Ana səhifə

Texnologiya İnkişafları İnsanı Nə Qədər Xoşbəxt Edər?


YazdırSend to friend

Ürəyi, vicdanı və hiss dünyası iman və Quran ilə nurlanmamış bir insan qaranlıqlar içindədir. Vicdan, iman ilə işıqlığa qovuşacaq ki, ağlın məhsulu olan fənlər də nurlansınlar və hər bir fən, insana ayrı bir bacarıq pəncərəsi açsın.

 

İnsan, hikmətlərlə dolub daşan bu kainat kitabını yazan bir alim və hakimi tanımadığı müddətcə qazandığı elmlər onun cahilliyini artırmaqdan kənar bir işə yaramaz.

 

Ustad Bədiüzzaman həzrətləri, Ləmaat adlı əsərində, ürəyin ziyası olmadan ağıl və fikirin nurlanamayacağını şirin bir üslubla izah edər və sözünü: "Bəsirətsiz baxmaq da pul etməz" deyə nöqtələr. O möcüzə parçadan bir neçə sətiri eynilə nəql edim:

 

"Ziyanı ürəksiz olmaz nuru fikir münəvvər.

O nur ilə bu ziya qarışmasa zülmətdir; zülm və cahilliyi fışqırar.

Gözündə bir qızıl var; lakin ebyaz və qaranlıq.

İçində bir qaraltı var ki bir işıqlı..." (Sözlər – Ləmaat)

 

Vicdan üçün "ziya", ağıl üçün "nur" sözlərinin istifadə edilməsində ayrı bir incəlik var. Cənabı haqq, Yunus surəsində belə buyurar:

 

"Günəşi ziyalı (işıqlı), ayı da nurlu (parlaq) edən, illərin sayını və hesabı bilməniz üçün ona (aya) mənzillər təyin edən Odur." (Yunus Surəsi; 5)

 

Günəşdən ziya almasa, ayda nur nə gəzər. O, günəş sayəsində qaranlıq gecələrə nur olar və insanlar da ondan istifadə edərlər.

 

Ay, nurunu günəşdən aldığı kimi, bu kainata aid fənlər də, Quran ilə nurlanar və insanlığa faydalı hala gələrlər. Əks halda, fən və texniki, insanlığın dincliyini qaçırmaqdan, zülmə və pozğunluğa xidmət etməkdən kənar bir işə yaramaz. Bunlar isə bəşərin dünyasını qaraldar və insanlığı o dəhşətli əzab diyarı olan cəhənnəmə sövq edərlər.

 

Cəhənnəmin də nursuz hərarət olduğu düşünülsə bu məna daha da əhəmiyyət qazanar.



15-11-2009 12:00:00