Ana səhifə

Ürəkdə olub məsuliyyət tələb edən duyğu və düşüncələr hansılardır?


YazdırSend to friend

İnsanın içində boy göstərən fərqli duyğu və düşüncələrin fərqli qaynaqları vardır. İnsanın xoşuna gələn, inancını gücləndirən, gözəl əxlaq siqnalı verən duyğuların yanında; insanın xoşuna gəlməyən, inancına tərs düşən, əxlaqi çöküşün görünüşünü verən düşüncələr də söz mövzusudur.

 

İstəyimizin xaricində gəlib başımıza müsəllət olan bu pis duyğu və düşüncələrdən ötəri də hesab verəcəyik?

 

"İstər içinizdəkini aşkar edin, istər gizli edin, Allah onunla sizi hesaba çəkər." (Bəqərə, 2/284) tərcüməsindəki ayənin zahiri mənasına baxdığımız zaman bu aydın olmaqdadır.

 

Bu ayənin mənası üzərində dayanan alimlərin fərqli şərhləri vardır. Hamısını vermək yerinə seçdiklərimizi əsas alaraq mövzunu bir neçə maddə halında yekunlaşdırmağa çalışacayıq:

 

İnsanın içinə doğan duyğular iki növdür. Bir qisimi, insanın iradəsi xaricində ürəyə gələn xəyallar, xatirələr və təsəvvürlərdir. İnsanın bu cür xatirələrdən (ürəyə doğan düşüncələrdən) ötəri sorğuya çəkilməyəcəyi mövzusunda hər hansı bir ixtilaf söz mövzusu deyil. Çünki, bu cür təsəvvürlər insanın iradəsinin xaricində meydana gəlməkdədir.

 

"Şübhəsiz ki Allah, -hərəkətə çevirmədikləri və səsləndirmədikləri müddətcə- içlərinə doğan pis düşüncələrdən ötəri ümmətimi sorğulamaqdan azad tutmuşdur." (Buxari, Eyman,1; Müslim, İman, 202) tərcüməsindəki hədisdə söz mövzusu olan dözümlülük bu cür düşüncələr üçün etibarlıdır.

 

İçə doğan düşüncələrin digər bir qisimi isə, insanın iradəsinə bağlı olaraq gələn və sahibi tərəfindən əzmlə gücləndirilən düşüncələrdir. Bunlar da öz aralarında iki növdür:

 

1. Hərəkətə çevrilə bilməyələr: Bunlar, küfr, həsəd, qürur kimi düşüncələrdir. İnsanoğlu bu kimi düşüncələrindən ötəri mütləq hesaba çəkiləcək. Çünki, adam bunları əzm və iradəsiylə könülünə qoyduğu kimi, eyni şəkildə könülündən çıxara bilər də.

 

2. Hərəkətə çevrilə bilənlər: İnsan bunları hərəkətə çevirdiyi zaman mütləq hesaba çəkilər. Sözgəlişi, bir insan oğurluq etməyə əzm etdikdən sonra, gedib oğurluq etsə, həm pis niyyətindən, həm də oğurluq hərəkətindən ötəri sorğuya çəkiləcək.

 

Əgər adam, oğurluq etməyə əzm etdikdən sonra, öz azad iradəsiylə o təşəbbüsdən imtina etdiyi təqdirdə isə, bu çevrilişin bir mükafatı olaraq pis niyyətindən ötəri hesaba çəkilməyəcək.

 

"Kim bir pislik etməyə qərar verib də sonra bu qərarından imtina etsə, özünə bir yaxşılıq yazılar." tərcüməsindəki hədisdə bu xüsusa işarə edilmişdir (Krş. İbn Aşar, əlaqədar ayənin təfsiri).

 

 

İman və vəsvəsə əlaqəsi

 

Əbu Hüreyrə izah edir: Səhabələrdən bəzi kəslər, Hz. Peyğəmbər (s.ə.s.)a gəldilər və: "Birimizin deməyə cəsarət edə bilməyəcəyi qədər böyük (günah olaraq) gördüyü bəzi şeylər içimizdən keçməkdədir." deyərək şikayətdə oldular. Hz. Peyğəmbər (s.ə.s.), "Həqiqətən belə bir şey görürsünüz?" deyə soruşdu. Onlar "Bəli" deyincə, " Bu açıqca imanın bir əks olunmasıdır." deyə buyurdu (Müslim, İman, 209).

 

Burada "imanın bir əks olunması" olaraq ifadə edilən şey, pis düşüncələrə qarşı verilən iç mübarizədir. Ürəyin bu mənfi duyğulara qarşı sərgilədiyi müsbət rəftar, onun iman potensialına sahib olduğunun göstəricisidir.

 

Zəməhşeri də Bəqərə 284-cü ayəsində keçən duyğu və düşüncələrin vəziyyətinə diqqət çəkmiş və xülasə ilə bu görüşlərə yer vermişdir: İnsanın içinə doğan vəsvəsə  deyilən nəfsin öz içindəki təsəvvür və təhayülləri, sorğulamağa tabe deyil. Çünki onları tamamilə ortadan qaldırmaq insan gücünün xaricində bir şeydir. Ayədə, sahibinin hesaba çəkiləcəyi bildirilən xüsus, adam tərəfindən həqiqətən etiqad edilən və hərəkətə çevrilməyə əzm edilən duyğu və düşüncələrdir. (Zəməhşeri, əlaqədar ayənin təfsiri).

 

Bu mövzunu ən gözəl açıqlayanlardan biri də Bədiüzzaman Səid Nursidir. İnsanın, iradəsi xaricində ürəyinə gələn pis duyğu və düşüncələrdən məsul olmadığını ifadə edən Nursinin qiymətləndirməsini belə yekunlaşdırmaq mümkündür:

 

1. İnsanın ürəyinə gələn pis duyğu və düşüncələr, insan ürəyinin məhsulu deyil, şeytan tərəfindən təlqin edilən vəsvəsələrdir. Bunun ən açıq dəlili, ürəyin bu duyğulardan ötəri duyduğu narahatlıqdır. Əgər öz məhsulu olsaydı, ürək kədərlənməz və narahatlıq duymazdı.

 

2. Məntiqdə, təsdiq ilə təsəvvür fərqli şeylərdir. Təsdiq bir hökmdür, iradəyə bağlı bir qəbuldur. Təsəvvür isə, bir hökm, bir təsdiq, bir qəbul etmə deyil. Bu səbəblə, nəticələri etibarilə, müsbət və ya mənfi bir təsirə sahib deyil. Sözgəlişi -səmimi olaraq niyyət etmədən- namaz qılmağı, oruc tutmağı, zəkat verməyi, həccə getməyi zehinində təsəvvür edən bir insan, bu təsəvvüründən ötəri bir savab qazanmadığı kimi, bu ibadətlərin tərsini eyni şəkildə təsəvvür etməkdə də bir günah yoxdur. Bunun kimi, küfrü təxəyyül etmək, dəlaləti təsəvvür etmək də küfr və dəlalət deyil.

 

3. Şeytanın ən böyük bir hiyləsi budur: İnsana şəxsi bir ehtimalı, zehini (ağılı) bir ehtimal olaraq göstərməsidir. Halbuki, şəxsi bir ehtimalın, qəti olaraq bilinən elmi bir həqiqət qarşısında heç bir dəyəri yoxdur. Sözgəlişi, şəxsi imkan (ehtimal) istiqamətiylə, Xəzər dənizinin bu anda yerə batıb yox olması mümkündür, ehtimal daxilindədir. Lakin bu ehtimal, bu anda onun yerində dayandığına dair qəti məlumatımız qarşısında heç bir qiyməti yoxdur. Çünki, bir əlamətdən, bir dəlildən qaynaqlanmayan şəxsi bir ehtimal, ağlı (zehini) bir ehtimal olmaz ki, şübhəyə, tərəddüdə səbəb olsun.

 

4. Yenə ürəyin yaxınında, insana gözəl şeyləri təlqin edən ilham edən mələk olduğu kimi, pis şeyləri təlqin edən şeytan da vardır. Şeytanın bu vəsvəsəsindən çıxan və şeytan tərəfindən emal edilən, müqəddəs varlıqlar haqqındakı bəzi çirkin təsəvvürlər, istər istəməz ürəyin ekranına da əks olunmaqdadır. Şeytan, bu çirkin sözlərin adamın öz ürəyindən çıxdığını təlqin edərək onu təhlükəyə salmağa çalışar. Halbuki, onun bu düşüncədən ötəri qorxması və titrəməsi və ondan məmnun olmaması, o çirkin sözlərin, təsəvvürlərin öz ürəyindən çıxmadığının dəlilidir. (Bu mövzuda geniş məlumat üçün bx. B. Səid Nursi, Ləmalar/On Üçüncü Ləma).

 

Bütün bu şərhlərdən də aydın olduğu üzrə, insanın iradəsinin xaricində içinə doğan, və ya iradəsiylə də olsa yalnız bir təsəvvür, bir təxəyyül olaraq ortaya çıxan duyğu və impulslardan ötəri, insan üçün bir məsuliyyət söz mövzusu deyil. Məsuliyyət xətti, niyyət, əzm və təsdiq stansiyasına bağlı olaraq çalışar.



22-11-2009 12:00:00

Düğüme özel