Ana səhifə

Sünnə yerinə qəza namazı qılına bilər mi? Bir namaz üçün həm qəzaya həm nafiləyə niyyət edilər mi? Qəza namazı eyni zamanda nafilə yerinə keçər mi?


YazdırSend to friend

            Tez-tez bir qisim insanların dilindən belə bir fətva eşidirik:

           “Qəza namazları olanlar nafilə namaz qıla bilməzlər. Hətta namaz qılmaları haramdır. Bu vəziyyətdə olan birisi, məsələn, günorta namazının dörd rükətlik ilk sünnətini qılarkən qəzaya qalmış günorta namazının fərzini qılmağa niyyət edərsə, bu namazla həm qəza namazını qılmış olar, həm də günorta namazının ilk sünnətini əda edər. Yəni ki hal-hazırda qıldığı namaz günorta namazının ilk sünnətinin də yerinə keçmiş sayılır”.

          Namaz borcu olan bizlər həm qəza namazlarımızı, həm də fərz namazlarının əvvəlində və sonrasında gələn sünnət namazlarını və digər nafilə namazları da qılırdıq. Bu fitvanı eşitdikdən sonra tərəddüdə düşdük. İndi necə edək? Qəza namazlarımız bitənə qədər yalnız qəza namazlarını qılaq? Yoxsa qabaqlar da etdiyimiz kimi sünnət və nafilə namazlarla birlikdə qəza namazlarını da mı qılmağa davam edək?

          Bununla bağlı bizə məlumat versə idiniz, məmnun olardıq.

         Sualınızı üç başlıqda cavablandırmağa çalışaq:

         1. Əda, iadə və qəza namazları nə deməkdir? Qəza namazı olan adam n etməlidir?

         2. Qəza namazı olan kimsə fərz namazlarının əvvəlində və sonrasında olan sünnət namazlarını və digər nafilə namazları qıla bilərmi?

         3. Nafilə namaz, fərz namazın yerinə və ya fərz namaz insanın üzərindəki fərz mükəlləfiyyətini götürməklə yanaşı, həmçinin nafilə namazın yerinə keçə bilərmi?

İndi isə bu başlıqlara daha təfərrüatı ilə toxunub sualı cavablandırmağa çalışaq:

        1. Əda: Bir vacibi (edilməsi məcburi olan namaz, oruc kimi dini vəzifəni) vaxtında yerinə yetirməkdir. Şübhə yoxdur ki, hər bir müsəlmanın vəzifəsi ibadətlərini vaxtında gzəl bir şəkildə yerinə yetirməkdən ibarətdir. Vaxtından sonraya saxlamamaqdır.

         İadə: Bir vacibin özünü, namazı pozmayan bir əngəldən dolayı vaxtında və ya vaxtından sonra yerinə yetirməkdir. Məsələn; günorta namazını vaxtında qılan bir kimsə, namazın vaciblərindən bir vacibi tərk edərsə və ya namaz içindətəhrimən məkruh olan bir iş görərsə, bu namazı günorta namazı vaxtı içərisində iadə etməsi, yəni yenidən qılaması vacib, vaxtı çıxdıqdan sonra iadə etməsi isə məndup olar.

          İbni Humam; "Namazın iadə edilməsi halında namaz məsuliyyəti birincisiylə aradan qalxar. İkincisi, birincisindəki namazı pozan nöqsanlığı kompensasiya edər. Çünki fərz təkrarlanmaz." demişdir. (İbni Abidin, Reddü'l Muxtar Ale'd Dürri'l Muxtar, 2/64)

        Qəza: Zamanında yerinə gətirilməyən (namaz, oruc kimi) bir vacibi vaxtından sonra yerinə yetirməkdir.

         Üzərində qəza namazı olan kəslərin bu namazların qəzalarını təcili şəkildə yerinə yetirmələri vacibdir. Ailəsinin ehtiyaclarını qarşılamaq kimi üzrlər səbəbiylə qəza namazlarının təxir edilməsi caizdir. Yəni; ailləsinin dolanışığını təmin etdikdən sonra qalan vaxtları qəza namazlarını qılmağa ayırmalı və bu məsuliyyətdən bir an öncə qurtulmalıdır. Heç bir üzr olmadan namazı qəzaya buraxmaq böyük günahdır. İnsan  namazı qılmamaqla onu tərk etmiş olar. Qəza etməsiylə sadəcə namazı tərk etməyin günahını aradan qaldırar. Sonraya buraxmanın (qəzaya saxlamaq) günahından yenə də qurtulmaz. Ondan, ancaq tövbə etməklə qurtular. (İbn Abidin, a.y.)

           2. Qaza namazı borcu olan şəxslərin namazların əvvəlində və sonrasında olan sünnə namazlarını və başqa nafilə namazları qılmasının caiz olub olmaması məsələsinə gəlincə; Əvvəlcə bu mövzu haqqında Hənəfilərin mötəbər əsərlərindəki görüşləri nəql edək.

a) Üzərində qəza namazları olan kəslərin nafilə namazları qılması məsələsinə gəlincə; Müzmərat kitabında belə deyilmişdir:

"Qəza namazları ilə məşğul olmaq, nafilə namazlarla məşğul olmaqdan daha önəmlidir. Ancaq; fərz namazlarından əvvəl və sonra qılınan sünnələr, quşluq namazı, təsbeh namazı və haqqlarında xəbərlər gələn "tahiyyətü'lməscid"(məscidi salamlamaq) namazı, ikindi namazından öncəki dörd rükət namaz, axşam namazının fərzi və sünnəsindən sonra iki-iki qılınan altı rükət 'əvvabin' namazı kimi namazlar bu hökmdən xaricdir, istisnadır. "(Rəddü'l Muxtar, II / 74)

         Yəni bu namazlar “qəza namazlarım var, onları qılıram” deyərək tərk edilməzlər.

        b) Üzərində qəza namazları olan şəxslərin qəza namazları ilə məşğul olmaları, nafilə namazlarla məşğul olmalarından daha önəmlidir. Ancaq bilinən sünnələr (yəni müəkkəd sünnələr), quşluq namazı, təsbeh namazı və haqqında xəbərlər gələn namazlar bu hökmün xaricindədir, istisnadır.

       Bu namazlar nafilə namaz niyyəti ilə qılınar. (Yəni bu namazlar qılınarkən qəza namazlarına deyil, bunlara niyyət edilər) Bunlardan başqa qılacağı digər namazlarda qəza namazlarına niyyət edər.

        Muzmərat kitabında Zahiriryyə və Fətavə'l-Huccə kitablarından nəqlən belə qeyd olunmuşdur. (Təhtavi, Haşiyə ala Mərakı'l Fəlah Şərhi Nurul İzah, s.364)

       c) Huccə kitabında belə deyildi: Üzərində qəza namazı olan şəxslərin vaxtında qılmadıqları namazların qəzalarıyla məşğul olmaları, nafilə namazlarla məşğul olmalarından daha önəmlidir. Ancaq bilinən sünnələr, (yəni namazların öncəsi və sonrasındakı sünnələr) quşluq namazı, təsbeh namazı və xəbərlərdə rəvayət edilən namazlar bu hökmün xaricindədir, istisnadır. Bu namazlar nafilə niyyətiylə qılınar. Bunların xaricindəkilər qəza niyyəti ilə qılınar. Yəni bu namazlardan başqa bir namaz qılacaq olarsa, ona qəza namazı olaraq niyyət edər. (Fətava Hindiyyə, II / 135

         Göründüyü kimi Hənəfi məzhəbinin mötəbər fiqh kitabları qəza namazları olan şəxslərin sünnə namazları, hətta haqqında xəbərlər gələn digər nafilə namazları qıla biləcəklərini açıqca, heç bir tərəddüdə yer buraxmadan, başa düşülən bir dillə bəyan etmişdir.

         3. İkinci hissədə bəyan etdiyimiz kimi üzərində qəza namazları olan şəxslər, bəyan edilən nafilə namazları qıla bilərlər. Bu bəlli. Ancaq burada tətbiq olunan başqa bir şey daha var. Belə ki; Qılınan nafilə namazlara, nafilə namaz deyə niyyət edilər. Bunların xaricində qılacağı namazlara isə qəza namazı deyə niyyət edər.

       Bu da bizə bu nəticəni verir:

       Qəza namazı borcu olanlar nafilə namazlara, nafilə namaz deyə niyyət edər və bu namazlar fərz olan qəza namazlarının yerinə keçməzlər. Fərz olan qəza namazlarına isə, qəza namazı deyə niyyət edilər. Bunlar da nafilə namaz yerinə keçməz. Çünki fərz olan qəza namazları qılınarkən, qəza namazı deyə niyyət edilib, həm qəza namazı həm də nafilə namazı yerini tutsaydı, nafilə namazlara nafilə namaz deyə niyyət edilməməsi lazım idi. Əksinə "qəzaya qalan fərz namaz" deyə niyyət edilməsi lazım idi.

       Gətirdiyimiz bütün nəqllər, nafilə namazlara nafilə deyə niyyət ediləcəyini açıqca bəyan etmişdir.

       Məşru (keçərli) bir bəhanənin xaricində namazı qəzaya buraxan kimsə, bir xəta törətmiş və günaha girmiş olar. Bu etibarla qəzaya qalan namazın, ən qısa zamanda qılınması lazımdır. Çünki beş vaxt namazın ədası fərz olduğu kimi, qəzası da fərzdir. Qəzaya qalan namazın qılınmasıyla yalnız borc ödənmiş olar. Günahın bağışlanması üçün də ayrıca tövbə istiğfar etmək lazımdır.

      Namaz borcundan bir an əvvəl qurtarmaq üçün, haqqında Peyğəmbərimiz (s.ə.v.) 'in hədisi olmayan nafilə namazların yerinə qəza qılmaq daha məqsədəuyğun olar. Ancaq, Hənəfi məzhəbinə görə, haqqında hədis olan nafilə namazların yerinə qəza qılmaq uyğun deyildir. Bu barədə Hənəfi fiqh kitablarında bu hökm yer alır:

"Qəzaya qalmış namazları qılmaq, nafilə namaz qılmaqdan daha çox əhəmiyyətli və daha çox uyğundur. Lakin beş vaxt namazın sünnələri, quşluq, təsbeh, tahiyyətü'l-məscid və əvvabin namazı bundan müstəsnadır. Yəni bu sünnə və nafilələr, qəza namazları üçün tərk edilməz." (Mövlana əş-Şeyx Nızam. Əl-Fətâvâl-Hindiyyə, 1/125; İbn Âbidin. 1493; əl-Məzahibu'l-Ərbəa, 1: 492; Haləbî-i Sağîr, S.349).

         Hər şeydən əvvəl, namazlardan öncə və sonra qılınan sünnələr bir yerdə fərz namazlarının tamamlayıcısı hökmündədir və Peyğəmbərimizin (Aleyhissalatu Vassəlam) şəfaətinə vəsilədir. Bunun üçün, namazını qəzaya buraxan kimsə bir tərəfdən namazlarını qəza etməklə borcdan xilas olarkən, digər tərəfdən də sünnələri qılaraq Peyğəmbərimiz (s.ə.v.)'ə olan bağlılığını göstərmiş olar.

         Məsələ Hənəfi məzhəbinə görə belə ikən, digər üç məzhəbə görə, qəza namazı olan bir kimsənin nafilə namazları ilə məşğul olması, sünnət qılması caiz deyil, haramdır.

        Mâlikî məzhəbinə görə, üzərində qəza namazı olan bir kimsənin nafilə namazı qılması haramdır. Ancaq beş vaxt namazlarının sünnətləri ilə tahiyyətü'l-məscidin qılına biləcəyinə dair icazə vardır. Bunların xaricində məsələn, təravih namazı ilə məşğul olunduğu təqdirdə savab alınsa da, qəza namazı geriyə buraxıldığı üçün günah işlənmiş olar.

        Şâfiî məzhəbinə görə də, üzərində qəza namazı borcu olan bir insanın, bu namazları qılıb borcundan qurtuluncaya qədər istər beş vaxt namazlarının sünnələrini, istərsə də digər nafilələri qılması məkruhdur. Çünki bir an öncə qəzaların qılınıb qurtarılması lazımdır.

       Hənbəlî məzhəbinə görə isə, üzərində qəza namazı olan bir kimsənin nafilə ilə məşğul olması haramdır. Ancaq vitr ilə beş vaxt namazın sünnələrini qılması caizdir. Lakin, qəzaları çoxsa bunları da qılmayaraq qəza namazlarıyla məşğul olması daha yaxşıdır. Yalnız sübh namazının sünnəsi bundan xaricdir, Onu qılmaq lazımdır. (Əl-Məzahibu'l-Ərbəa, I / 492)

       Nəticə olaraq; qəza namazları çox olan Hənəfilərin, sünnələri tərk edərək qəza namazı qılmalarında bir məsuliyyət olduğu deyilə bilməz. İstər vaxt namazlarının, istərsə də digər nafilələrin yerinə qəza namazının qılınmasının uyğun və ya üstün olmaması demək, "Sünnə yerinə qəza qılmaq caiz deyildir." mənasına gəlməz.



09-07-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz