Ana səhifə

Şübhə nədir və bəzi adamları narahat etdiyi qədər qorxulacaq bir şeydir?


YazdırSend to friend

Şübhə, insanı gəmirən və yavaş yavaş ölümə aparan qorxunc bir xəstəlikdir. İnsan; bir dəfə inanc, düşüncə və təsəvvürləriylə özünü bu xəstəliyə saldısa, artıq həyati bütün funksiyalarıyla, ruhi bütün bacarıqlarıyla iflic olmuş deməkdir.

 

Şübhə və şübhəçiliyin iki əsasa dayanılması mümkündür:

 

1- İradi olaraq mənimsənən,

2- İç idrak və xarici müşahidə problemindən; niyyət və nəzər dəyişməsindən; məlumatda, tərkib qabiliyyətinə sahib ola bilməyişindən doğan digər bir şübhəçilik...

 

İkinci şübhəçilik, az qala hər yerdə üzərində dayandığımız bir mövzudur və qənaətim tərəfindən aradan qaldırılması da mümkündür. Birinci şübhəçilik isə; o, fitrət xəstəliyidir. Kaş ki bu nəsihəti dinləmiş olsaydılar. Heç olmazsa zərərləri başqalarına toxunmaz; nəfslərinə bağlı qalardı.

 

Nəhayət şübhənin, bir də elmi məqsəd ilə şərtləndirilmiş və keçici olanı da vardır ki, o müxtəlif şübhəyə kimsənin deyəcəyi bir şey yoxdur. Nə var ki, bizim burada xəstəlik dediyimiz şübhə, Dr. Paul Sollierin də ifadə etdiyi kimi "Həll edilməsi qeyri-mümkün və həll edilməyəcək kimi olan şübhədir. " Belə bir şübhə, davamlı olaraq şüurumuzu təzyiq altına alar və davam edər. Sonra bütün əhvalımızı və bütün zehin fəaliyyətlərimizi iflic edər. Bu hala gəlmiş bir insan ruhu, min bir tərəddüdün mərkəz nöqtəsi olduğu kimi, min bir qərarsızlığın, iç içə kəsişib dayandığı kompleks və içindən çıxılmaz yollara bənzər.

 

Şübhələrini aşa bilməmiş və onlara söz dinlətməmiş bir insan üçün; bədəni iqtidarsızlıq, zehini və əxlaqi qarışıqlıq qabağına keçilməz zorla icra olunan hadisələrdəndir.

 

Şübhə insanın rəftarlarında qatılıq, ruhunda çətinlik və bacarıqsızlıq hasil edər. Buna görə də şübhəçi kəslər, bədənə aid işlərdə həmişə qaçmaq arzusu; yorğunluq gətirən şeylərə qarşı da nifrət göstərərlər. Heç bir iş görmədən yorulmuş bu cür tiplərə, psixiatriyanın qoyacağı diaqnozlar nə qədər iddialı olursa olsun, bunlar haqqında, iç boşluğun funksiyasını inkar etmək qabil olmayacaq.

 

Şübhənin zehin üzərindəki təsirinə gəlincə. Az çox beyini uzun müddət şübhə dalğalarıyla sarsılmış bir insanın salamat düşünə bilməsi bir xeyli müşküldür. Belələrin ən aşkar yanları, diqqətlərinin zəifliyə çatması, zehinlərinin daim hərəkətliliyi itirməsi və yaddaşlarının çətinliyə düşməsi kimi hallardır. Artıq, bu tiplər üçün, hər şey get-gedə qeyri mümkün bir şəklə girər və önlərinə "olmazlardan" aşılmayan təpələr tikilər. Onların qarşısında bir tək açıq qapı və gedilə bilər bir tək yol vardır; o da başqalarını tənqid yolu. Bununla yaşar və bununla varlıqlarını davam etdirərlər.

 

Bir də şübhənin, əxlaqı təzyiq altında tutması bəhs mövzusudur ki, mənə görə ən təhlükəlisi də budur. Arzu və istəklərin; ehtirasa meyl etməklərin; xülasə şəxsiyyətin ən qərbi və səmimi əsasını təşkil edən şeylərin məruz qaldıqları sarsıntılar və zidd dalğalanmalar, şübhəli insanların zehinlərində meydana gətirdikləri nəticələrin bir eynini də əxlaqi sahədə meydana gətirərlər.

 

Böyük şübhəçilərdə, bəzən heç bir şeydən üzülmə olmama kimi bir sərtlik, qatılıq və cansızlıq hökm etdiyi kimi, bəzən də, tamamilə yıxılmış mənəvi şəxsiyyətləri etibarilə, cəmiyyət insanı olma xüsusiyyətini tamamilə itirərlər.

 

Şübhə, ictimai nəticələri etibarilə də çox təhlükəli bir xəstəlikdir. Ətrafından və ətrafında olub bitən şeylərdən şübhəyə düşmüş bir kimsə, göz görə görə özünü min bir narahatlıq içinə soxar, həm özünü həm də ətrafını narahat edər. Və hələ, tərəddüdlü və şübhələrə dərdli olanların, məsuliyyət narahatlığıyla, hərəkət etmənin lazımlı olduğu yerdə geri çəkilmələri və yaxud hərəkət vaxtını qaçırma kimi vəziyyətləri o qədər təhlükəlidir ki; bəzən bir camaatın tamamilə məhv olmasına səbəbiyyət verə bilər. Xüsusilə əhəmiyyətli və böyük işlərdə, siyasət və hərblərdə, başı olanların tərəddüd və şübhələri millətləri və orduları batırmağa yetər və artar.

 

Əslində, özündən şübhə edən başqaları üçün də bunu düşünə bilməz, çünki, özündən şübhə edənin, necə hərəkət edəcəyi müəyyən olmur

 

 

 

M. Fəthullah Gülən



07-11-2009 12:00:00