Ana səhifə

Sünnə Nədir?


YazdırSend to friend

    Sünnənin lüğət mənası, "yol, gediş, təbiət, prinsip, qanun" deməkdir. Termin mənası isə, Peyğəmbər Əfəndimizin (Sallallahu aleyhi və səlləm) söz və takrirlərinin hamısı mənasını verir. Takrir, bir mövzuda sükut etməklə, o işi rədd etməmək deməkdir. Hədisi Şəriflər, ayələri açıqlayar, ayələrdə qısa və öz olaraq bəyan edilən İlahi məqsədləri izah edərlər və Qur`anda yer almayan bir mövzuda isə hökm ortaya qoyarlarz.

    "Namaz qılın!" əmri öz halındadır; təfsilatı isə hədislərə buraxılmışdır. Namazların rükət ədədləri, qılınma formaları ayədə geniş verilməyib. O halda, sünnə olmasaydı, "Namaz qılın!" əmri necə yerinə yetiriləcəkdi? "Mən namazı necə qılıramsa siz də elə qılın." (Hədisi Şərif).

    Eyni şəkildə, "Zəkat verin!" əmrinin də təfsilatı və təfərrüatı hədisi şəriflərlə sabit olmuşdur.

    Nur Müəllifi Bədiüzzaman, hədis-i şəriflər üçün "Qur`anın birinci təfsiri" ifadəsini istifadə edər. Allah Rəsulunun (s.ə.v.), Qur`an ayələri haqqında etdiyi şərhlər "ilk təfsir" olduğu kimi, soruşulan fiqhi suallara verdiyi cavablar da ilk fətvalardır. Həmçinin, etdiyi içtihatlar da ilk içtihatlardır. Allah Elçisi (s.ə.v.) ümmətinə hər barədə rəhbər olduğu kimi bu nöqtədə də öndərlik etmişdir.

"Eşitdikləri xəbəri, Peyğəmbərə və ya səlahiyyət sahibi kəslərə aparsaydılar, onların arasından hökm çıxarmağa gücü çatanlar, onun nə olduğunu bilərdilər." (Nisa Surəsi, 4/83)

    Hər məqsədə fərqli yoldan gedilər. Zəngin olmanın yoluyla, alim olmanın yolu bir-birindən ayrıdır. Birincisində, iqtisadiyyatın özünə xas qaydalarına dəqiq bir şəkildə tabe olunacaq və bu sahədə müvəffəq olmuş kəslər təqlid ediləcək. İkincisində isə, elm sahəsində söz sahibi şəxslərə tələbə olunacaq.

    İlahi həqiqətlərə çatmaq da, ancaq, bu sahənin səlahiyyətli və vəzifəli olan şəxslərinin izindən getməklə mümkün ola bilər.

"Haqq və həqiqət, peyğəmbərlik (nübüvvet) içindədir və nəbîlər əlindədir. Dəlalət,şər və xəsarət onun müxalifindədir." (Ləmalar, On yeddinci Ləma)

    Sünnəyə tabe olmağı Allah sevgisinin şərti olaraq təqdim edən bir ayə:

"De ki, Allahı sevirsinizsə mənə tabe olun, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və əsirgəyəndir." (Al-İmran Surəsi, 3/31)

    Rəsulullah Əfəndimiz (s.ə.v.), Allah`ın sevdiyi və razı olduğu nümunə insandır. Ona tabe olmayan kimsənin Allah sevgisi, sözdə qalmağa məhkumdur. Həqiqət bu ikən, yalnız ayə ilə əməl etmə vəhminə qapılaraq sünnədən üz çevirmək, Allah`ın sevdiyi şəxsə bənzəməyi tərk etmək deməkdir.

    Bir insan, Qur`an-i Kərimi hədislərin işığında deyil də öz fikiriylə şərh etməyə cəhd etsə, ortaya çıxacaq yol Allah Rəsulunun (s.ə.v.) deyil, o adamın şəxsi yolu olacaq. Bu yolun isə hara çıxacağı müəyyəndir.

Qur`anı anlamaqdan məqsəd onu yaşamaq və yaşatmaqdır. Bu nöqtədə, ən böyük rəhbər Allah`ın Rəsuludur (sallallahu aleyhi və səlləm). Bu həqiqəti birbaşa Qur`an ayələrindən oxuyaq:

"Peyğəmbər sizə nəyi verdisə onu alın, Və sizə nəyi qadağan etdisə ondan da çəkinin. Allah`dan qorxun, çünki Allah`ın əzabı çətindir." (Həşir Surəsi , 59/7)

"O, özbaşına danışmaz. Onun danışması ancaq endirilən bir vəhy ilədir." (Nəcm Surəsi, 53/3-4)

"Kim Rəsula itaət etsə, Allah`a itaət etmiş olar." (Nisa Surəsi, 4/80 )

    İttiba-ı sünnə deyilincə, Allah Rəsulunun (s.ə.v.) izindən getməyi və beləcə hər mövzuda istiqamət üzrə olmağı anlayırıq.

    İndi, öz nəfsimizə bu sualı soruşaq: Bir mü`min, əsri səadətə qovuşsaydı nə edəcəkdi? Əlbəttə ki, Allah Rəsulunu (s.ə.v.) hər barədə addım-addım izləyəcəkdi. Elə deyilmi?

    Bu gün, Onun (s.ə.v.) sünnələrinə tam tabe olmaq da eyni mənanı daşıyır.

    Nur Külliyyatında, sünnələr üç əsas qrupa ayrılır:

"Rəsulu Əkrəm Aleyhissalatu Vəssəlamın Sünnəsi üçdür: Akvali, efali, əhvalıdır." (Ləmalar, On Birinci Ləma)

    Demək olur ki, Rəsulullah Əfəndimizin (s.ə.v.) o müqəddəs sünnələri, "mübarək dilindən tökülən nurlu cümlələr" "icra etdiyi işlər" və "halıyla insanlıq aləminə sərgilədiyi örnək əxlaq"dan meydana gəlir.

    Bir Müsəlman, O Nəbilər Nəbisini (s.ə.v.) təqlid etməyə, fərzlərdən başlar. Allah`ın əmrləri fərz olmaqla birlikdə, Allah Rəsulunun (s.ə.v.) onları işləməsi cəhətiylə, eyni zamanda sünnədirlər. Yəni, Allah`ın əmrlərinə tabe olan və qadağanlarından həssaslıqla çəkinən bir mömin, sünnənin fərz qisimini yerinə yetirmiş olar.

    Fərzləri yerinə yetirən bir mü`min, mənəvi tərəqqisini nafilə ibadətlərlə davam etdirər. Nafilə deyilincə, fərz və vacib xaricində qalan ibadətlər başa düşülür.

    Namazların sünnələri nafilə ibadət qrupuna aid olduğu kimi, quşluq namazı, məscid namazı, gecə namazı kimi nə qədər nafilə ibadətlər də vardır.

    “Âdât-ı hasənə” isə, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yemə, içmə, oturma kimi bəşəri hərəkətləridir. Bunların hər biri, insanlar üçün gözəl bir nümunədir. Bir mü`min, adət olaraq hər gün icra etdiyi bu kimi işləri, Allah Rəsulunun (s.ə.v.) etdiyi şəkildə etməyə çalışsa, ayrı bir feyiz qaynağı daha tapmış və dünya işlərində belə hüzur tutma imkanına qovuşmuş olar.

“Sünnət-i Seniyyəyə ittibaı (tabe olmaq) özünə adət edən, adətini ibadətə çevirər, bütün ömürünü səmərədar və səvapdar edə bilər. "(Ləmalar, On Birinci Ləma)

    Əhval qrupuna aid olan sünnələrə gəlincə, bunlar "təqvadan, muhabbətdən, gözəl əxlaqın bütün şöbələrindən, insani səciyələrin ən üstünlərindən və bəşəri xarakterlərin ən möhkəmlərindən" hörülmüş və toxunmuş möhtəşəm bir tablo təşkil edərlər.

    Ürəyin Allah sevgisi və Allah qorxusuyla dolu olması da hal qrupuna aid olan sünnələrdəndir.

"İçinizdə Allah`ı ən çox sevən mənəm. Və Ondan ən çox da mən qorxuram." (Hədis- Şərif)



02-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz