Ana səhifə

Uhud döyüşündə müsəlmanların məğlub olmasının səbəb və hikmətləri nələrdir?


YazdırSend to friend

Uhud Döyüşündə müsəlmanların məğlubiyyət səbəbi, Ali İmran Surəsi 152 və 165ci ayələrdə işarə edildiyi kimi, oxçuların mövqelərini tərk etmələridir. Hz. Peyğəmbərin əmrinə müxalifət, birdən döyüşün seyrini dəyişdirmişdir.

Bununla birlikdə, bu məğlubiyyətə hikmət nöqtəsindən baxdığımızda qarşımıza bu ayəti-kərimə çıxır:

 

"Əgər siz (Uhud döyüşündə) yara almışsınızsa, o (düşmən) qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir. " ( Al-i İmran, 140)

 

Bu ayədə buyurulduğu kimi, Allah müsəlmanların ixlasını və səmimiyyətini ölçmək, möminlərdən Hz. Həmzə və Mus'ab Min Umeyr kimi seçkin əshabələri şəhidlik mərtəbəsinə yüksəltmək və bilməyəcəyimiz minlərlə hikmətlərdən ötəri məğlubiyyət vermişdir.

Ayrıca bu döyüşdə, keçmişdəki əshabələr, gələcəkdəki əshabələrə qarşı məğlub olmuşlar. Müşriklər içində, o zamanda əshabə safında olan böyük əshabələrə müqabil gələcək Hz. Xalid kimi çox şəxslər olduğundan, şanlı və şərəfli olan gələcəkləri nöqtəsindən tamamilə izzətlərini qırmamaq üçün hikməti-İlahiyyə gələcəkdəki hasənatlarının (gözəl əməllərinin) öncədən bir mükafatı olaraq keçmişdə onlara qalibiyyət vermiş, tamamilə izzətlərini qırmamışdır.( Nursi, Ləmalar, s. 29)

Uhuddakı müşriklərin rəisi Əbu Süfyan, müsəlmanların məğlub olmasına ən böyük səbəb olan Xalid b. Vəlid kimi nə qədər kəslər, Hudeybiyə Barışından etibarən İslama girməyə başlamışlar.



26-04-2011 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz