Ana səhifə

Üzrlü kimsə necə dəstəmaz alıb namaz qılar, cümə namazı üçün nə vaxt dəstəmaz alar?


YazdırSend to friend

Üzrün Hökmü:

Üzrlü olan kimsə, hər namaz vaxtı dəstəmaz alar. O vaxt içində aldığı dəstəmazla dəstəmazı pozacaq -üzr halı xaricində- bir başqa şey olmadıqca dilədiyi qədər fərz və nafilə namaz edə bilər. Qəzaya qalmış namazları qıla bilər. Vitr namazı ilə bayram və cənazə namazlarını da qıla bilər. Ancaq xəstəlik(illət) davam etməlidir.

Misal: Üzrlü bir kimsə, səhər namazı üçün tam vaxtında dəstəmaz alarsa, bu dəstəmaz, səhər namazı vaxtının çıxmasına qədər davam edər. Bu vaxtın çıxması (günəşin doğulması) ilə sona çatar. Artıq vaxtı çıxdıqdan sonra o dəstəmaz ilə başqa namaz qılına bilməz. Ancaq müvəqqəti bir zaman üçün üzrü kəsildikdən sonra dəstəmaz almışsa və hələ üzrü də meydana çıxmamışsa, başqa pozacaq bir hal da olmamışsa, vaxtın çıxması ilə dəstəmazı pozulmuş olmaz.

Lakin üzrlü kimsə, günəşin doğulmasından sonra dəstəmaz almış olsa, onun dəstəmazı günorta vaxtı çıxana qədər davam edər, dilədiyi namazları qılar. Yetər ki, özündən dəstəmazı pozan başqa bir hal çıxmasın.

Nəticə: Üzrlü olanların dəstəmazları, namaz vaxtının girməsi ilə pozulmaz; vaxtın çıxması ilə pozular. Bu hökm İmam-ı Azam Əbu Hənifə`yə görədir. Seçilən görüş də budur. Buna görə, günorta namazı vaxtı girmədən dəstəmaz alan üzrlü bir kimsə, o dəstəmazla günorta namazını və ya cümə namazını qıla bilər.

İmam Əbu Yusufa görə: Üzrlünün dəstəmazı, həm namaz vaxtının girməsiylə, həm də çıxmasıyla pozular. Bu baxımdan günəş doğulduqdan sonra üzrlünün aldığı dəstəmaz, günorta vaxtının girməsi ilə pozular. İmam Züfer`ə görə isə, üzrlünün dəstəmazı, tək namaz vaxtının girməsi ilə pozular; çıxması ilə pozulmaz. Bu baxımdan, üzrlünün səhər namazı üçün aldığı dəstəmaz, günəşin doğulub vaxtın çıxması ilə pozulmaz. Ancaq günorta vaxtının girməsi ilə pozular.

İmam Şafiî'yə görə, üzrlünün hər namaz üçün ayrı-ayrı dəstəmaz alması lazımdır. Bunun dəstəmazı,qıldığı namazın sona çatması ilə pozular.

Bir üzrlünün üzrü kəsilmişkən, dəstəmazı pozan başqa bir haldan ötəri dəstəmaz aldıqdan  sonra üzrü yenə meydana çıxarsa, dəstəmazı pozulmuş olar, yenidən dəstəmaz alması lazımdır. Çünki əvvəlki dəstəmazı, bu üzr səbəbi ilə deyildi.

Lakin üzrü kəsilmədiyi halda, vaxt içində üzründən və ya başqa bir dəstəmazsızlıq halından ötəri dəstəmaz alsa da, o vaxt içində üzrü meydana çıxarsa, onun dəstəmazı pozulmaz. Çünki onun aldığı bu dəstəmaz, həm üzrü üçün, həm də digər dəstəmazsızlıq halı üçün alınmış sayılar.

Üzrlü bir adam, oturmaq, səcdə yerinə işarəilə namaz qılmaq, üzrün çıxış yolunu rahatca tıxaya bilmək kimi yollarla üzrün ortaya çıxmasına maneə ola bilsə, artıq üzrlü sayılmaz. Bunun üçün, dəstəmaz aldıqdan sonra üzrü meydana çıxsa o dəstəmaz ilə namaz qıla bilməz.

Üzrlü kimsənin üzründən ötəri paltarına bulaşan pisliklər, üzrü davam etdikcə namazının səhhətinə mane olmaz. Namaza mane olan ölçü miqdarını daşmış olsalar belə, namaza maneə sayılmazlar. Lakin bu pisliklər təkrar paltarına toxunmayacaqsa onları yumaq lazımdır.

Göründüyü ki, mübarək İslam dini, bir asanlıq dinidir. Üzrlülər üçün hər istiqamətdən asanlıq göstərilmişdir. Artıq dinin yüklədiyi vəzifələri yerinə yetirmə baxımından heç kim bir üzr irəli sürə bilməz.

(Ömər Nəsuhi Bilmən, Böyük İslam Elmihalı)



24-03-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz