Ana səhifə

Ürəkdə Allah sevgisi və qorxusu necə qurulmalıdır?


YazdırSend to friend

 

İslama görə, qul, Allahı həm sevməli həm də Ondan qorxmalıdır.

 

Cənabı Haqq, insan ruhunda qorxu və sevgi deyilən iki mühüm hiss yaratmışdır. İnsan bu hissləri yaradılış məqsədinə uyğun istifadə etdiyi təqdirdə dünya və axirət səadətinə nail olar.

 

Qul, Cənabı Haqqı sevməklə rəhmətinə məzhər olduğu kimi Ondan qorxmaqla da əzabından xilas olar.

 

Allahı sevməyin ölçüsü əmrlərinə riayət etmək, qorxunun ölçüsü isə qadağanlarından çəkinməkdir. Bunların hər ikisi də insanın səadət və xöşbəxtliyinə vəsilə olarlar. Beləcə insan nə Allahın rəhmətindən ümid kəsər, nə də əzabından əmin olar.

 

İnsan Allahı sevməklə ürəyi rahat olar və vicdani olaraq dinclik tapar. Söhbətin ən əhəmiyyətli üç qaynağı "kamal, camal və lütfkarlıqdır". Cənabı Haqqın bütün sifətləri həm sonsuz kamalda, həm də gözəldir; lütfkarlıq və kərəmi isə sonsuzdur. Buna görə, ağıllı və vicdani olaraq, insan məhəbbətini ancaq Allaha həsretməlidir. Onun yaratdığı məxluqatı sevmək isə Onun adına olması halında Allah qatında məqbuldur.

 

İnsan, qorxu hissini də ancaq Allaha həsretməlidir. Çünki Allah sonsuz cəlal, əzəmət və qüdrət sahibidir. Elə isə Allahdan qorxmaq da həm ağlın, həm də vicdanın gərəyidir. Bir insanın ürəyində, Allah qorxusu kamalıyla hakim olunca başqa cür qorxulara yer qalmaz. Çünki Allahdan qorxan bir adam, heç bir zaman başqasının hüququna təcavüz etməz, heç kimin canına, malına namusuna toxunmaz.

 

Peyğəmbər Əfəndimiz (s.ə.s.) bu mövzuda belə buyurur: "Hikmətin başı Allah qorxusudur." (əl-Münavi, Feyzul-Kadir-3:574)

 

Cəmiyyət həyatının nizam və ahəngi Allah qorxusuyla qaimdir və onunla davam edər. Haqq və hüquq tanımamanın cəzası, dünyada zillət və axirətdə İlahi əzabdır.

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz