاله تلك حرام, كالميتة والدم ولحم الخنزير, رِجْسٌ نِجْسٌ كالبَوْل, إلا ما روي عن ربيعة, في نُقَط من الخمر, شيء لم أر لذكره وجها, لأنه خلاف إجماعهم, وقد جاء عنه في مثل رؤوس الإبَر, من نقط البول, نحو ذلك.

والذي عليه عامة العلماء, في خَمْرِ الْعِنَبِ, ما ذكرتُ لك عنهم, من تحريم قليلها وكثيرها, وأنها عندهم رجس كسائر النجاسات

 

“Bizə çatan və bizə görə doğru olana görə hər əsr və hər ölkədə Müsəlmaların alimləri icma etmişlər: “Üzüm suyu köpüklənib sakitləşdiyi, azı da çoxu da sərxoş etdiyi zaman bu xamrdır və bu halı üzərində qaldığı müddətcə meytə/leş, qan donuz əti kimi haramdır, bəvl/sidik kimi pislik və nəcisdir.”

Rabiadan rəvayət edilən və alimlərin icmasına müxalifəti səbəbilə zikrinə gərək duymadığım “nöqtə qədər xamr” (yəni bu qədərinin təmiz sayılması) haqqında rəvayət bundan istisnadır.

Ondan iynə ucu qədər bəvlin hökmü haqqında da belə bir rəvayər gəlmişdir.

Alimlərin ümumunun/əksərisinin üzüm xamrı haqqında görüşü sənə onlardan rəvayət etdiyim onun azının da çoxunun da haram olması və onlara görə xamrın digər nəcasətlər kimi nəcis/pis olmasıdır.”

 

Qaynaq: İbn Abdil Bərr: Ət Təmhid: 1/245

Darul Hədisil Həsəniyyə: 1387/ 1967

 

 

Müfəssirlədən Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) Maidə surəsi 90-cı ayəsini təfsir edərkən mövzumuzla bağlı bunları dedi:

 

السادسة فَهِمَ الجمهورُ من تحريم الخمر ، واستخباثِ الشرع لها ، وإطلاقِ الرِّجس عليها ، والأمرِ باجتنابها ، الحكمَ بنجاستها.

وخالفهم في ذلك ربيعة والليث ابن سعد والمُزَنيّ صاحب الشافعي ، وبعض المتأخرين من البغداديين والقرويين فرأوا أنها طاهرة ، وأن المحرّم إنما هو شُربها.

وقد استدلّ سعيد بن الحدّاد القَرَوِيّ على طهارتها بسَفْكها في طُرُق المدينة ؛ قال : ولو كانت نجسة لَمَا فعَل ذلك الصحابة رضوان الله عليهم ، ولنهى رسول الله صلى الله عليه وسلم عنه كما نهى عن التخلّي في الطُّرُق.

والجواب ؛ أن الصحابة فعْلتْ ذلك ؛ لأنه لم يكن لهم سُرُوب ولا آبار يريقونها فيها ، إذ الغالبُ من أحوالهم أنهم لم يكن لهم كُنُف في بيوتهم.

وقالتْ عائشة رضي الله عنها إنهم كانوا يتقذَّرون من اتخاذ الكُنُف في البيوت ، ونقلُها إلى خارج المدينة فيه كلفة ومشقة ، ويلزم منه تأخيرُ ما وَجب على الفور.

وأيضاً فإنه يمكن التحرُّز منها ؛ فإن طرقَ المدينة كانت واسعة ، ولم تكن الخمر من الكثرة بحيث تصير نهراً يعمَّ الطريقَ كلَّها ، بل إنما جرّتْ في مواضع يسيرة يمكن التحرّز عنها. هذا مع ما يحصُل في ذلك من فائدة شهرة إراقتها في طُرق المدينة ، ليشيع العملُ على مقتضَى تحريمها من إتلافها ، وأنه لا يُنتفع بها ، وتتابعَ الناسُ وتوافقوا على ذلك.

فإن قيل: التنجيس حكم شرعيٌّ ولا نصَّ فيه، ولا يلزم من كون الشئ محرّمًا أن يكونَ نجسًا، فكَم من محرَّم في الشرْع ليس بنجسٍ، قلنا: قوله تعالى: " رِجْس " يدلُّ على نجاستها، فإن الرجسَ في اللسان: النجاسة، ثم لو التزمْنا ألَّا نحكم بحكمٍ إلا حتى نجدَ فيه نصّاً لتعطّلتْ الشريعة، فإن النصوصَ فيها قليلة، فأي نصٍّ يُوجد على تنجيس البوْل والعَذِرة والدم والميتة وغير ذلك ؟ وإنما هي الظواهر والعمومات والاقيسة

 

“Altıncı: Alimlərin cumhuru, xamrın/şərabın haram qılınmasından, Şəriətin onu pis saymasından, xamr haqqında rics/pislik kəliməsinin işlədilməsindən və ondan çəkinmək haqqındakı əmrdən, xamrın/şərabın nəcasət olduğu hökmünü anlamışlar.

Rabia, Leys ibn Sad, İmam Şəfinin əshabından Muzəni, Bağdadlılardan və Qaravilərdən (Qayravan Əhlindən) bəziləri bu mövzuda onlara müxalifət etmiş, xamrı təmiz hesab etmiş və qadağan olunan şeyin sadəcə onun içilməsi olduğu qənaətinə varmışlar.

Səid bin Əl Haddad, xamrın Mədinə küçələrinə tökülməsini, onun təmiz olduğuna dəlil gətirmişdir. O belə dedi: “Əgər bu nəcis olsaydı səhabələr – ridvan Allahi aleyhim – belə etməzdilər və Rəsulullah – sallallahu aleyhi və səlləm – də kücədə tualet ehtiyacını qarşılamağı qadağan etdiyi kimi bunu da qadağan edərdi.”

Bunun cavabı belədir: Səhabələrin onu tökəcək kanalizasiya çıxışları və quyularının olmadığı üçün belə etmişlər. Çünki, adətən onların evlərində tualetləri olmazdı.

Aişə - radiyallahu anhə - evlərdə tualet olmasından diksindiklərini ifadə etmişdir.

Xamrın Mədinə xaricinə çıxarılması isə çətin və məşəqqətlidir. Üstəlik bu əməl dərhal edilməli olan şeyin ertələməsinə səbəb olardı.

Ayrıca xamrdan qorunmaq da mükündür. Çünki, Mədinə küçələri geniş idi və xamr da yolun tamamilə əhatə edən çay kimi axacaq bir şəkildə çox deyildi. Əksinə, sadəcə ondan çəkinmənin mümkün olduğu bəzi/az yerlərə axmışdı.

Digər tərəfdən bunun, haram qılınması gərəyi tələf edilməsinin, ondan yararlanılmaması praktikasının məşhurluq qazanması üçün xamrın Mədinə küçələrinə açıq şəkildə tökülməsi kimi bir faydası vardı.

Necəki, insanlar da bir birinə baxaraq belə etdilər və bu mövzuda bir birinə müvafiq şəkildə davrandılar. Allah doğru olanı ən yaxşı biləndir.

Əgər deyilsə ki, “bir şeyə nəcis demək şəri hökmdür, xamrın nəcisliyi haqqında isə nass yoxdur və bir şeyin haram olması onun nəcis olması demək deyil! Şəritədə nəcis olmayan o qədər haram var” biz belə cavab verərik:

Uca Allahın ayəsindəki “rics” kəliməsi xamrın nəcasətliyinə dəlalət edir. Çünki, rics kəliməsi dildə nəcasət deməkdir.

Digər tərəfdən, əgər biz “haqqında nass bulmadıqca heç bir hökm verməyəcəyik” şəklində bir qaydaya əməl etsək, şəriət işləməz hala gələr. Çünki, şəriətdəki naslar azdır.

Bəvlin, kalanın, qanın, meytənin və digərlərinin nəcis olduğuna dair hansı nass var?

Bunlara sadəcə nasların zahirlərindən, ümumi mənalarından və qiyasdan varılar.”

 

Qaynaq: Əbu Abdullah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 8/160-161

Beyrut: Ər Risələ: Birinci nəşr: 1427/2007

Təhqiq: Abdullah Ət Turki

 

 

Şeyx Əli əl-Adəvi "Muxtəsar əl-Xarşi"yə yazdığı haşiyəsində deyir:

 

إن أراد الطهارة لطواف أو مس مصحف وكانت النجاسة في يده فإزالتها فرض عين، وإن لم يرد ذلك فهل يجب إزالتها، وبه جزم الشيخ زروق، وعليه فالتلطخ بها حرام، وقيل يستحب، وعليه فالتلطخ بها مكروه، وهو الراجح. وهذا كله في غير الخمر، وأما هو فالتلطخ به حرام اتفاقا

 

"Əgər təvaf və ya Qurana toxunmaq üçün dəstəmaz almaq istərsə və əlində nəcasət olarsa, o nəcasəti təmizləməsi fərzdir, lakin əgər dəstəmaz almaq istəməzsə, onu təmizləməsi vacibdirmi? Şeyx Zəruq bunun vacib olduğuna hökm etmişdir, buna əsasən nəcasətə bulaşmaq haram olur. Bunun (nəcasəti təmizləməyin) müstəhəb olduğu da deyilmişdir və bu görüşə əsasən nəcasətə bulaşmaq məkruh olur; doğru görüş də budur! Bütün bunlar "xamr"dan başqa nəcasətlərə aiddir, amma "xamr"a bulaşmaq isə ittifaq ilə haramdır."

 

Şeyx Muhamməd bin Şihəb əd-Din ər-Ramli "Nihəyətul-Muhtac ilə Şərhil-Minhəc" əsərində (1/186, Darul-Fikr, Şeyx Əli əş-Şəbraməllisi'nin haşiyəsi ilə) bunun haram olduğunu deyir. Şeyx İbn Hacər əl-Məkki deyir:

 

"وَكَمَا وَجَبَ السَّتْرُ خَارِجَ الصَّلَاةِ حُرِّمَ التَّضَمُّخُ بِالنَّجَاسَةِ خَارِجَهَا "

 

"(Övrəti) örtmək namazdan kənarda da vacib olduğu kimi, nəcasətlə bulaşma namazdan kənarda da haram buyurulmuşdur."

 

"əl-Fətava əl-Fiqhiyyə əl-Kubra",

 

 

Hənəfi alimlərindən İbn Abidin deyir:

 

"[ تنبيه ] أفتى بعض الشافعية بحرمة جماع من تنجس ذكره قبل غسله إلا إذا كان به سلس فيحل كوطء المستحاضة مع الجريان ; ويظهر أنه عندنا كذلك لما فيه من التضمخ بالنجاسة بلا ضرورة لإمكان غسله ، بخلاف وطء المستحاضة ووطء السلس تأمل ."

 

"[Tənbih] Şafi alimlərindən bəziləri nəcasətə bulaşmış olduğu halda övrət orqanını yumadan əvvəl qadın ilə yaxınlıq etməyin haram olması barədə fətva vermişdir, lakin onda "sələs" xəstəliyinin olması halını istisna sayıblar, bu zaman halal olur. Bu, qan axsa belə istihazəli qadınla yaxınlıq etmək kimidir. Zahir olan budur ki, bizə görə də (yəni hənəfilərə görə də) hökm eynidir. Çünki burada yumaq imkanı olduğu halda zərurət olmadan nəcasətə bulaşmaq məsələsi vardır, bu isə istihazəli qadının və "sələs" xəstəsinin cimasından fərqlidir. Düşün!

 

"Raddul-Muhtar alə Durril-Muxtar", 1/298

 

 

"Sələs" xəstəliyi insanın sidiyini saxlaya bilməməsi xəstəliyidir.

Buradan görürük ki, məsələ üzərində ixtilaf vardır. Alimlərdən kimisi bunu ümumiyyətlə məkruh görürlər, bəziləri bunu ümumilikdə haram görsələr də, ehtiyac üçün caiz sayırlar. Bəziləri isə bunu yalnız zərurətdə caiz görürlər.

 

Necə k,i ər-Ramli "Nihayətul-Muhtac" kitabında deyir:

 

ثَبَتَ الْأَمْرُ بِاجْتِنَابِ النَّجَسِ ، وَهُوَ لَا يَجِبُ فِي غَيْرِ الصَّلَاةِ فَيَجِبُ فِيهَا ، وَالْأَمْرُ بِالشَّيْءِ نَهْيٌ عَنْ ضِدِّهِ ، وَالنَّهْيُ فِي الْعِبَادَاتِ يَقْتَضِي فَسَادَهَا . نَعَمْ يَحْرُمُ التَّضَمُّخُ بِهِ خَارِجَهَا فِي الْبَدَنِ بِلَا حَاجَةٍ

 

"Nəcasətdən uzaq durmaq haqqında əmr sabit olmuşdur və bu, namazdan başqa hallarda vacib deyildir, namazda isə vacibdir. Bir şey ilə əmr etmək onun əksini qadağan etmək deməkdir. İbadətlərdə bir şeyin qadağan olması həmin ibadətin fasid olması deməkdir. Bəli, namazdan başqa halda ehtiyac olmadan bədəni nəcasətə bulamaq haramdır..."

 

"Nihəyətul-Muhtəc ilə Şərhil-Minhəc", 2/16

 

 

Eynilə Şeyx Suleyman bin Ömər əl-Cəməl "Minhəc ət-Tulləb" şərhinə yazdığı haşiyəsində də eyni qeydə yer vermişdir. Bu isə alimlərin cumhurunun görüşüdür.

 

Tədavi məqsədilə istifadəsinəsinə gəldikdə isə;

 

İbn Teymiyyə'dən buna yaxın bir sual soruşulduqda belə cavab vermişdir:

 

وسئل رحمه الله عن رجل وصف له شحم الخنزير لمرض به هل يجوز له ذلك أم لا

فأجاب وأما التداوى بأكل شحم الخنزير فلا يجوز وأما التداوى بالتطلخ به ثم يغسله بعد ذلك فهذا ينبنى على جواز مباشرة النجاسة فى غير الصلاة وفيه نزاع مشهور والصحيح أنه يجوز للحاجة كما يجوز استنجاء الرجل بيده وإزالة النجاسة بيده وما أبيح للحاجة جاز التداوى به كما يجوز التداوي بلبس الحرير على أصح القولين وما أبيح للضرورة كالمطاعم الخبيثة فلا يجوز التداوى بها

 

"Ondan - rahiməhullah - , xəstəliyi müalicə etmək üçün donuz piyi məsləhət görülmüş biri haqqında soruşuldu; Bu ona caizdir yoxsa yox?

Buna belə cavab verdi: Donuz piyini yemək vasitəsilə tədavi etməyə gəldikdə, bu caiz deyildir. Lakin onu (bədənə) sürtüb, bundan sonra onu yumaqla tədavi ütməyə gəldikdə isə, bu namazdan başqa hallarda nəcasətlə təmasda olmağın caiz olub olmaması məsələsi üzərində durur; Bu barədə məşhur ixtilaf mövcuddur, səhih görüş budur ki, bu, ehtiyac olduqda caizdir, necəki insanın əli ilə istinca etməsi və əli ilə nəcasəti təmizləməsi caizdir. Ehtiyac üçün mübah görülmüş şeylərlə tədavi etmək də caiz olur, necəki - iki görüşdən səhih olanına əsasən - ipək geyinməklə tədavi olunmaq da caizdir. Murdar yeməklər kimi zərurət halında mübah görülmüş şeylərə gəldikdə isə, bunlarla tədavi etmək caiz deyildir..."

 

"Məcmu əl-Fətəva", 24/270

Hənbəli məzhəbinə mənsub böyük fəqih İbn Qudəmə Əl Maqdisi (541-620 h/ 1146-1223 m) məsələ haqqında bunları deyir:

 

فصل : والخمر نَجِسة في قولِ عامّةِ أهلِ العلم ؛ لأن اللهَ تعالى حرّمها لعيْنها ، فكانت نجسة ، كالخنزير . وكل مُسْكِر فهو حرام ، نَجِس ؛ لما ذكرْنا

 

“Fəsl: Elm Əhlinin umumunun/çoxunun görüşünə görə xamr nəcisdir. Çünki, Uca Allah onu özlüyündə haram qılıb və xamr donuz kimi nəcasətdir.

Zikr etdiyimiz səbəblə sərxoş edən hər şey haramdır, nəcisdir.”

 

Qaynaq: İbn Qudamə: Əl Muğni: 12/514

Riyad: Daru Aləmil Kutub: 1417/1997

Təhqiq: Abdullah Ət Turki

 

 

Müəllif: 


27-05-2018 02:17:30