Ana səhifə

Uşağın saçının ağırlığı qədər sədəqə vermənin məntiqi nədir?


YazdırSend to friend

Hz. Əlidən gələn bir rəvayətə görə, Hz. Həsən doğularkən, Peyğəmbərimiz (s.ə.v.) ona əqiqə olaraq bir qoyun kəsdi. Sonra Hz. Fatiməyə də: “Başını taraş et və saçının ağırlığı qədər gümüş sədəqə ver “-deyə buyurdu. Saçın ağırlığı ölçüləndə onun, təqribən, bir dirhəm olduğunu gördü. (bk. Tirmizi, Edahi 20). Hakim, bənzər bir rəvayəti Hz. Hüseyn üçün də nəql etmişdir. (Müstedrek, 4/237)

Dihləvi bu sədəqəni, uşağın döl halından körpəlik halına keçməsi kimi son dərəcə mühüm bir nemətə təşəkkür borcunun ifadəsi olaraq qiymətləndirir. (Huccetullah, 2/728)

Bundan başqa, deyə bilərik ki, hədisdə sözü gedən “saç”ı əqiqə qurbanı ilə birlikdə dəyərləndirdiyimiz zaman bunun “şəxsə xas” bir sədəqə olduğu aydın olar. Yəni bir tərəfdən yeni doğan uşaq nemətinə qarşılıq, Allah üçün əqiqə qurbanı kəsərkən, bir tərəfdən də uşağın “başının sədəqəsi” olaraq -hədisdə əziyyət şəklində adlandırılan- uşağın saçını kəsmək və ağırlığı qədər gümüş və ya qızıl sədəqə vermək də xüsusi bir məna ifadə edir. Deməli, əqiqə qurbanı, uşağı lütf edən Allaha qarşı bir təşəkkür, kəsilən saçının ağırlığı qədər gümüş və ya qızıl sədəqə etmək isə, uşağın qəza və bəlalardan qorunması üçün -başının sədəqəsi diliylə- Allaha edilən feli bir duanın ifadəsidir.



04-05-2011 12:00:00

Düğüme özel