Ana səhifə

Vətənə xəyanətlə əlaqədar ayə var, varsa hansıdır?


YazdırSend to friend

Ayələrdə açıqca “vətən xainliyi” anlayışı keçmir. Ancaq qanuni dövlət nizamına qarşı gələn, yol kəsən, terror əsdirən, təhlükəsizliyi pozan, cəmiyyət nizamını pozan, fitnə fəsad çıxarmaq üçün silahlı təşkilat quran və silahlı hərəkət edənlərin Quranda -xülasə halda- söhbət mövzusu edildiyini fərqli ayələrdən anlamaq mümkündür:

 

Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Maidə, 5/33)

 

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.” (Hucurat, 49/9).

Bu mövzu təfsir və fiqh kitablarında hərtərəfli araşdırılmışdır.

Rəsulullah (s.ə.v.) “Cəzası ən tez verilən şər bağıdır (azğınlıq).” buyurmuş, İmam Cəfəri Sadiq də, “İblis, ordularına əmr edər: “Aralarına həsəd və bağy əkin, çünki bunlar Allah qatında şirkə bərabərdir.”- deyər”- demişdir. Quranda:

 

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. Haqsızlığa uğradıqdan sonra qisas alanlara heç bir məzəmmət olunmaz. Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.” (Şura, 42/40-42)

 

buyurulur; “haqsızlığa uğradıqdan sonra qisas alanlar” təriflənir və bu sifətin möminlərin sifəti olduğu ifadə edilir. (Şura, 42/39)



04-05-2011 12:00:00