Ana səhifə

Təravih namazı haqda önəmli məlumatlar.


YazdırSend to friend

   ✔ Alimlərimizin çoxluğuna görə təravihi məscidlərdə qılmaq daha əfzəldir.

  ✔ Təravih namazını iyirmi rükət qılmaq bidət deyildir, əksinə sələfin əməlidir, raşidi xəlifələrin sünnətidir və səhabələrdən heç biri buna etiraz etməmişdir. Dörd məzhəbin imamları da ümmətin coğrafiyasının tamamında əsrlər boyunca təravihi iyirmi rükət olaraq qılıblar.

  ✔ Təravih səkkiz rükətdən çox qılmağın bidət olduğunu düşünərək səkkizinci rükətdən çıxmaq və beləliklə də digərlərindən seçilmək çirkin bir bidətdir. Bu, məsciddə parçalanmağa səbəb olduğu üçün, fəsad yaratdığı üçün çox pis bir əməldir.

  ✔ Təravih namazını imam ilə axıra qədər qıldıqda - peyğəmbərimizin - aleyhissələm - dediyi kimi - gecə namazının savabı yazılır. Ona görə də imam ilə birlikdə axıra qədər qılmaq, hətta vitri belə imamla qılmaq əfzəldir və gözəl bir əməldir.

   ✔ Kim təravihdən sonra evində də gecə namazı qılmaq istəyirsə axıra qədər vitri imamla qılsın, lakin imam vitrdə üç rükət (və ya bir rükət) qılıb salamlar vermək istədikdə salam vermədən ayağa qalxsın və namazı cüt olaraq tamamlasın. Ondan sonra evinə getdikdə istədiyi qədər namaz qılar və gecəsini vitri qılmaqla tamamlayar.

Samir Firdovsioğlu

Müəllif: 


29-05-2017 08:30:07