Ana səhifə

Uca Allahın 99 adını həyatımızda necə dəyərləndirə bilərik?


YazdırSend to friend

 

Allahın adları ilə dəyərləndirməyin yolu bu adları müəyyən sayda təkrar etməkdən əlavə onları lazım olduğu kimi dəyərləndirmək və mənəvi əmrlərinə uyğun şəkildə hərəkət etmək lazımdır. Bu da, ümumiyyətlə, Allahın əmr və qadağalarına uyğun hərəkət etmək mənasına gəlir.

Bununla bərabər, bu adların xüsusi təzahürlərini dəyərləndirmək bu adların həmin xüsusi təzahürlərinə əməl etməklə mümkündür. Məsələn, Allahın Vədud adını dəyərləndirmək üçün həyat boyu “Biz məhəbbət fədailəriyik, düşmənçiliyə vaxtımız yoxdur” düsturunu davranışlarımıza aşılamalıyıq. Quddüs adını dəyərləndirmək üçün söz, hərəkət, davranış tərzilə bu ada xidmət etmək lazımdır. Yəni, hərəkəti, davranışı təmiz, özü və sözü təmiz, qəlbi və ağlı təmiz, vicdanı və zəkası təmiz bir şəxsiyyətə malik olmaq lazımdır. 

Hakim adını dəyərləndirmək üçün bütün hikmətlərin əsası olan Allah qorxusunu rəhbər tutmaq, kitab və sünnənin dərs verdiyi hikməti həyatına hakim  etmək, sözü, sükutu, hərəkət və davranışı ilə ətrafına hikmət saçmaq lazımdır.

Məsələn, Nur adını dəyərləndirmək üçün qəlbini və ağlını Quranın nuru ilə nurlandırmaq, həyatını İslamın nuru ilə işıqlandırmaq, vəhyin işığı ilə aydınlatmaq lazımdır.

Mucib adını dəyərləndirmək üçün Allahın əmr və qadağalarına əməl etmək lazımdır. İbadət və dua ilə Allaha yalvarıb-yaxarmaq lazımdır. Əvvəlcə Allahın çağırışlarını dinləyib, əməl etdikdən sonra, Onun Mucib adı ilə özünə cavab verməsini gözləmək əsasdır.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz