Ana səhifə

Tək olan Allah eyni anda hər şeyi necə bilər və edər?


YazdırSend to friend

İnsan bir anda iki istiqamətə baxa bilməyən gözlərini, iki ayrı mövzunu birlikdə düşünə bilməyən ağlını, bir anda iki şey istəyə bilməyən iradəsini, qısacası hamısı nöqsan və aciz olan sifətlərinə baxdığında, bütün sifətləri sonsuz və mütləq olan Allahın işlərini əlbəttə anlaya bilməz.

Halbuki insan özünə baxdığında Allahın yaratdığı və Onun icazəsi ilə saysız işlər edən məxluqatı düşünsə belə bu sualı soruşmasına gərək qalmaz. Bir anda bütün gözlərə birlikdə girən günəş işığını, bütün canlıların qanlarını birlikdə təmizləyən havanı, bir anda bütün qulaqlara birlikdə girən səsi, bütün yarpaqlara, meyvələrə birlikdə ruzi göndərən ağacdakı qanunu düşünə bilsə bu məxluqatına bu qabiliyyətləri verən Allah, əlbəttə sonsuz işləri birlikdə edə bilər. Bu mövzuda heç bir şübhəsi qalmaz.

İnsan minlərlə güzgüdə birdən görünər. Məsələn, qolunu qaldırsa minlərlə qol birdən qalxar. Məktub yazsa bütün güzgülərdə də bir məktub yazılar. Bu da Allahın bu kainatda qoyduğu bir qanundan bəşərin faydalana bilməsinin bir nəticəsidir.

Güzgülərdə göstərilən varlıqları üç qismə ayıra bilərik. Birincisi, “bərk, maddi və işıqsız” şeylərdir. Bunların görünüşləri bir surətdən, bir şəkil olmaqdan ibarətdir. O şeyin mahiyyətini əks etdirməz. Məsələn, bir kimsə yüz güzgülü bir otağa girsə, yüz dənə görünüş meydana gələr. Lakin o surətlər ölüdürlər. Görməzlər, eşitməzlər, danışmazlar, yeməzlər, içməzlər.

İkincisi, günəş kimi “maddi nurani” varlıqlardır. Güzgüsünü günəşə çevirən min dənə adam düşünək. Günəş, bütün güzgülərdə görünər. O görünüşlər günəşin eynisi deyil, ancaq günəşin bəzi xüsusiyyətlərinə malikdir. Aynadakı günəş əksləri də, əsl günəş kimi işıq, istilik və yeddi rəngə sahibidir. Göydəki günəş şüurlu olsaydı, aynamız vasitəsi ilə bizimlə danışa bilər, müxtəlif işlər görə bilərdi. Bir iş başqa bir işə mane olmazdı.

Üçüncü qisim, “nurani ruhlar”dır. Bunların görnüşləri, o ruhani varlıqların xüsusiyyətlərinə malikdir. Diridirlər, görərlər, eşidərlər, danışarlar, bilərlər.

Hədis kitablarında oxşamanın bir çox misalını görmək mümkündür. Məsələn, “Hamə” adlı bir cin, qoca bir adama oxşayaraq Peyğəmbər Əfəndimizin (s.ə.s.) yanına gəlmiş, şəhadət gətirərək İslamı qəbul etmişdir. Hz. Ömərin (r.ə.) izah etdiyi bu hadisə, cinlərin oxşamalarına gözəl bir misaldır.

Hz. Cəbrayıl (ə.s.) isə, Dıhyə adlı bir sahabə surətində Peyğəmbər Əfəndimiz (s.ə.s.) yanına gəlmiş, “İman nədir, İslam nədir?” deyə suallar soruşmuşdur. Səhabələrin hüzurunda meydana gələn bu hadisə, mələklərin oxşama haqqında məşhur bir misalıdır. O böyük mələk, eyni anda başqa yerlərdə olar, müxtəlif işlər edər, bir iş başqa bir işə mane olmazdı. Həm ruhu, həm də cəsədiylə, eyni anda bir çox yerdə ola bilən övliyalar da vardır, bunlara “abdal” (bu yolda çilə çəkmiş) adı verilər. Ruhu kimi, cəsədi də nur qazanan bu şəxslərin halı həqiqətən möcüzədir.

Oxşama qanununu lazımınca qiymətləndirə bilən bir insan, Allah Təalanın, “bir” olduğu halda hər şeyi eyni anda necə bildiyini, necə yaratdığını, necə idarə etdiyini, bir işin başqa işlərə necə mane olmadığını heç bir şübhəyə yer qalmayacaq şəkildə anlar, təsdiq edər.

Bütün qanunları qoyan Odur. Nə qədər möcüzələrə nail olan bütün cinləri, mələkləri və ruhları yaradan Odur. Bütün nurlar, Onun “Nur” adının bir təcəllisidir. O, maddi olmayan müqəddəs şəxsiylə heç bir yerdə deyil, ancaq adları və sifətləriylə hər yerdə hazırdır. Hər şeyi bilər və hər şeyi şəxsən icra edər.



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz