Ana səhifə

Vitr namazı neçə rükətdir, vaxtı nə zamandır, sünnədi, yoxsa vacib , hansı vaxtda qılmaq daha fəzilətlidir və əhəmiyyəti nədir?


YazdırSend to friend

Vitr namazı, üç rükətli bir namazdır. Yatsı namazının son sünnəsindən sonra qılınır.

Vitr namazının vaxtı, şam namazının vaxtı ilə eynidir, yatsı namazının vaxtının sonu və sübh namazının vaxtının başlanğıcı ilə sona çatar.

Nə var ki Vitr namazı işa namazından sonra qılınır. Bu ikisi arasındakı tərtibə riayət vacibdir.

İmam Əbu Yusuf İmam Muhəmməd`ə görə, vitrin vaxtı, şam namazı qılındıqdan sonra başlar. Bir kimsə şam namazını qıldıqdan sonra paltarını dəyişdirib başqa bir paltar ilə vitr namazını qılsa və əvvəlki paltarının təmiz olmadığı aydın olsa, İmam Azam'a görə yalnız işa namazını yenidən qılmaq lazımdır. İki imama görə isə, hər iki namazı təkrar qılması lazımdır; çünki vitr namazı vaxtından əvvəl qılınmış olar. (bax. Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: 1/180-181)

İmam Azam Əbû Hənifə, vitr namazını bayram namazları kimi vacib olaraq qəbul etmişdir. Əbu Yusuf, İmam Muhamməd və digər üç məzhəb imamlarına görə isə, vitr namazı əkkəd(qüvvətli, təkrarlanan) sünnədir.

Bir insan yuxudan oyanacağına güvəni yoxsa, yatmadan əvvəl vitr namazını qılmalıdır. Əgər oyanacağından əmin isə, vitr namazını gecənin sonuna qədər gecikdirməsi daha fəzilətlidir.

Bu qısa şərhdən sonra mövzuyla əlaqədar hədisləri və əlaqədar bəzi hökmləri açıqlamağa çalışaq.

Vitir namazı ilə əlaqədar bəzi rəvayətlər

"Allah təkdir; tək olanı sevər. Ey Qur`an əhli! Siz də vitr namazını qılın! " (Əbu Davud Vitir 1; Tirmizî Vitir 2)

"Rəsulullah sallallahu əleyhi və səlləm gecənin hər vaxtında vitri namazı qıldı. Bəzən gecənin ilk saatlarında bəzən gecə yarısı bəzən də gecənin sonuna doğru qıldı. Sonralar vitri namazını həmişə səhər vaxtında qıldı. " (Buxari Vitir 2; Müslim Müsafirin 136)

"Gecə qıldığınız namazın sonuncusunu vitri edin." (Buxari Salat 84 Vitir 4; Müslim Müsafirin 151)

"Səhər namazı vaxtı girmədən vitri qılın." (Müslim Müsafirin 160 161)

"Səhər vaxtı girmədən tez bir şəkildə vitri qılmağa çalışın!" (Əbu Davud Vitir 8; Tirmizî Vitir 12)

"Gecənin sonuna doğru namaza qalxa bilməyəcəyindən narahat olan kimsə vitri namazını gecənin baş tərəfində qılsın. Gecənin sonunda qalxacağına güvənən kimsə də vitri namazını gecənin sonunda qılsın. Çünki gecənin sonunda qılınan namazda mələklər də olduğundan vitri bu saatda qılmaq daha savabdır. "(Müslim Müsafirin 162 163)

Vitrin əhəmiyyəti

Vitr kəliməsi "bir tək tayı və bənzəri olmayan" mənasına gəlir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm "Allah təkdir; tək olanı sevər " buyuraraq vitr namazı ilə tək olan Allah arasındakı sayı baxımından əlaqəyə və onun vitri qılanları sevdiyinə və onlara savab verdiyinə işarə etdikdən sonra möminlərə xitabən "Ey Qur`an əhli! Siz də vitr namazını qılın! " buyurmaqdadır. Hər nə qədər "Qur`an əhli" sözü Qur`anı gözəl oxuyub öyrədənləri və onu əzbərləyənləri xatirə gətirirsə da Qur`ani-Kərim`i baş tacı edən bütün möminlərin Qur`an əhli olduğunda şübhə yoxdur. Bu halda Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi və səlləm bütün müsəlmanların vitri qılmasını istəməkdədir. Necə ki aşağıda gələcəyi kimi Əfəndimiz`in "Vitir hər müsəlmanın üzərində bir Allah haqqıdır" buyurması da bunu göstərir. Vitr namazı bu qədər əhəmiyyətli olduğu üçündür ki Rəsul-i-Əkrəm sallallahu əleyhi və səlləm

"Hər kim vitri unudar yaxud qılmadan yatarsa onu xatırladığında və ya səhər tezdən dərhal qılsın" (Əhməd b. Hənbəl Müsnəd 3/44) buyurmuşdur.

Biz də bu səbəblə vitri qılamadığımız zaman onu daha sonra qəza edərik.

Kəbə`nin ətrafında yeddi dəfə dönərək təvaf etdiyimiz, Səfa ilə Mərvə arasında yeddi dəfə qaçıb sa`y etdiyimiz, yenə həcc ibadəti əsnasında şeytana üç ayrı yerdə yeddi daş atdığımız, namazlardan sonra üç dəfə otuz üç ədəd təsbeh çəkdiyimiz nəzərə alınarsa tək rəqəmin yəni vitrin(tək) ibadətlərimizdəki yeri və əhəmiyyəti daha yaxşı aydın olar.

Vitir qılmaq vacib mi sünnə mi?

Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləm Əfəndimiz vitr namazının digər fərz namazlar kimi mütləq qılınması lazım olan zəruri bir namaz olmadığını bildirir. Bunda kimsənin şübhəsi yoxdur. Bununla birlikdə Əfəndimiz bəzi hədislərində vitr namazının əhəmiyyətini ifadə edərək belə buyurmuşdur:

"Allah Təala dünya varlığından daha xeyirli bir namazla sizin imdadınıza yetişmişdir. Bu vitri namazıdır. Allah Təala bu namazı işa ilə dan ağarması arasında qılmanızı uyğun görmüşdür " (Əbu Davud Vitir 1; Tirmizî Vitir 1).

"Vitir hər müsəlmanın üzərində bir Allah haqqıdır. Artıq onu beş rek`at qılmaq istəyən beş qılsın üç rek`at qılmaq istəyən üç qılsın bir rek`at qılmaq istəyən də elə etsin" (Əbu Davud Vitir 3; Nəsâî Qıyamul-leyl 40; İbni Macə İqamət 123).

Vitir namazının əhəmiyyətini göstərən başqa hədislər də vardır. İmam-ı Azam Əbu Hənifə yuxarıdakı hədislərin bir qisimində keçən "Vitir qılın" əmrinə və bənzəri hədislərə baxaraq vitri namazının fərz ilə sünnə arasında bir əhəmiyyəti olduğunu qəbul etmiş və onun vacib olduğunu söyləmişdir. Digər məzhəblər isə vitri qılınması mövzusundakı hədislərə baxaraq onun həqiqətən əhəmiyyətli bir namaz olduğunu qəbul etmişlər, bununla birlikdə vitr namazının sünnə-i müəkkədə olduğunu söyləmişlər. Onları bu qənaətə götürən xüsuslardan biri Peyğəmbər Əfəndimizin bəzi namazlarla birlikdə vitrin özünə fərz qılındığını söyləməsi, ümmətinə də israrla beş vaxt namazı tövsiyə etməsidir. Yuxarıdakı hədisdə Əfəndimizin "Qur`an əhli"-nə vitri qılmağı tövsiyə etməsinə baxaraq bəzi alimlər bunlar Qur`an əhli hafizlər və qurrâdan (Qari-oxuyucular. Qur'an-ı Kərimi üsul və tecvidine görə oxuyanlar) olan kəslərdir; vitri onlara tövsiyə edildiyinə görə bu namaz vacib deyil sünnət-i müəqqədədir demişlər. Hənəfi məzhəbinin iki böyük imamı Əbu Yusif ilə İmam Muhamməd də vitrin sünnə-i müəkkədə olduğu fikirindədir. Burada bunu da ifadə edək: Vacib termini hənəfilər xaricindəki bütün məzhəblər tərəfindən fərz qarşılığı olaraq istifadə edilməkdədir. Onlar hənəfilər kimi fərz ilə sünnə arasında bir başqa termin qəbul etmir.

Vitir nə vaxt qılınmalıdır?

Yuxarıdakı bəzi hədislərdə birində vitr namazının nə zaman qılınması lazım olduğuna təmas edilməkdədir. Bu hədislərdən öyrəndiyimizə görə Rəsul-i-Əkrəm Əfəndimiz sallallahu aleyhi və səlləm vitri namazını gecənin hər saatında qılmışdır. Bəzən işa namazından sonrakı zamanda, bəzən gecə yarısında, bəzən də dan yeri ağarmadan əvvəlki saatlarda qılmışdır. Lakin həyatının son dövrlərində vitri namazını gecənin son qisimi hesab olunan səhər vaxtında qılmağı adət etmişdir. Niyə elə etdiyini də yuxarıdakı hədislərin sonuncusunda ifadə edərək belə buyurmuşdur: "Gecənin sonunda qalxacağına güvənən kimsə vitri namazını gecənin sonunda qılsın. Çünki gecənin sonunda qılınan namazda mələklər də olar və bu saatda qılmaq daha savabdır. " Demək olur ki seher vaxtı qalxıb Rəbbinə ibadət edən kəslər qətiyyən tək deyil. Bu feyzli zamanı qiymətləndirərkən onlara mələklər yoldaşlıq edərlər. İbadətlərinin qəbul edilməsi üçün dua və niyaz edərlər. Məhz bu səbəblə gecənin sonuna doğru qalxıb vitri qılmaq daha bərəkətli daha feyzli daha savabdır.

Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm vitr namazını gecə qılınan nafilə namazlardan sonra əda etməyi tövsiyə etmişdir. Məhz bu səbəblə ramazan ayı boyunca vitr namazı təravih namazından sonra qılınır. Peyğəmbər aleyhissalatu vəssalam vitri gecə qılınan nafilə namazlardan sonra əda etməyi, beləcə gecə ibadətlərini nafilə namazların ən xeyirlisi ilə bitirməyi tövsiyə etməklə bərabər, onun dan yeri ağarmadan əvvəl mütləq qılınması lazım olduğunu xatırladaraq "Səhər vaxtı girmədən tez bir şəkildə vitri qılmağa çalışın!" buyurmuşdur.

Rəsul-i-Əkrəm Əfəndimiz sallallahu aleyhi və səlləm yuxuya məğlub olaraq gecənin sonuna doğru qalxıb vitr namazı qıla bilməyəcək ümmətinə bir asanlıq göstərmiş, onların vitr namazını gecənin baş tərəfində qılabiləcəklərini ifadə etmişdir. Belə ki, Əbu Hüreyrə həzrətləri (Allah ondan razı olsun) öyrəndiyi hədisləri yatmadan əvvəl gec vaxtlara qədər təkrarladıqdan sonra yatmağı adət halına gətirdiyi üçün Əfəndimiz sallallahu aleyhi və səlləm ona vitri qılmadan yatmamasını tövsiyə etmişdir (Buxari, Təhəccüd 33 ,Savm 60). Bu tövsiyələrin yalnız ona məxsus olduğu qəbul edilməkdədir.

Vitr Namazı necə qılınacaq?

Uca Rəbbimiz gecə namazlarının ilki olan axşam namazını tək rək`atlı qılmamızı istədiyi kimi gecənin son namazı olan vitrin də tək rək`atlı olmasını uyğun görmüşdür. Həzrəti Peyğəmbər aleyhissalatu vəssalam bu səbəblə yuxarıda keçdiyi üzrə "Gecə qıldığınız namazın sonuncusunu vitr edin" buyurmuşdur. Şübhəsiz ki, bunda bir çox sirr və hikmətlər vardır.

Vitir "tək" mənasını verdiyi üçün Maliki, Şafii və Hənbəli məzhəbi alimləri vitr namazının bir rükət olduğunu söyləmişlər. "Vitir gecənin sonunda bir rükətdir" (Müslim Müsafirin 154-156) mənasında hədislər vardır. Beləki Rəsulullah sallallahu əleyhi və səlləm gecə qıldığı nafilə namazları həmişə iki rükət qılmış son olaraq qıldığı iki rək`atdan sonra ayağa qalxıb bir rükət daha qılmışdır. Hətta bəzi rəvayətlərdə ifadə edildiyinə görə bir rükətdən ibarət olan bu son rükətə başlamadan öncə bəzən yanında olanlarla danışmışdır. Demək olur ki, Allah`ın Elçisi bəzən iki dörd rükət namaz qılmış sonra ayağa qalxmış və bir rək`at vitri qılaraq gecə ibadətlərini beşə tamamlamışdır. Bu şəkildə bəzən yeddi bəzən doqquz bəzən on bir bəzən də on üç rükət namaz qılmış; amma son qıldığı rükət daim tək (vitri) olmuşdur. Hənəfilər xaricindəki bəzi alimlərə görə, məsələn on bir rükət vitr qılacaq bir kimsə arada heç oturmadan yalnız on birinci rükətdə tahiyyata oturmaq surətiylə vitri qıla bilər. Bəzilərinə görə isə yalnız onuncu rükətdə tahiyyata oturulur sonra ayağa qalxılıb bir rükət daha qılaraq on bir rək`atlı vitr namazı qılınmış olar. Beş yeddi doqquz rükət vitr qılmaq istəyənlər də belə qıla bilər.

Hənəfilər isə vitr namazının üç rükət olduğu, bunun da eynilə axşam namazının fərzi kimi qılınacağı fikirindədirlər. Buna görə iki rükət qıldıqdan sonra salam vermədən üçüncü rük`ətə qalxılacaq və üçüncü rükətin sonunda salam veriləcək. Digər bir ifadəylə bir salamla üç rükət qılınacaq. Hənəfilərin bu tətbiqdəki dayandıqları dəlillərdən biri Peyğəmbər Əfəndimizin (sallallahu aleyhi və səlləm) sadəcə tək rükət olaraq qılınan namazları əskik və qısa, tamamlanmamış saymasıdır. Hz. Əbu Bəkirin ( Allah ondan razı olsun) nəvəsi olub dövründə Mədinənin ən böyük alimlərindən biri sayılan hədis hafizi Qasım b. Muhammədin Mədinə`dəki tətbiqi ortaya qoyan bu sözü də onların dayaqlarından biridir:

"Həddi buluğa çatdığımız gündən bəri həmişə üç rükət vitr qılındığını gördük. Bununla birlikdə hamısı yəni, bir də üç də beş də yeddi də caizdir. Ümid edirəm ki heç birində qorxu yoxdur " (Buxari, Vitir 1).

Hənəfilər digər məzhəblərin tətbiqinə səhv deməməklə bərabər vitri bir-birinə bağlı üç rükət halında qılmağı daha fəzilətli və daha uyğun görmüşlər; üç rükətdən çox qılınmasını da məqsədəuyğun görməmişlərdir.

Buna görə:

1. Vitr namazı əhəmiyyətli bir ibadətdir. Bu namazı davamlı surətdə qılmaq Cənab-i Haqq`ın rizasını və məhəbbətini qazanmağa vəsilə olar.

2. Vitr namazı işanın fərzi qılındıqdan sonra başlayır, səhər nanamzı girənə qədər davam edər.

3. Vitri zamanında qıla bilməyəcəklərini düşünənlər onu işa namazından sonra qıla bilərlər.

4. Vitir namazının ən məqbul zamanı səhər vaxtı dediyimiz gecənin son üçdə biridir. Çünki bu vaxt mələklərin və Cənab-ı Haqq`ın rəhmətinin yer üzünə bol-bol endiyi mübarək bir zaman dilimidir



26-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz