Ana səhifə

TƏQVA QALXANI


Uca Allahın orucu əmr etdiyi ayədə: 

"Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz." (Bəqərə, 183) buyurur. Yəni nəfsiniz oruc sayəsində həddindən artıq duyğulardan uzaqlaşar, korlaşar. Ruhani istedadlar inkişaf edər. Beləliklə "bəlkə (pis əməllərdən) çəkinəsiniz"

Oruc, demək ki, təqvaya çatmaq və nəfsin şərrindən qorunmaq üçün əmr edilmişdir. Bu baxımdan Ramazani ayı, halal da riyazət halında istifadə edərək, bizə şübhəlilərdən və haramlardan uzaqlaşmağı aşılayan mənəvi bir təhsil ayıdır.

O halda bu Ramazanda üzərimizdə mühasibat aparaq:

Halalı nə qədər riyazət halında istifadə edirik? Şübhəlilərdən, haramlardan nə qədər qaçırıq? Ticarət həyatı, ictimai həyat, qul haqqına və sairəyə nə qədər diqqət edirik?

Abdullah bin Ömər-radıyallahu anhu-çox mənalı bir şəkildə deyir ki:

"Namaz qılmaqdan yay kimi olsanız, oruc tutmaqdan da mismar kimi qalsanız, haramları tərk etmədikcə Allah ibadətlərinizi qəbul etməz." Yəni ibadətin fəziləti gedər, deyir. Bu səbəbdən yeməyimizin halal olmasına, yəni qazancımıza diqqət etmək çox mühümdür.

Buna diqqət edilərək tutulan Ramazan orucu, o qədər böyük bir lütfdür ki, Allah Rəsulu-sallallahu aleyhi və səlləm buyurur:

"Ramazan orucunun əcrini bilsəniz, bütün ilin Ramazan olmasını arzu edərsiniz." (Təbərani, əl-Kəbir, 22/389)

Bunun üçün ayədə səfərdə olanlar, məşəqqətdə olanlar, xəstələr və üzrlülər orucdan azad olunarkən, hər şeyə baxmayaraq əgər güc yetəcəksə

"... Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir." (Bəqərə, 184) buyurulur. Yəni səfərdə də olsanız, oruc bir nemətdir, bir ikramdır. Çünki:

Oruc, İlahi bir təlimdir

Oruc, həyat mübarizəsində zəruri olan «səbir, riza, iradə, əzm, stabillik və nəfsani arzulardan uzaqlaşma» kimi halların təlimi ilə əxlaqi vəziyyətimizi kamala çatdırır.

Oruc, nemətlərin qədrini bildirən, təşəkkür hissləri oyadan, yoxsulların və çarəsizlərin halından anlama şüuru qazandıran, nəfsani arzu və istəkləri dəf edən, maddənin əsarətindən qurtarıb «səbir» adlanan ən yüksək əxlaqi üstünlüyə qovuşduran bir ibadətdir.

Beləliklə orucun Haqq qatında məqbul olması üçün mədənin aclığından başqa dil, göz, qulaq kimi digər üzvlərə da oruc tutdurulmalıdır.

Oruclu ikən ağıza bir şey girməməsini diqqət edildiyi kimi, ağızdan çıxan hər sözə də diqqət yetirilməlidir. Dilimiz ürəklərə batan bir tikan deyil, rəhmət dili olmalıdır. Qeybət səbəbiylə də mənən insan əti yeyərək haramla iftar edilməməlidir. 

Uca Allah buyurur:

“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (əl-Hucurat, 12)

Oruc, məzlumların və möhtacların; «bizə acıyın!» deyə yüksələn səssiz fəryadlarım ən gözəl tərcümanıdır. Əgər mərhəmət və şəfqətimizi bütün fani sevdaların üzərinə yüksətməzsək, özümüzə zülm etmiş olarıq. Necə ki, hədisdə buyurulur:

"Sizlər yerdə olanlara mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin." (Tirmizi, Birr, 16)

Xüsusilə Ramazan, tam fərqli bir mərhəmət mövsümüdür. O, bizə (başqalarına) acıya bilməyi təlqin edir.



13-07-2014 12:00:00