Ana səhifə

Üzrlünün dəstəmaz vəziyyəti haqqında məlumat verərsinizmi? Davamlı qaz çıxarma problemi olan üzrlü sayılarmı?


YazdırSend to friend

Üzr Nə Deməkdir?

1- Davamlı davam edən dəstəmaz pozucu hallara üzr deyilir. Məsələn, sidiyini tuta bilməmə, davamlı qaz çıxarma, tez-tez burnu qanama, yarasından davamlı su axma kimi hallar, bir üzr halıdır. Özündə bu kimi dəstəmaz pozucu bir üzr olan kimsəyə isə, sâhib-i üzr (üzr sahibi) və ya üzrlü deyilir.

Üzrlü Sayılmanın Şərti Nədir?

Adamın üzrlü sayıla bilməsi üçün, dəstəmaz pozucu bir halın, tam bir namaz vaxtı boyunca davam etməsi, yəni, dəstəmaz alıb namaz qılacaq qədər qısa bir müddət də olsun kəsilməməsi şərtdir. (Bu üzrün başlamasının şərtidir.) Bundan sonra da, hər namaz vaxtında, ən az bir dəfə eyni hal ortaya çıxmalıdır. (Bu da üzrün davamının şərtidir.)

Bunu bir misalla izah edək: Bir kimsənin burnu, günorta vaxtının başlanğıcından etibarən qanamağa başlasa və bu hal, günorta vaxtı çıxana qədər heç kəsilmədən davam etsə, bu adam üçün üzr halının başlama şərti reallaşmış olar. Artıq bundan sonrakı hər namaz vaxtı içində ən az bir dəfə bu qanama halı görülsə, o kimsə "ÜZRLÜ" sayılar.

Çünki, hər namaz vaxtı içində üzr halı təkrarlama etdiyi üçün, üzrün davam etdiyi ortaya çıxmış, üzrlü sayılmanın ikinci şərti də beləcə reallaşmışdır. Üzr vəziyyətinin ortadan qalxması üçün, üzr halının bir namaz vaxtı içində tamamilə ortadan qalxması, heç görülməməsi gərəklidir. Belə olan kimsə, artıq üzrlü sayılmaqdan çıxmış olar.

Üzr Sahibləri ilə Əlaqədar Hökmlər Nələrdir?

Üzr sahibləri üçün, dinimiz böyük bir asanlıq göstərmişdir. Bunların dəstəmazları, dəstəmaz pozucu üzrləri davam etdiyi halda pozulmaz. Bu halda ikən namazlarını qılarlar. Dəstəmaz pozucu qan, irin, sidik kimi axıntıların çirklətdiyi yeri təkrar təmizləməklə də mükəlləf tutulmazlar. Çünki, bu çirklər təmizləndikdən dərhal sonra yenidən baş verməkdədir.

Məsələn, davamlı sidiyi gələn bir kimsənin, dəstəmazını sidik axıntısı pozmadığı kimi, gələn bu sidiyin çirklətdiyi yeri yumaq məcburiyyəti də yoxdur. Sidik çirklətməsi mövcud olduğu halda namazını qılar. Dinimizin üzr sahiblərinə təmin etdiyi bu asanlığa qarşı, onların da diqqət yetirəcəkləri bir xüsus vardır. O da budur:

Üzrlü olduğunu təsbit edən kimsə, hər namaz vaxtı üçün, ayrı dəstəmaz alar, o vaxt üçün aldığı bu dəstəmazla dilədiyi qədər nafilə və ya qəza namazı qıla bilər. Vitr və cənazə namazlarını əda qıla bilər. Üzr sahibinin aldığı dəstəmaz, yalnız içində olduğu namaz vaxtı müddətində etibarlıdır. Bir namaz vaxtının çıxıb digər vaxtın girməsiylə dəstəmazı pozular. Girən yeni vaxt namazı üçün, yenidən dəstəmaz alması lazımdır.

Məsələn; bir üzr sahibi səhər namazı üçün vaxtında dəstəmaz alsa, bu dəstəmazı səhər namazının vaxtının çıxmasına qədər etibarlıdır. Vaxtın çıxmasıyla, yəni, günəş doğulmasıyla dəstəmaz pozular, hökmü qalmaz. Artıq bu dəstəmazla heç bir namaz qılınmaz.

2- Şeytan insanı ibadətdən uzaqlaşdırmaq üçün, dübürüne üfürər. insan da "yelləndim və dəsdamazım  pozuldu" deyib, dəstəmazını təkrar almağa çalışar. Halbuki dəstəmazı pozulmamışdır. İşdə bu vəziyyətə əngəl olmaq üçün hədisdə " səsini və ya qoxusunu hiss etmədiyiniz şeylərdən ötəri dəstəmaz almayın" buyurulmuşdur. Lakin qəti bir şəkildə yelləndiyini bildiyi halda, "səsini və qoxusunu hiss etmədim" deyib, dəstəmaz almamaq da təhlükəlidir.

Əgər dəstəmazınızın pozulmadığından əminsinizsə bu vəsvəsədir. Vəsvəsələrə isə diqqət yetirməmək lazımdır. Çünki vəsvəsənin üzərinə getdikcə böyüyər. Əhəmiyyət vermədiyin zaman yox olub gedər.

 

Ayrıca qan axmırsa və yalnız yaranın üzərində qalırsa bu da dəstəmazı pozmaz. Digər tərəfdən yaranın üzərindəki qan ətrafa axmadan bir bezə və ya kağıza bulaşırsa bu da dəstəmazı pozmaz. Xüsusilə vəsvəsəli insanlar bu fətvalardan faydalanaraq vəsvəsədən qurula bilər.



24-03-2014 12:00:00

Düğüme özel