Ana səhifə

Xəlifəlik İslamın özünün nəzərdə tutduğu təşkilatdır? İndi İslam Dövlətində xəlifə seçilməlidir?


YazdırSend to friend

- " Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur, 55) tərcüməsində ayədə görüldüyü kimi, xilafət anlayışı bir Quran terminologiyasıdır.

 

- Peyğəmbərimiz (s.ə.s.) da hədislərində: "Məndən sonra xilafət -və ya peyğəmbərlik xilafəti- otuz ildir." buyurmuşdur (bx. Əbu Davud, Sünnə, 8; Tirmizi, Fitən, 48; Əhməd b. Hənbəl, 4/272; 5/220, 221). Burada olduğu kimi, bir çox hədisdə xəlifə anlayışı istifadə edilmişdir.

 

Bu səbəblə Müsəlmanlar, Hz. Peyğəmbər (s.ə.s.)dan sonra, bu anlayışı mənimsəmişlər.

 

- Xilafət anlayışı yanında Quranda (Nisa, 4/59) "ulul-əmr" və hədislərdə "əmr" anlayışı da istifadə edilmiş olduğundan Müsəlmanlar tərəfindən bu anlayış da istifadə edilmişdir. Rəşid xəlifələr üçün "Əmirəlmömünin" ünvanının da istifadə edildiyi bilinməkdədir.

 

- Bununla birlikdə, təşkilati bir mexanizm olaraq xilafət anlayışı həm dünyanı həm də dini xidmətləri boynuna götürən bir fenomendir. Xüsusilə Osmanlı dövlətinin son zamanlarında, bir baxıma bu iki təşkilatı fərqli edən inkişaflar olduğu üçün, xilafət dini xidmətlərə baxan bir təşkilat olmağa başladı. Fərdi xilafətin qalxmasından sonra, bu vəzifə Məclisə təhvil verilmişdi.

 

- Bu məlumatların işığında deyə bilərik ki, dövrümüzdə, "xilafət" bütün bir ümməti təmsil etdiyi üçün, müəyyən bir ölkədə fərdi bir xilafətin olması olduqca çətin görünməkdədir. Çünki, bu təqdirdə mənasız, səlahiyyətsiz, gücsüz bir ad və şəkildən ibarət olar. Onsuz da bu əsrdə, komitəçilik ön planda olduğundan, Müsəlmanların da təşkilatlanmalariıə həmiyyətlidir. Bəlkə də simvolik olaraq bir xəlifə -bütün ümmətin hörmət etdiyi- "Müqəddəs məkanlarda" ola bilər.

 

-     İslamda ad və şəkildən çox, işin özünü əks etdirmək əhəmiyyətlidir.



21-11-2009 12:00:00