Ana səhifə

Tapşırılaraq işə girənin qazancı haramdırmı?


YazdırSend to friend

Tapşırılaraq işə girənin qazancı haramdırmı?

Şəxsin, gərəkli şərtlərə sahib olmadığı, yaxud nəzərə alınan meyarlar etibarilə daha layiq olan digər şəxslər olduğu halda, bəzi kəsləri vasitəçi edərək layiq olmadığı bir yerə gəlməsi dini baxımdan caiz deyildir.

Tapşırma mövzusunun bəzi istiqamətləri belədir:

1. Haqqı olmadığı halda bir şeyi əldə etmək. Bu vəziyyət, əldə edilən şeyin həqiqi, layiqli sahibinə qarşı olan bir zülmdür. Bu səbəbdən bir qul haqqıdır.

2. Haqqı olan bir şeyi, ancaq araya adam qoymaq surətiylə əldə etməyə çalışmaq. Bu vəziyyət caizdir. Çünki, layiq olduğuna inandığı bir şeyi normal yolla əldə etmək çətin olduğu üçün, öz haqqını gücü yetən bəzilərinin əliylə əldə etməyə çalışmaqdır. Burada qul haqqı deyə bir şey yoxdur. Çünki, ləyaqət sahibi olduğu halda layiq olduğu vəzifəni ala bilməyən kəslərə kömək olmaq isə iltimas / tapşırıq xüsusiyyəti daşımaz.

3. İnsan, haqqı olmadığı bir işə tapşırılaraq girsə, qul haqqına girmiş olsa da qazancı haram olmaz. Çünki bu pulu işləməsinin qarşılığı olaraq almaqdadır. Lakin layiq olmadığı bir vəzifəyə iltimas (tapşırıq) yolu ilə gəlib həm də olduğu vəzifənin gərəklərini yerinə yetirməyən və ya yetirə bilməyən adamın alacağı maaş halal olmaz.

4. Tapşırmağın caiz olması üçün, tapşırıq olmadan heç bir şəkildə haqqını ala bilməməsi və özünün də buna layiq olması şərtdir. Bu şəkildəki bir rəftarın adı "tapşırıq" deyil "haqqını qoruma" olur. Məsələn, işə qəbul ediləcək qədər balı yüksək olduğu halda və digər şərtləri də daha yaxşı olduğu halda, özündən daha aşağıdakı biri tapşırıqla önünə keçəcəksə, o zaman (öz haqqını qorumaq üçün) tapşırıq etməsi caiz olar. Əks halda caiz olmaz.



17-09-2015 12:00:00