Ana səhifə

Təqva nədir, müttəqi kimə deyilir?


YazdırSend to friend

Təqva, qorxma, çəkinmə, Allah qorxusuyla günahlardan qorunmaq deməkdir. Mütttəqi, təqva üzrə yaşayan mömin demək olur.

Təqvada ilk ağla gələn, haramları tərkdir. Bunu, məkruhlardan çəkinmə izləyir. Məkruh, çirkin olan, xoş qarşılanmayan hərəkət, söz və hallara deyilir. Bunların tərk edilmələri də təqvadandır. Daha sonra şübhəlilər qarşımıza çıxır. Bunların da məkruhlar kimi haramla bir başqa qonşuluqları vardır. Haqqında qəti bir hökm olmayan işlərdə, təqvaya uyğun olanı, haram olma ehtimalını nəzərə alaraq o felləri tərk etməkdir. Sonra mübah və halal olanlar gəlir. Bunlardan lazım olan qədər istifadə edib israfdan çəkinmək də təqvadandır.

Allah Elçisi (s.ə.v.) "Halal bəlli, haram da bəllidir. Lakin bu ikisinin arasında şübhəli şeylər vardır,"-deyə başlayan bir hədisi-şəriflərində belə buyurur: "Necə bir çoban, qoruğun kənarında qoyun otladarkən, qoyunlarının hər an qoruğa girmə ehtimalı varsa, şübhəli şeylərdən qorunmayanın da harama düşmə ehtimalı eləcə vardır."

Şübhəli, haramın ən yaxın qonşusudur. O əraziyə girənin bir müddət sonra haram sahəsinə düşməsi qüvvətli ehtimaldır. Şübhəlidən çəkinənlərlə haram arasına bir bufer bölgə girmiş olur.

Qurani Kərimdən bir təqva dərsi:

 

"...yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin." (Bəqərə Surəsi, 2/14)

 

Təfsir alimlərimiz, bu ayəti-kərimədə haqqında danışılan daşların, bütlər olduğunu söyləyirlər. Bu ayəti-kərimədə yanacağı daşlar olan bir cəhənnəmin dəhşəti yanında, mömini ürpərdən bir başqa təhdid də vardır. O da bütlərlə birlikdə yanma, eyni məkanda birlikdə olma, onların tabe olduğu rəftara məruz qalma zillətidir.

Təqva və saleh əməl, ruh və qəlbin tərəqqisində iki əsasdırlar. Saleh əməl ilə mənəvi qazanclar əldə edilir. Təqva ilə də bu qazanc qorunur və zərərlərdən uzaq qalınır. Zərər yollarını bağlamayan bir insan, qazandığından daha çoxunu itirə bilər və bu yolun sonu iflasa çıxar.

İflasla əlaqədar bu hədisi-şərif çox ürküdücü və qorxuducudur:

"Ümmətimdən müflis o adamdır ki, qiyamət günü namaz, oruc və zəkat kimi əməllər ilə gəlir. Buna qarşılıq ona-buna söymüş, böhtan atmış, kiminin malını yemiş, kiminin qanını tökmüş və kimini də döymüşdür. Axirətdə bu yaxşılıqları haqq sahiblərinə paylanar. Yaxşılıqları çatmayıb bitdiyi zaman da haqq sahiblərinin günahlarından bir qismi alınıb ona yüklənər və cəhənnəmə atılar."

Təqvanın üç mərtəbəsi vardır:

1. Şirkdən təqva: İman edərək şirkdən qorunmaq. Adam beləcə əbədi cəhənnəmdə qalmaqdan qorunmuş olar.

2. Masiyətdən təqva: Böyük günahları işləməkdən, kiçiklərdə də isrardan çəkinmək. Təqvanın ən məşhur mənası budur.

3. Masivadan təqva: Qəlbini, Haqdan uzaqlaşdıran hər şeydən uzaq tutmaq.



26-04-2011 12:00:00