Ana səhifə

Tilsim və cadu nədir?


YazdırSend to friend

Qorxu kimi şeylərdən qorunmaq üçün dua etmək və ayə ilə hədis kimi şeyləri yazıb daşımaq dinə görə caizdir. Abdullah bin Ömər Peyğəmbərdən (s.ə.s.) belə rəvayət etmişdir: "Sizdən biriniz yuxuda qorxsa belə desin: Allahın qəzəb və əzabından və qullarının şərindən, şeytanların vəsvəsəsindən və yanıma gəlmələrindən əskikliyi olmayan Allahın sözlərinə sığınıram" O zaman, heç bir şey ona zərər verməz. Abdullah bin Əmr onları yetkinlik çağına gələn uşaqlarına öyrədər, yetkinlik çağına gəlməyən uşaqları üçün yazıb onların boyuna asardı (Əbu Davııd, Nəsəyi, Tirmizi).

 

Ancaq bunları din üçün deyil başqa mənfəətlər üçün istifadə etmək haramdır.

 

Xəlil Günənç, Günümüz məsələlərinə Fətvalar - 2, Yasin Nəşriyyat, s: 258



07-12-2009 12:00:00