Ana səhifə

Uca Allaha nəşə, sevinc, fərəh, məmnunluq kimi adları aid edə bilərik? Allah mərhəmətlidir, dediyimiz kimi, Allah sevinclidir, məmnundur... deyilə bilər?


YazdırSend to friend

 

Allahın ad və sifətləri Quran və hədislərdə bildirilmişdir. Nəşə kəlməsini ifadə edən bir ad və söz işlədilməmişdir.

“Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!” (Əraf surəsi, 7/180) ayəsində də bu bildirilir.

-          Nəşə, sevinc mənasını verən fərəh/fərəhlilik sözləri hədislərdə işlədilmişdir.

Hz. Abdullah b. Məsud danışır: Hz. Peyğəmbər (SAV) belə buyurdu:

“Şübhəsiz ki, Allahın mömin qulunun tövbəsinə (yenidən geri dönərək sonsuz rəhmətinin qapısına sığınmasınə) görə duyduğu sevinc belə bir adamın sevincindən daha çoxdur: yemək-içməklə yüklü dəvəsi yanında olan bir adam həyati təhlükə olduğu çöldə yuxuya gedir. Oyandıqda dəvəsinin itdiyini görür.Axtarmağa başlayır, ancaq geri döndükdə o qədər susayır ki, taqəti kəsilir. Ürəyində deyir ki, əvvəlki yerimə geri qayıdıb ölümü gözləyərək yuxulayım! Belə fikirlərlə başını qolunun üzərinə qoyaraq ölümü gözləməyə başlayır. Yuxudan oyandıqda yemək-içmək yükü ilə birlikdə dəvəsinin yanında dayandığını görür. Budur, Allahın mömin qulunun tövbəsinə görə duyduğu sevinc bu adamın dəvəsinin və qidasını tapdığına görə duyduğu sevincdən daha çoxdur.” (Müslim, Tevbe, 3.)

-          Bu kimi mənalar daşıyan kəlmələr – başa düşülməsi üçün- Allah haqqında işlədilmişdir. Ancaq Ona aid ad və sifətlər əsla məxluqata bənzəməz. Necə ki, Onun Zatı heç bir şeyə bənzəməz, Ad, Sifətləri heç bir şeyə bənzəməz. Çünki məxluqatdakı sevinc, nəşə kimi xüsusiyyətlər sonradan meydana gələn müvəqqəti, keçici və dəyişən şeylərdir və bu mənası ilə, Qədim, Əzəli olan Allahın dəyişməz sifətlərinə uyğun gəlmir. Məsələn, nəşə bir insanın əldə etdiyi sevincli vəziyyətin nəticəsidir. İçində olduğu vəziyyət arzusuna, kefinə uyğun gəlmişdir. Bunları əksi isə arzusunun əksinə olan, iztirablı vəziyyətdir. Yəni nəşəli olan eyni zamanda kədərli olur. Bunlar Allahın uca məqamına yaraşmayan xüsusiyyətlərdir.

Buna görə Allahın adlarını Özünə layiq və müqəddəs şəkildə qəbul etmək lazımdır. Bu adların varlığına inanırıq, ancaq keyfiyyətini bilmirik. Ona görə Ona aid adlar, Onun şanına layiq, müqəddəs və ülvidir. Necə ki, Allahın mərhəmətinin varlığını bilirik, ancaq mahiyyətini anlamırıq. Onun kimi fərəh, sevgi, nəşə, məmnunluq kimi xüsusiyyətlərinin varlığını anlasaqda, mahiyyət və keyfiyyətlərini bilmirik.

Məsələn, Cənabi-Haqqın rəhmətindəki camal mərhəmətinə möhtac olanları ifadə edir. Mərhəmətinə layiq olanların, xüsusilə, Cənnəti-Bakiyədə sonsuz rəhmət və şəfqətinin hər cürünü qazananların səadət, sevinc və nemətlənmə dərəcələrinə görə o Zati-Rahmənur-Rahimin Öz Zatına layiq bir tərzdə bir məhəbbət, bir sevgi kimi Ona layiq təbirlərlə ifadə edilməli ülvi, qüdsi, gözəl,  yüksək və pak mənaları var. “Müqəddəs bir ləzzət, pak bir fərəh, qüdsi bir sevinc” kimi ifadə edilən bu pak və qüdsi keyfiyyətləri bizə məlum olan eşq, sevinc və məhəbbətdən sonsuz dərəcə daha yüksək, daha ülvi, daha müqəddəs və daha pakdır.

Mövzunun daha yaxşı başa düşülməsi üçün bu açıqlamaları da vacib bilirik:

Bir şeyin ləzzəti, hüsnü, camalı, bənzəri və ziddlərindən daha çox o gözəlliyin üzərində görüldüyü şeylərlə başa düşülür.

Məsələn: Kərim gözəl və xoş bir sifətdir. Kərim olan Zat başqa lütfkarlara, qonaqpərvərlərə üstünlüyü cəhətilə aldığı nisbi ləzzətdən min dəfə daha xoş bir ləzzəti ikram etdiyi adamların o ləzzəti dadmaları və könüllərinin fərəhlə coşması ilə alır.

Bir şəfqət və mərhəmət sahibi şəfqət göstərdiyi məxluqların rahatlıqları ilə həqiqi bir ləzzət alır.

Məsələn: bir ananın övladının səadətlərindən və rahatlıqlarından şəfqət vasitəsilə aldığı ləzzət o qədər qüvvətlidir ki, onların rahatlığı üçün ruhunu fəda edəcək dərəcəyə çatdırır. Hətta o şəfqətin ləzzəti toyuğu cücələrini himayə etmək üçün aslanın üzərinə hücum etməyə vadar edir.

Budur, madam ki, ülvi vəsflərdəki həqiqi ləzzət, hüsn, səadət və kamal akran və ziddlərə aid deyil, əksinə o vəsflərin nümayiş etdirildiyi və əlaqədar şeylərə aiddir, əlbəttə, Hayyi-Kayyum və Hannani-Mənnan və Rahimi-Rahman olan Zati-Zülcamal və Kamalın rəhmətindəki camal mərhəmətinə nail olanlara aiddir. Onların xüsusilə, əbədi cənnətlərdə, nəhayətsiz və hüdudsuz mərhəmət və şəfqətinə mazhar olanların səadətlərinin dərəcələrinə, o nemətlərdən aldıqları zövqlərə və razılıqlarına görə o Zati Rahmanur-Rahimin Ona layiq bir tərzdə bir məhəbbət, bir sevgi kimi keyfiyyəti bizə məchul və Onla layiq bir sevgi deyə biləcəyimiz ülvi, qüdsi, gözəl, pak mənaları var. “qüdsi ləzzət, müqəddəs eşq, pak fərəh, müqəddəs sevinc” kimi ifadə edilən təzahürləri var ki, hər birinin kainatda gördüyümüz, yaradılanlar arasında hiss etdiyimiz, sevgi, fərəh və sevincdən nəhayətsiz dərəcədə daha yüksək, daha ülvi, daha müqəddəs, daha pak olduğunu çox yerlərdə sübut etmişik. O mənaların hər birinə baxmaq istəsən, bu misallar yönündən bax:

Məsələn: Çox comərd, alicənab, şəfqətli bir şəxs olduqca fağır, aç və möhtac olanlara gözəl bir ziyafət vermək üçün onları səyahət edən gözəl bir gəmisinə doldurur, yükləyir və gəzdirər. Özü də onlarla bərabər gedir. O kasıb insanların verilən ziyafət qarşısında minnətdarlıq duyğuları, o ac adamların ziyafətdən sonrakı təşəkkürləri, o möhtac olanların məmnunluqlarını bildirmələri nə qədər o alicənab şəxsi məmnun edər və sevindirər, onun nə qədər xoşuna gələr, başa düşərsən.

Budur, kiçik bir süfrənin həqiqi sahibi olmayan və ancaq paylayan şəxs olan bir insanın sevinci bu qədərdirsə, bəşəriyyəti və heyvanları, bu kainatda səyahət etdirən və Rəbbani bir gəmi olan böyük züminimizin üstünə mindirərək yer üzündə müxtəlif cür nemətlərlə zəngin süfrəni sərərək bütün canlıları kiçik qəlyanaltı şəklində o ziyafətə dəvət etmişdir. Bundan başqa, olduqca mükəmməl və hər cür ləzzətli yeməkləri daimi və əbədi yurdunda, cənnətləri-hər birini bir nemət süfrəsi edərək-hədsiz ləzzət və lüftləri toplayaraq  əbədi bir zamanda, saysız-hesabsız möhtac, çox istəkli qullarına yemək üçün ziyafət verən bir Rahmani-Rahimə aid-ifadə etməkdə aciz olduğumuz- İlahi sevgini və rəhmətin nəticələrini müqayisə edə bilərsən.

Məsələn: Mahir və sənətsevər, məharətini göstərməyi sevən bir usta gözəl, valsız oxuyan bir fonoqraf (radio və ya video) kimi bir aləti icad etdikdən sonra onu düzəldib təcrübədən keçirir, göstərir. O alət sənətkarın düşündüyü və istədiyi nəticələri ən mükəmməl bir tərzdə göstərsə, icad edən sənətkar o alətlə nə qədər iftixar edər, nə qədər razı qalar, xoşuna gələr. Özü özünə “Bərəkallah” deyər.

Budur, kiçik bir insan, yaratma gücü də olmadan, məhz sadə sənəti ilə fonoqrafın (radio və ya videonun) gözəl işləməsindən bu qədər məmnun olursa, görəsən, bir Sani-Zülcəlal böyük kainatı, ilahi bir orkestr, bir radio və ya video hökmündə hökmündə icad etdiyi kimi Yeri və Yer üzərindəki bütün canlıları və xüsusilə insanın başını elə bir Rəbbani fonoqraf və ilahi bir orkestr tərzində yararmışdır ki, insan texnologiyası o sənət qarşısında acizdir.

Bütün yaradılanların onlardan gözlənilən nəticələri, hədsiz dərəcədə və olduqca gözəl şəkildə göstərməsindən və üzərlərinə düşən ibadətləri, xüsusi zikrləri və müəyyən dualar da deyilən, yaratmaya məxsus əmrlərə qarşı onların itaətləri və onlardan gözlənilən Rəbbani məqsədlərin yerinə yetirilməsindən hasil olan, iftixar, məmnunluq və fərəh kimi ifadə edəcəyimiz “müqəddəs mənalar və pak əməllər”o qədər ali və müqəddəsdir ki, bütün insanların zəkası birləşib bir ağıl olsa, yenə həmin hissin əslinə çata bilməz və onu əhatə edə bilməz.

Məsələn, ədalətsevər, haqqın tərəfində olan və ondan zövq alan bir hakim məzlumların haqlarını verməkdən, məzlumların minnətdarlığından, zalımları cəzalandırmaqla məzlumların intiqamını almaqdan nə qədər məmnun olar, zövq alar.

Elə “Hakimi-Mütləq və Adili-bil Haqq və Kahhari-Zülcəlal” nəinki cinlər və insanlar aləmində, bəlkə bütün mövcudatda haqqı yerinə yetirmək, yəni hər şeyə mövcud olmağın haqqını və həyat haqqını vermək, bədənlərini və həyatlarını təhlükələrdən mühafizə etmək və dəhşətli varlıqları təcavüzdən çəkindirmək, xüsusilə, məhşərdə və axirət həyatında cin və insanların mühakiməsindən başqa bütün yaradılanlara qarşı böyük ilahi ədalətin ortaya çıxması bu “müqəddəs məna” ilə müqayisə edilə bilər.

Elə bu üç misal kimi Allahın min bir adının hər birində çox fəzilət, kamal və gözəllik mərtəbələri olduğu kimi, bir çox sevgi mərtəbələri, iftixar, izzət və əzəmət var. Elə buna görədir ki, “Vədud” adını dəyərləndirən övliyanın uluları “Bütün kainatın mayası məhəbbətdir. Bütün həyatın hərəkəti məhəbbətlədir. Bütün həyatdakı cezbe və cazibə qanunları məhəbbətdəndir.” demişlər. Onlardan biri demişdir:

“Fələk məst, mələk məst, ulduzlar məst, göylər məstdir. Bütün canlılar başdan-ayağa məstdir. Bütün varlıqların zərrələri bərabər və iç-içə məstdirlər.”

İlahi məhəbbətin təzahüründə və o məhəbbət şərabından hər kəs özünə görə məstdir. Məlumdur ki, hər qəlb ona bəxş edəni sevir və həqiqi kamala məhəbbət göstərir, ülvi camala məftun olur. Özü ilə bərabər sevdiyi və şəfqət göstərdiyi şəxslərlə müqayisədə belə ona ehsan edəni daha çox sevir, görəsən, yuxarıda dediyimiz kimi, hər bir adında minlərlə ehsan dəfinəsi olan və bütün sevdiklərimizi lütfü ilə məsud edən və minlərlə sifətinin mənbəyi, minlərlə təbəqədən ibarət camalı, min bir gözəl adın sahibi olan Cəmili-Zülcəlalın, Məhbubi-Zülkamalın nə qədər eşq və məhəbbətə layiq olduğu və bütün kainat Onun məhəbbətindən məst və heyran olmağa layiq olduğu başa düşülməzmi?

Elə buna görədir ki, “Vədud” adını dəyərləndirən bir qisim övliya “Cənnəti istəmirik. İlahi məhəbbətin bir anlıq parıltısı əbədi olaraq bizə kifayətdir.” demişlər.

Ona görədir ki, hədisdə də deyildiyi kimi:

“Cənnətdə bir dəqiqə Rəbbimizin ilahi camalının görülməsi Cənnətin bütün ləzzətindən üstün tutulur.”

Bu sonsuz sevgilərin kamalı “Vahidiyyət və Əhadiyyət” dairəsində Zati-Zülcəlalın adları ilə və yaratdıqlarında hasil olur. Deməli, o dairə xaricində mövcud olduğu zənn edilən kamalat kamalat deyil. (bax: Nursi, Sözler, Otuz İkinci Söz İkinci Mevkıf)

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz