Ana səhifə

Uhud Döyüşündə Müsəlmanların məğlub olmasının səbəb və hikmətləri nələrdir?


YazdırSend to friend

Uhud Döyüşündə Müsəlmanların məğlubiyyət səbəbi, Al-İmran Surəsi 152 və 165-ci ayələrində işarə edildiyi kimi, oxçuların yerlərini tərk etmələridir. Hz. Peyğəmbər (s.ə.v.)-in əmrinə müxalifət, birdən döyüşün vəziyyətini dəyişdirmişdir.

 

Bununla birlikdə, bu məğlubiyyətə hikmət nöqtəsindən baxdığımızda qarşımıza bu ayə çıxar:

 

"Əgər siz (Uhud müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdirdik ki, Allah iman edən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz. ( Al-İmran, 3/140)

 

Bu ayədə buyurulduğu kimi, Allah Müsəlmanların ixlasını və səmimiyyətini ölçmək, möminlərdən Hz. Həmzə (r.ə.) və Musab Bin Umeyr (r.ə.) kimi səhabələri şəhidlik mərtəbəsinə çatdırmaq və bilməyəcəyimiz minlərlə hikmətlərdən ötəri məğlubiyyət vermişdir.

 

Ayrıca bu döyüşdə, keçmişdəki səhabələr, gələcəkdəki səhabələrə qarşı məğlub olmuşlar. Müşriklər içində, o zamanda səhabə sırasında olan böyük səhabələrə müqabil gələcək Hz. Xalid (r.ə.) kimi şəxslər olduğundan, şanlı və şərəfli olan gələcəkləri nöqtəsindən tamamilə izzətlərini qırmamaq üçün hikməti İlahiyyə gələcəkdəki işlərinin bir mükafatı olaraq keçmişdə onlara qalibiyyət vermiş, tamamilə izzətlərini qırmamışdır.( Nursi, Lemalar, s. 29)

 

Uhuddakı müşriklərin rəisi Əbu Süfyan, Müsəlmanların məğlub olmasına ən böyük səbəb olan Xalid b. Vəlid kimi kəslər, Hudeybiye Barışından etibarən İslama girməyə başlamışlar.



02-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz