Ana səhifə

Sünnəni tərk edib tək Quran ilə əməl etmək istəyənlər var; bu mövzuda nə deyərsiniz?


YazdırSend to friend

 

Bəzi səlahiyyətsiz insanları görürük ki, tək Qurani Kərimin gətirdiyi İlahi hökmləri qəbul edib, dinin digər təməl qaynaqları olan Sünnə, İcma və Qiyası rədd edirlər. Məqsədləri isə, xalqın etiqadını pozmaq və azdırmaqdan ibarətdir. Bunlar, Quranı tək məzhəb qəbul edib, sünnəi Peyğəmbəriyəyi və İslamın digər dəlillərini götürmədən , işlərinə gələn hədisləri qəbul edib, gəlməyənləri rədd edərlər. Şüurlu Müsəlmanları aldada bilmədikləri kimi təqdir də görə bilməzlər, buna haqqları da yoxdur.

 

Məlumdur ki, Müsəlmanlar Qurani Kərimdə nazil olan İlahi hökmlərə inanıb onlara uyğun gəlməyə məcbur olduqları kimi, hədislərlə buyurulan dini hökmləri də qəbul etməyə məcburdurlar.

 

Bunlar, əsrlərdən bəri təfsir, hədis, fiqh və digər sahələrdə yazılmış olan, bütün elm və fikir əhlinin təqdirini qazanan çox qiymətli əsərləri heç diqqətə almazlar.

 

Bəli, Quranı Azimüşşanın kölgəsinə sığınaraq səhv istiqamətləndirmədə olan bir kimsə, heç olmazsa bunu bilməlidir ki, bir Müsəlman nə qədər məlumatsız da olsa Quranı Azimüşşanın Allah kəlamı olduğununa qətiyyən şübhə və tərəddüdü olmadığı kimi, sünnəi də İslamın ikinci bir dəlili və dayaq nöqtəsi olduğunu qəti olaraq bilər və elə də inanar.

 

Bu halda, "İslam dininin əsası tək Qurandır, biz tək onda olan hökmlər ilə əməl edərik, onun haram dediyinə haram, halal dediyinə halal deyərik" deyərək sünnəi diqqətə almadan, ona qiymət verməmək, Peyğəmbərimiz (s.ə.v)-in dəyərini və vəzifəsini idrak etməməkdir. Quranı təbliğ edən və ən başda təfsir edən Odur.

 

Peyğəmbərimiz (s.ə.v.) bir hədisi şərifində belə buyurmaqdadır:

 

"Mənə Qurani Kərim və onunla birlikdə, bir onun qədəri daha (yəni sünnə) verildi."

 

Başqa bir hədisi şərifdə də, "Bir adama, kreslosuna söykənmişkən hədisim çatar da, 'Aramızda Allahın kitabı var, ondakı halalı halal, haramı da haram sayarıq.' desə (bilsin ki) Rəsulullahın haram etdiyi də Allahın haram etdiyi kimidir." buyurmuşdur.

 

Üləmanın bir qisimi belə deyər: Sünnənin gətirdiyi hər hökmün, uzaq və ya yaxın, Quranda əsli vardır. Sünnə, nəticədə Qurana dayanar. Onun öz halında izah etdiyini açıqlayar, aydın olmayan mövzuları isə açığa çıxarar.

 

Şatibi, Quran ilə kifayətlənmə fikirinə sahib olanların sünnədən ayrılan nəsibsiz kəslər olduğunu söylədikdən sonra, "Bidət əhlindən bir çoxu hədisi tərk edib Allahın kitabını səhv şərh edərək həm özləri havalandı, həm də başqalarını havalandırdılar." deyər.

 

"Şübhəsiz ki, O zikri (Quranı) biz endirdik, şübhəsiz Onun qoruyucusu da bizik." ayəsi ilə bu iki əsasdan Quranı Azimüşşanın lafızları kimi mənalarını da mühafizə etməyi zəmanət altına almışdır. İslam alimləri buradakı qorumanın Quranı olduğu kimi sünnəni də əhatə etdiyini bəyan etmişlər. Bu ayə Quranın təfsir və izahı mahiyyətində olan Peyğəmbərimiz (s.ə.v.)-in sünnə və hədislərini də yəni "Biz sənə Quranı, insanlara endirilən hökmləri bəyan üçün endirdik." ayəsi ilə təminat altına almışdır. Çünki ayədə bildirilən "bəyan" Quranın mənasındandır. Bu bəyan isə ancaq Peyğəmbərimiz (s.ə.v.)-in sünnə və hədisləri ilə olar.

 

"... Rəsulullahın sizə gətirdiklərinə tabe olun. Onun sizə qadağan etdiyi şeylərdən də uzaq olun. Allahdan qorxun. Çünki Allahın verəcəyi cəza ağırdır. "(Həşr, 59/7)

 

Əlmalılı Həmdi Yazar Həzrətləri təfsirində bu ayəyə belə tərcümə verər:

 

"Peyğəmbər sizə hər nə verdisə onu alın, etməyin dediyini etməyin və Allahdan qorxun da Allahın və Peyğəmbər (s.ə.v.)-in əmrlərinə qarşı gəlməkdən və bir-birinizin haqqını yeməkdən, dövlətə xəyanət etməkdən çəkinin...."

 

Bu hala görə Quran sünnəsiz, sünnə də Quransız düşünülə bilməz. Bunlardan birinə laqeyd yanaşmaq, İslam dinini anlamamaqdan doğan bir xəstəlikdir və bir dəlalətdir. Quran bir günəş isə sünnə onun ziyasıdır. Biri üçün digəri fəda edilməz.

 

Bəli, necə Cənabı Haqq, hafizlər ilə Quranı mühafizə etmişsə, İslam alimlərinin vasitəsi ilə də sünnə və hədisləri mühafizə etmişdir.



02-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz