Ana səhifə

Şuunatı İlahiyyə nə deməkdir?


YazdırSend to friend

 

Şuunat (keyfiyyətlər, hallar) deməkdir.

Nur Külliyyatında, şuunat mövzusunda iki əhəmiyyətli şərh görürük.

 

Biri: Yoxdan yaradan, hakimiyyət, malikiyyət... üçün şuunat deyilmişdir. Yəni, Allah, xaliqiyyət, malikiyyət, ağalıq, rəhimiyyət, rəhmaniyyət sahibi bir şəxsdir. Bütün bunlar Allahın şuunatındandır.

 

Xaliqiyyət misal alaraq belə deyə bilərik:

 

Xəlq (yaratmaq) bir hərəkətdir. Xaliq (yaradıcı) addır. Xaliqiyyət (yaradıcılıq) isə şəndir. "Allah vardı və heç bir şey yox idi." (Buxari, Megazi, 67, 74; Tirmizi, Menakıb, 3946.) hədisini düşünək. Hələ heç bir məxluq yoxkən, yenə Allahın Xaliqiyyəti, yəni yaradıcılıq xüsusiyyəti var idi. Amma Xaliq adı, ancaq məxluqatın yaradılmasıyla təcəlli etmiş oldu.

 

Kainat yaradılmadan da Allah bütün bu adlara sahib idi. Yəni Rəzzaq idi, Muhyi idi, Mümit idi. Amma bu adlarını kainatı yaratmaqla təcəlli etdirdi.

 

Məsələn, Rəzzaq adını düşünək: Cənabı Haqq, daha sonra yaradacağı heyvanlara ruzi olmaq üzrə bitkiləri yaratdı, sonra bu ruziyə möhtac məxluqları yaratdı və bu ikincilərin, birincilərlə bəslənmələrində Rəzzaq adı təcəlli etmiş oldu. Yalnız bitkiləri yaratsaydı da heyvanları yaratmasaydı, o ilk yaradılanlara ruzi deyilməzdi. Onlarda Xaliq, Malik, Musavvir kimi adlar yenə təcəlli edərdi amma Rəzzaq adı təcəlli etməzdi. Necə ki dünyamız belə bir dövr yaşadı. Bitkilər dünyanı örtmüşdü amma ortada bunları yeməyə heyvanlar yox idi. O dövrdəki bitkilər ruzi deyil, yalnız ilahi bir əsər idilər.

 

 

"Allah muhsinləri sevər." (Bəqərə Surəsi, 195)

 

"Allah kafirləri sevməz." (Ali imran Surəsi, 32)

 

"Allah zalımları sevməz." (Ali imran surəsi, 57)

 

kimi ayələrdə də bizə bu ilahi şuunatı dərs verərlər.

 

Alaaddin Bacar (prof. Dr.)

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz