Ana səhifə

VƏ BAYRAM ...


Bir əziz Ramazanı daha yola salırıq xeyirlisiylə.

Ona verəbildiklərimiz və ondan alabildiklərimiz mövzusunda nəfsimizlə hesab görmə vaxtıdır indi.

"Bir ay boyunca dişimizi sıxdıq, nəfsimizlə boğuşduq, sıxıldıq, narahat olduq ... İndi bayramı haqq etdik. Barı bayramda bir az rahatlayaq" psixologiyası-başda bu sətirlərin müəllifi olmaq üzrə-oruc tutanların demək olar ki əksəriyyətində görülür. Müəyyən bir haqlılıq payı da yox deyil bu psixologiyada.

Ancaq bir nöqtəyə diqqət edək: Bir ay boyunca dişimizi sıxaraq, nəfsimizi cilovlayaraq əldə etdiyimiz mənəvi qazanclar bu psixologiyanın yol aça biləcəyi hesabsızlıq və ölçüsüzlük səbəbiylə heç olmasın. Ramazan orucunu "adət yerini tapsın deyə, xatir üçün və istəksiz etmək" qəbilindənmi, yoxsa can-ı könüldən ruhumuzla, bədənimizlə, bütün hiss və əzalarımızlamı tutduğumuz sualının cavabı burada müəyyənləşəcək.

Əfəndimiz (sallallahu aleyhi və səlləm) tərəfindən Şəvval ayında tutmağa təşviq edildiyimiz 6 günlük orucun tam da bu nöqtəyə aid olan yönləri var.

Alimlər 6 günlük Şəvval orucu üzərində dayanarkən bir çox hikmətə toxunar. Bunlardan diqqətinizi çəkəcəyini düşündüyüm xüsusları xülasəylə sıralayım:

1. Bir əməlin qəbul edilib edilmədiyinin əlaməti, dərhal arxasından etdiyimiz işlə bəlli olar. Əgər hər hansı bir saleh əməlin arxasından bir başqa saleh əməl işləməyə müvəffəq edilmişiksə, bu, ilk işlədiyimiz saleh əməlin məqbul olduğunu göstərir. Dərhal sonra üçüncü olaraq işləyəcəyimiz saleh əməl də ikinci sırada işlədiyimiz əməlin məqbuliyyətinin göstəricisi olar və bu vəziyyət zəncirləmə bir şəkildə davam edər. Əgər bir saleh əməlin arxasından bir masiyət (günah, üsyan etmə) işləmişiksə, bu da o saleh əməlin qəbul edilmədiyinin göstəricisi olar. Bu səbəbdən Ramazan orucunun qəbul olması də Şəvval ayında tutacağımız 6 gün orucu ilə təzahür edəcək.

2. Saleh əməl işləməyə müvəffəq edilmiş kimsə, bu təvfiq üçün (Allah`ın, qulunun etdiyi işi, razılıq və sevgisinə uyğun hala gətirməsi, iradəsi və rizasına uyğun işlər görməyi ona nəsib etməsi, inayət)  də şükr etmək vəziyyətindədir. Çünki Allah Təalanın yardım və təvfiqi olmasaydı, heç birimiz Ramazan orucunu tutma imkanı tapa bilməzdik.

Böyük zahid Vühəyb b. əl-Vərd [1] əməllərin savabı haqqında ondan soruşulan bir suala belə cavab vermiş:

"Əməllərin savabını soruşmayın; saleh əməl işləməyə müvəffəq edilmiş kimsənin əda etməsi lazım olan şükrü soruşun." [2]

Bəli, Ramazan boyunca oruc tuta bilməyəcək şəkildə xəstə ola bilərdik və ya oruca əngəl başqa bir maneəmiz ola bilərdi. (Bu vəziyyətdə olanlar üçün xeyir dualarımızı da əskik etməyək.)

Məhz Şəvəl orucu da, Ramazan orucu tutmağa müvəffəq edildiyimiz üçün əda etməmiz lazım olan şükrün bir göstəricisidir.

3. Necə ki demək olar hər fərz namazın önündə və arxasında, fərzlərdə meydana gələ biləcək əskiklik və qüsurları örtəcək ratibələr (sünnə namazları) var; Ramazan orucu üçün də Şaban və Şəvəl orucları ratibə yerindədir. Ramazan orucunda meydana gəlmiş ola biləcək qüsurlar Şəvəl orucu vəsiləsiylə aradan qaldırılar və beləcə Ramazan orucu kamala ərər, mükəmməlləşər.

Bayram başlıqlı bir yazıda, əlbəttə, yalnız Şəvəl orucunu danışmaq olmaz.

İnsanın tək başına əda edə bilməyəcəyi əməllər, yalnız ikən gərəyi kimi tənəffüs edə bilməyəcəyi mövsümlər vardır. Bunların əda və ifası ancaq başqaları ilə birlikdə olduğumuz zaman mümkün olar. Cümə namazı belədir məsələn, zəkat belədir ... Eyni hal bayramlar üçün də keçərlidir .. Bayram sevincini ancaq dostlarımızla, sevdiklərimizlə birlikdə olunca yaşayarıq. Onun üçün əlbəttə bayram ailə böyüklərinin, dost və qohumların ziyarət və bayramlarının təbrik edilməsi şəklində cərəyan edəcək.

Bu bayramda da içimizi sıxan, qəlbimizi sızladan şeylər olur təəssüf ki. İslam dünyasında (xüsusilə Suriya və Fələstində) cərəyan edən hadisələrə qədər bayram hissiyatımızı acı bir sevincə çevirən hadisələr bunlar. Ancaq bayramın da "Müsəlman hissiyatında" əhəmiyyətli bir yeri olduğunu unutmayaq. Səhabə-i kiramın bayram günü namaza təkbirlərlə getdiyini unutmayaq. Bu günlər bizim, bizə aid. Bu səbəbdən acı bir sevinclə də olsa onları qeyd etmək, əhya etmək da bizim qulluq vəzifəmizin bir parçası.

Mənasıyla mütənasib bir dünyada qonaq edəcəyimiz bayramlara qovuşmaq duasıyla ...

***********************

[1] Biyografisi üçün baxın. Əbu Nu'aym, Hilyətül-Övliya, VIII, 140 vd.

[2] İbn Rəcəb, Lətâifu'l-Mə'ârif, 395.

Müəllif.

Əbubəkir Sifil Xoca



28-07-2014 12:00:00