Ana səhifə

Ümmü Eymən (r.ə.)


YazdırSend to friend

Ümmü Eymən (r.ə) Rəsulullah Əfəndimizin (s.ə.v)dayəsi... 

“Anamdan sonra anam” deyə hörmət və iltifat görən, həyatda ikən cənnətlə müjdələnən, fədakar bir xanım səhabə... Fəxr-i Kainat Əfəndimizin (s.ə.v)atası Abdullahın cariyəsi...

O, Həbəşistanlı idi. Əsl adı Bərəkə binti S’ləbədir. “Ümmü Eymən” künyəsi ilə məşhurdur.

O, ilk dəfə Xazrəcoğullarından Ubeyd İbni Zeyd ilə evlənmişdi. Eymən adında bir oğlu oldu. Bu ilk uşağınagörə “Ümmü Eymən”  künyəsini almışdı.

Ümmü Eymən (r.ə) Rəsulullah Əfəndimizin (s.ə.v) dayəsi... “Anamdan sonra anam” deyə hörmət və iltifat görən, həyatda ikən cənnətlə müjdələnən, fədakar bir xanım səhabə... Fəxr-i Kainat Əfəndimizin (s.ə.v) atası Abdullahın cariyəsi...

Ümmü Eymən uzun illər Sevgili Peyğəmbərimizin (s.ə.s) atası Abdullahın cariyəsi olaraq peyğəmbər ocağındaqulluq etdi. Onun vəfatından sonra da eyni evdə qaldı. Artıq həm ana Aminənin, həm də varlıq Nuru Məhəmədin köməkçisiidi.

O,şəfqətli və sevgi dolu bir qəlbə sahib idi. Rəsul-i Əkrəm (s.ə.s) Əfəndimiz beş-altı yaşlarında ikən anası Hz. Aminə (r.ə) Ümmü Eyməni də yanına alaraq birgə Mədinəyə doğru səfərə çıxırlar.Həm əri Abdullahın məzarını, həm də dayılarını ziyarət etmək istəyirdi. Bir aya yaxınMədinədə qaldılar.

Ümmü Eymən bacarıqlı, işinibilən bir xanım  idi. Könüldən xidmət etməsi ilə özünü sevdirmişdi. Varlıq Nuru Məhəmmədə çox dərin sevgi bəsləyirvə gözünü ondan ayırmırdı. Onu yadlardan, pis niyətli insanların baxışından qorumağa çalışırdı. Birgün başına belə bir hadisə gəldi.Özü bu hadisəni belə danışır:

“Birgün iki yəhudi alimi yanıma gəldi. Əhmədi onlara göstərməyimi istədilər. Mən də o nur Əhmədi yanlarına apardım. Uşağı uzun uzun süzdülər. Hər tərəfinə baxdılar. Sonra belə dedilər: “Bu uşaq gözlənilən son peyğəmbər olmalıdır. Bura da onun hicrət edəcəyi yerdir. Bu məmləkətdə çox böyük müharibələr olacaq, böyük hadisələr baş verəcəkdir.” dedilər.

O, (s.ə.s) bir ananın balasını sevdiyi kimi daima Ümmü Eymənin (r.ə) diqqət mərkəzində idi. Ona bir zərər verəcəklərindən qorxmağa başladı. “Sevgili oğlunun” yanından heç ayrılmamağa çalışdı. Nəhayət, Məkkəyəqayıtmağa qərarverdilər.

Üç nəfərlik karvan  Mədinədən ayrılıb Məkkə istiqamətinəhərəkət etdilər. Sevincli halda yollarına davam edərək Əbva kəndinəqədər gəldilər. Yolda xəstələnən Hz. Aminə burada biraz istirahət etmək istədi. Ancaqxəstəliyi şiddətlənərək artmağa başladı. Ümmü Eymən bir tərəfdə Hz. Aminə anamızaxidmət edərkənnur Muhamməddən də gözünü ayırmırdı. Anasının başı ucunda oturan gələcəyin peyğəmbəri Varlıq Nuru Can Əhməd sevgili anasının çəkdiyi izdırablardan dolayı gözyaşı axıdırdı. Artıq anasındanayrılacağı düşüncəsi təzahür etməyə başladı. Sevgili anası Hz. Aminə dəOnun (s.ə.s)üzünə baxır, özağrılarını unudaraq onu düşünürdü. Nur Muhammədindən ayrılacağını hiss etməyəbaşlamışdı. Xəstəliyi də getdikcə şiddətlənməkdə idi. Bir ara gördüyü yuxunuxatırladı. Sevgili körpəsinin nur üzünə baxaraq ona belə xitab etdi:

“Ey mübarək uşaq! Ey dünyaya yanaşmadan qonub, sonra uçub gedən göyərçinin (Abdullah) oğlu!Atan hər şeyin sahibi və hər şeyi bilən Allahın yardımı ilə oxlarla püşk atıldığı günün sabahı yüz dəvə qarşılığında qurban edilməkdən xilas olmuşdu.

“Əzizim! Əgər yuxuda gördüklərim olacaqsa, sən bütün insanlığa göndəriləcək və halal-haramı öyrədəcəksən. İnsanları həqiqətə və İslama yönəldəcəksən. Atan İbrahimin dinində olacaqsan. Allah səni bütün bütlərdən və bütpərəstlikdən qoruyacaqdır. Sənin məfkurən insanlıq durduqca davam edəcəkdir.

Hər canlı öləcək, hər yeni köhnələcək, hər yaşlı dünyadan ayrılıb gedəcəkdir. Mən də ölürəm. Ancaq adım əbədiyyən qalacaq. Çünki arxamda xeyirli və tərtəmiz bir övlad buraxıram.” deyərək son sözlərini bitirdi. Sonra birdənəsiniəvvəl Allaha, sonra da dayəsi Ümmü Eymənəəmanət etdi. Otuz il kimi qısa bir ömür sürən Hz. Aminə (r.ə) anamız çox keçmədən ruhunu Uca Rəbbimizə təslim etdi.

Atadan yetim olaraq doğulan sevgili Peyğəmbərimiz altı yaşında ikən də anasından ayrılaraq kimsəsiz qaldı. Uca Rəbbimiz onu Özünə seçmişdi. Kimsəyə güvənib dayanmasını istəmirdi. Onu həyatın hər cürələmi ilə yetişdirərək əxlaqın ən zirvəsinəçıxarmaq istəyirdi. Ən kamil insan, ən gözəl insan olaraq qiyamətə qədər gələcək insanlığa “üsvə-i hasənə” “örnək insan” olması üçün Ondan başqasına güvənib dayanmasını istəmirdi. “Şübhəsiz ki sən ən uca əxlaq üzərəsən” (Qələm sürəsi: 4) xitabına layiq etmək istəyirdi.

Ümmü Eymən çiyninə ağır bir yük yükləndiyinihiss edirdi. Bundan sonra o, Varlıq Nurunaxidmət edərək anasının yoxluğunu hiss etdirməməyə çalışdı. Bunun üçün əlindən gələn fədakarlığı göstərməyə çalışırdı. Varlıq Nuruna öz övladı kimi baxdı. Onu bağrına basdı və bu sözləri ilə təsəlli etdi:

“Kədərlənmə, ağlama canım Məhəmmədim! İlahi qədərə qarşı boynumuz bükülüdür. An da Onun, mal da. Hamısı bizəəmanət. O necə vermişsə,elə də alar.” dedi.

Hz. Aminə (r.ə) Əbva kəndinə dəfn edildikdən sonra Nur Muhammədi Məkkəyəaparmaq vəzifəsi Ümmü Eymənə qaldı. Birlikdə iki dəvə üzərindəhüzünlü və məşəqqətli bir səfərdən sonra Məkkəyə çatdılar. Ümmü Eymən gözyaşları arasında Can Əhmədi babası Əbdülmüttəlibə təslim etdi.

Ümmü Eymən Can Əhmədə evlənənə qədər ürəkdənxidmət etdi. Bir ana şəfqəti ilə onu bağrına basdı. İki Cahan Günəşi Əfəndimiz (s.ə.s) də evləndikdən sonra fədakar dayəsiniheç unutmadı. Ona hər cür hörməti göstərdi. Ziyarətini əksik etmədi. Köməyini ondan əsirgəmədi. Bir övladın anasına göstərəcəyi sevgi və sayğını göstərdi. O, peyğəmbər olaraq göndəriləndə Ümmü Eymən ona ilk inananlardan oldu. İslama dəvətində də Onu (s.ə.s)tənha buraxmadı.

Ümmü Eymən (r.ə) ilk müsəlmanların çəkdiyi sıxıntıları, əzabları çəkdi. Ancaq əsla imanından dönmədi. Həbəşistana və Mədinəyə hicrət etdi. Sevgili Peyğəmbərimizi (s.ə.q) tənha buraxmadı. Əri Ubeyd İbni Zeyd iləxoşbəxt bir həyat yaşayırdı. Hüneyn döyüşündəəri şəhid olduqdan sonra dul qaldı.

İki Cahan Günəşi Əfəndimiz (s.ə.s) hər cür yoxluq, əzab vəizdırablara sinə gərən fədakar dayəsi Ümmü Eyməni (r.ə) yalnız buraxmaq istəmədi. Bir gün əshabı ilə oturarkən, “Cənnət əhlindən bir qadınla evlənmək istəyən Ümmü Eymənlə evlənsin.” buyurdu.

Ümmü Eymən (r.ə) bu müjdəli xəbəri eşidərkən sevincindən gözyaşlarını tuta bilmədi. Cənnətlik olmaq nə böyük bəxtiyarlıq idi.

Fəxr-i Kainat (s.ə.s) Əfəndimizin əmrini yerinə gətirmək üçün ilk tələb övladlığı Zeyddən gəldi. Zeyd İbni Harisə (r.ə) gənc idi. Ümmü Eymən (r.ə) kimi yaşlı bir qadınla evlənməkistəməsi sadəcə Rəsul-i Əkrəm (s.ə.s) Əfəndimizin məmnuniyyətini qazanmaq üçündü.

Əfəndimiz (s.ə.s) fədakar dayəsini gənc səhabəsi Zeydə nikahladı. Bu izdivacdan İslamın gənckomandiri Üsamə İbni Zeyd (r.ə) dünyaya gəldi.

Ümmü Eymən (r.ə) təslim və təvəkkül sahibi bəxtiyar bir xanım idi. Ən çətin vəziyyətlərdə  belə  Cənab-ı Haqqdan ümidini kəsməzdi. Onun köməyinin mütləqgələcəyinə inanırdı. Hicrət edərkən Rəvha yaxınlarında gecələmişdi. Çox susamışdı. Yanında heç suyu qalmamışdı. Amma Rəbbinin onu gördüyünə inancı sonsuz idi. Bu inancın, bu təslimiyyət və təvəkkülün mükafatını bəzən dərhal görərdi. Bu dəfə də Rəbbisinin yardımı yetişmişdi. Səmadan ağ ipləsallanmış bir vedrə gördü. Dərhal o tərəfə qaçdı. Çatanda gördü ki, içi saf, buz kimi su dolu. Doyunca içdi. Tamamilə susuzluğu keçdi və rahatladı. Bu hadisəniözü nəql etdikdən sonra: “Artıq bundan sonra mənə susuzluq hissi gəlmədi. Bir daha susuzluq çəkmədim.” dedi.

O gözütox, cəsur, qəhrəman bir iman fədaisi idi. Allah və Rəsulu yolunda həyatını ortaya qoymuşdu. Uhud günü İki Cahan Günəşi Əfəndimizin (s.ə.s) ətrafından dağılanlara çox kədərlənmiş və onlara: “Barı buradakı cəhrəni götür,ip əyir! Qılıncını da gətir mənə ver. Qadınlarla birlikdədöyüşüm.” deyə gileylənmişdi .

O, Uhud günü digər xanımlarla birlikdə yaralılarımüalicə etdi. Mücahidlərə su payladı. Rəsul-i Əkrəm (s.ə.s) Əfəndimizin ətrafından ayrılmadı.

O, bir peyğəmbər aşiqi idi. Onunla birlikdə sevinər, onunla birlikdəkədərlənərdi. Bir gün Rəsul-i Əkrəm (s.ə.s) Əfəndimiz xəstə bir uşağı qucağına almışdı Uşaq ağır xəstə idi.Əzabdan inləyirdi. Rəhmət Peyğəmbəri Əfəndimiz (s.ə.s)uşağın çəkdiyi acıya dözə bilmədi və gözlərindən yaş axmağa başladı. Əfəndimizin (s.ə.s) bu halını görən Ümmü Eymən də ağlama başladı. Şəfqət Peyğəmbəri Əfəndimiz (s.ə.s) ona: “Nə üçün ağlayırsan?” dedi. O da: “Allah Rəsulu ağlayarkən mən necə  ağlamaya bilərəm?” deyə cavab verdi. Əfəndimizə (s.ə.s) olan sevgisini bu davranışı ilə göstərmiş oldu.

Ümmü Eymənin  (r.ə) sevgili Peyğəmbərimizin yanında ayrı bir yeri var idi. Bəzən ona zarafat ilə qarışıq iltifat edərdi. Ancaq o Uca Peyğəmbər (s.ə.s) lətifəedərkənbelədoğrunu söyləyərdi. Onu incitmədən sevindirirdi. Bir gün Ümmü Eymən (r.ə) İki Cahan Günəşi Əfəndimizə (s.ə.s) gələrək: “Mənə bir minik təmin etsəniz.” deyəmüraciətetdi. Fəxr-i Kainat (s.ə.v) Əfəndimiz ona: “Səni dəvəbalasına mindirəcəyəm.” buyurdu. Bu incə mənanı tuta bilməyən Ümmü Eymən (r.ə): “Ya Rəsulallah! Balanın məni daşımağa gücü çatmaz. Həm mən dəvəbalası istəmirəm ki” dedi. Əfəndimiz (s.ə.v) təkrarən: “Səni ancaq bir dəvəbalasınamindirəcəyəm.” buyurdu.

O, Rəsulullahın (s.ə.s)məzələndiyini zənn etdi. Ancaq Əfəndimiz (s.ə.s) bir həqiqəti söyləməkdə idi. Hər dəvə bir dəvədən doğulması səbəbilə dəvəbalası deyildimi?

Ümmü Eymən (r.ə) İslamı öyrənmə və öyrətməhaqda da çoxsəy göstərirdi. Rəsul-i Əkrəm (s.ə.s) Əfəndimizin dünyadan köçdüyü gün gözyaşlarını tuta bilməmişdi: “Nə üçün bu qədər ağlayırsan?” deyəsoruşularkən o: “Mən vəhyin kəsilməsinə ağlayıram.” demişdi.Kədərindənbelə İslama bağlılığısezilirdi.

Ümmü Eymən (r.ə) üç xəlifədövrünü yaşamış gözü yaşlı, könlü sevgi, şəfqət və mərhəmət dolu bir xanım səhabə idi. Hz. Əbu Bəkir və Hz. Ömər (r.ə) tez-tez ziyarətedərdilər. Ona layiq olduğu hörməti göstərər, ehtiyaclarını təmin edərəkxidmət edərdilər. O da gözü yaşlı bir qadın olduğu üçün onları görərkənkədərlənir, Peyğəmbərimizi (s.ə.s) xatırlayar və vəhyin kəsilməsinə ağlayardı. Hz. Ömərin (r.ə) namazda yaralandığını öyrənərkən yenə gözyaşlarını tuta bilməmişdi. Ətrafındakılar niyə bu qədər ağladığını souşanda: “Bu gün İslam zəiflədi” demişdi.

Sevinci, kədəri, sevinci, ağlaması həmişə Allah üçün idi.Bütün düşüncəsi, davranışları, sözləri daim İslami səy və həssaslığın bir nəticəsi idi. Yaşı bir xeyli ilərləyən Ümmü Eymən (r.ə) Hz. Osmanın (r.ə) xəlifəliyinin ilk illərində rəhmətə qovuşdu. Cənab-ı Haqqdan onun kimi həssas ürəkli, dini səyə  sahib ola bilməyi və şəfaətlərini diləyirik. Amin.



16-09-2013 12:00:00

Düğüme özel