Ana səhifə

TAHİYYƏTU'L-MƏSCİD


YazdırSend to friend

Tahiyyə, hörmət, salamlama, ehtiram göstərmə; tahiyyətu'l-məscid, məscidə hörmət, daha doğrusu məscidin sahibi Allah`a hörmət göstərmə mənasındadır. Çünki insanın məqsədi məscidə yaxınlaşmaq deyil onun sahibi Allah`a yaxınlaşmaq və onun razılığını əldə etməkdədir. Bu məqsədlə qılınan namaza da tahiyyətu'l-məscid deyilir.

Tahiyyətu'l-məscid namazı iki rükət olub müstəhəbdir. Bir məscid və ya məscidə girildiyində oturmadan qılınar. Oturulduqdan sonra, namaz keçmiş olmayıb yenə qılınsa da, fəzilətli olan, oturmadan əvvəl qılınmasıdır. Belə ki, Əbu Qatadə (Allah ondan razı olsun) 'dan rəvayət edilən hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm);

"Sizdən biri məscidə gəlincə oturmadan əvvəl iki rükət namaz qılsın" (Əbû Davûd, Salat, 19) buyurmuşdur.

Bir məscidə ziyarət, dərs oxumaq və ya oxutmaq kimi bir məqsədlə girən Müsəlman tahiyyətu'l-məscid namazını qılar. Bir gündə bir neçə dəfə girilsə, bir dəfə qılınması yetərlidir. İstərsə, ilk girişində, istərsə son girişində qılar. Hər girişində qılması gərəkməz.

Bir məscidə hər hansı bir namazı qılmaq və ya fərzi əda və imama uymaq niyyətiylə girmək də tahiyyətu'l-məscid yerinə qaim olar. Buna görə bir məscidə girincə oturmadan əvvəl qılınan hər hansı bir namaz tahiyyətu'l-məscid yerinə keçər.

Kerahet vaxtında tahiyyetü'l-məscid namazı qılınmaz. Bir məscidə girib də məşğuliyətindən və ya kerahet vaxtı olması yaxud dəstəmazsız olması kimi səbəblərdən ötəri tahiyyetü'l-məscid namazını qıla bilməyən kimsə, "Sübbanəllâhi vəl-hamdu li'l-lahi və lə iləhə illallahu vallahu əkbər" deyər.

Durak PUSMAZ



27-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz