Ana səhifə

Tövhid nə deməkdir?


YazdırSend to friend

 

Tövhid: “Birləmək” “Allahdan başqa ilah olmadığına inanmaq.” “Ləə iləhə illəllah sözünü təkrarlamaq”dır.

Tövhid deyilincə ağla dərhal “ləə iləhə illəllah” kəlamı gəlir. Bu kəlama tövhid deyilər və Allahdan başqa haqq məbud olmadığını ifadə edər.

Bu məxluqat aləmi üçün müxtəlif oxşatmalar edilmişdir. Bunlardan biri də “kainat sarayı.” Tövhid, bu sarayın sultanını bir bilmə, birləmə və Ona heç bir şeyi şərik qoşmama etiqadıdır.

Kainat sarayının döşəməsi başqasının, tavanı başqasının olmaz. Bu sarayın xalçaları, lampaları və digər əşyaları bir başqa aləmdən gətirilməyib. Saraydakı hər şey və ən əhəmiyyətlisi hər qonaq, sarayda doğulur. Bir çiçəyə baxaq: Torpaqdan günəşə qədər sarayın hər şeyinin onda bir hissəsi vardır.

Dağlar düzənliklərə bir kreslo kimi qurulmuş. Amma başqa yerdən gətirilərək deyil, düzənliyin içində yüksələrək. Meyvələr budaqlara yapışmış. Başqa bir diyardan idxal edilərək deyil, ağacın içindən çıxarılaraq.

Bu aləmdə olan sonsuz deyiləcək çox varlıq, birləşdirilmiş, aralarında əlaqələr qurulmuş və bu varlıq aləmi bir saray şəklinə soxulmuşdur. Bunu düşünən insanlar tövhidi oxuyar və bu sarayı hər şeyiylə ancaq Allahın mülkü və məxluqu bilərlər.

Kəlimeyi tövhid Allahdan başqa haqq məbud olmadığı mənasını verməklə birlikdə, bu kəlamda keçən Allah adı, “Allahdan başqa Muhyi (həyat verici) yoxdur, Allahdan başqa Xaliq (yaradıcı) yoxdur, Allahdan başqa Malik yoxdur.” kimi mənaları da  əhatə edir.

Bəzi alimlərimiz, tövhidi, “elmi və əməli” olmaq üzrə ikiyə ayırarlar. Allahın bir olduğunu və kainatdakı bütün birliklərin Onun birliyini göstərdiyini bilmək, həmişə elmi tövhiddir. Əməli tövhid isə, bu tövhid inancının insanın əməl aləmində tam bir hakimiyyətlə hökm etməsidir.

Fatihə surəsinin “İyyakə nəbudu və iyyakə nəstain.” ayəsi əməli tövhid dərsi verir bizlərə: “Tək sənə ibadət edər və tək səndən kömək diləyirik.” Tək sənin bildirdiyin istiqamətə dönər, tək sənin hüzurunda durar, ancaq sənə rüku və səcdə edərik. Ağlımızı yalnız sənin razı olduğun şeylərə sərf edər, ürəyimizə ancaq sənin razı olacağın sevgiləri qoyarıq.

Tək Allaha ibadət edən insan batil məbudlara ibadət etmə zillətindən xilas olduğu kimi, tək ondan kömək istəyən bir qul da səbəblərin arxasına düşməkdən, hadisələrin qulu olmaqdan xilas olar. Və tam bir təvəkkül ilə Rəbbinə sığınar. Bu çox ülvi bir həzz olmaqla birlikdə eyni zamanda da çox üstün bir qüvvətdir.

Onsuz da kamil mömin olmanın yolu da, həm elmi həm də əməli tövhiddə kamala çatmaqdan keçər.

Tövhid yalnız bunlarla məhdud deyil. Sifət və hərəkətləri üçün də tövhid vardır. Bunları beləcə yekunlaşdırmaq mümkündür:

Tövhidi Əfal: “Əşyanın yaradılmasında və idarəsində səbəblərin heç bir təsiri olmadığını bilmək”, “Tək yaradıcının ancaq Allah olduğunu etiqad etməkdir.”

Tövhidi Sifət: “Məxluqata çatan elm, qüdrət, iradə kimi sifətlərin də Allahın məxluqu olduğunu bilərək onlara müstəqil bir varlıq isnad etməmək deməkdir.

Tövhidi Şəxs: “Hər varlığı Onun Şəxsi və varlığı yanında yox dərəcəsində bilmək.

Həyat vermək, öldürmək, şəfa bəxş etmək, hidayətə çatdırmaq, ruzi vermək hər biri ayrı bir hərəkətdir. Sonsuz deyiləcək qədər çox olan bu hərəkətlər eyni sifətlərə dayanır. Bu sifətlər “həyat, elm, qüdrət, iradə, kəlam, yaratma” sifətləridir. Məxluqat aləmində icra edilən sonsuz hərəkətlərin hamısını bu ilahi sifətlərdən bilmək, tövhidi əfaldır. Bu sifətləri bir tək şəxsə isnad etmək isə, tövhidi şəxsdir.



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz