Ana səhifə

Varlıq qanunları çərçivəsində Allahın yaxşılıq və başqa sifətləri dərk edilə bilər?


YazdırSend to friend

 

-Allahın nə zatında, nə də sifətlərində ziddi yoxdur, bu, doğrudur. Ancaq varlıqlardakı gözəlliklər “bir vahidi-qiyasi = bir ölçü vahidi” kimi istifadə edilə bilər. İnsanın öz mənliyindəki “aidiyyət/mənlik/sahiblənmə” mexanizmi Allahın sonsuz sifətlərini tanımaq üçün verilmişdir. Hər insan “Mənim elmim var, məndən daha elmli olanlar var, hər biləndən üstün bilən var, elə isə, Allah hər şeyi bilən bir varlıq kimi sonsuz elmin sahibidir.” deyə bilər və sonsuz olanı dərk etməyə çalışar.

- Mütləq və mühit/hərtərəfli bir şeyin sərhədi və sonu olmadığı üçün ona bir forma verilmir, mahiyyəti nə olduğu başa düşülmür. Məsələn, qaranlıq kimi ziddi olmayan daimi bir aydınlıq bilinmir və hiss edilmir. Nə zaman həqiqi və ya xəyali qaranlıqda bir xətt çəkilərsə, o vaxt bilinər.

Elə Cənabi-Haqqın elm və qüdrət kimi sifətləri, Hakim və Rahim kimi adları mühit/hər şeyi əhatə edən, hüdudsuz, şəriksiz olduğu üçün onlara hökm edilməz və nə olduqları bilinməz və hiss olunmaz. Sonsuz olduqlarından onların həqiqi hüdudları olmadığından, fərzi və xəyali bir həddi, bir sərhədi çəkmək lazımdır. Bu fərzi cizgiləri çəkən və hüdudsuz olan Allahın ad və sifətlərinə xəyali bir sərhəd təyin edən insandakı mənlik mexanizmidir. Bu mexanizm sayəsində iinsan özündə xəyali bir rübubiyyət (Allahın hər məxluqa ehtiyacı olanı verməsi), bir rəhbərlik, bir malik olma, bir qüdrət, bir elm təsəvvür edir, bir sərhəd çəkir, onunla Allahın sonsuz və hüdudsuz ad və sifətlərinə də xəyali bir sərhəd çəkir. “Buraya qədər mənim, bundan sonra Onundur” deyə bir bölür. Özündəki kiçik ölçülərlə onların mahiyyətini yavaş-yavaş anlamağa çalışır. “Mən bu evə malik olduğum kimi, Allah da bu kainatın malikidir.” deyir və cüzi elmi ilə, kiçik sənətkarlığı ilə Onun elmini, sənətini qavramağa başlayır.

Məsələn, “Mən bu cüzi elmim və kiçik sənətkarlığımıla bu evi necə tikdim və nizam qoydum. Eləcə də bu dünya evini – sonsuz elm və sənətkarlığı ilə biri tikmiş və nizamlamışdır.” deyir.

“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir.” (Əhzab surəsi, 33/72) ayəsində bildirilən əmanətlə bir tərəfdən insanın sözügedən vahidi-qiyasi, bir ölçü vahidi olan mənliyinə işarə edilir.

Ona görə insanın “mənliyi” bir güzgü, bir vahidi-qiyasi (ölçü vahidi), bir kəşf aləti və bir hərfi məna kimi mənası özündə olmayan və başqasının mənasını göstərən, insanın bədəninə yerləşdirilən mənəvi bir kamera, şüurlu bir proyektordur. (daha ətraflı məlumat üçün bax: Sözler, Otuzuncu Söz.)

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz