Ana səhifə

Xanım ərdən boşanmaq istədiyi halda ər boşanmırsa, xanım nə etməlidir?


YazdırSend to friend

Dövlətin qanunlarına görə rəsmi nikahları varsa, məhkəməyə müraciət edilər və hakimin boşaması yetərli olar.

Ancaq belə bir vəziyyət yoxdursa, ər də yoldaşını boşamırsa o zaman bu ayət-i kəriməyə uyğun olaraq hərəkət edərlər:

"Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir-Alimdir, hər şeydən Xəbərdardır-Xabirdir. (bütün məqsədlərdən xəbərdardır)." (Nisa, 4/35)

Ailədə hüzur və nizamı pozan, tərəflərdən biri olduğunda "nüşûz" dan söz edilər. Ailə nizamı iki tərəfin qarşılıqlı anlaşılmazlıqlarından, hüquq pozulmasından və dolanışıqsızlıq çıxarmalarından irəli gəlirsə və bu hall uzanıb getdiyi üçün ayrılmalar, ailənin dağılması ehtimalı ortaya çıxarsa "şikak-dolanışıqsızlıq" halı gerçəkləşmiş olar. Bu vəziyyətdə Quran-ı Kərimin göstərdiyi yol, təklif etdiyi həll üsulu "anlaşmazlığın hakimlərə götürülməsidir." Ayənin açıq ifadəsinə görə hakim təyin edəcək olan yer, ər və arvad və ya bunların ailələri deyil, dövlətin əlaqədar qurumudur (ülül-əmr).

Qurum(təşkilat) şikak halında hakim təyin etməklə məsuldur, ancaq bu öhdəlik ər arvadın da hakim təyininə əngəl təşkil etməz.

Qurumun (məsələn məhkəmənin) təyin edəcəyi iki hakimdən birinin kişi, digərinin də xanım ailəsindən olması ayədə zikr edilmişdir. Bu qeydin məcburi olub olmadığı mövzusu mübahisəlidir; Şafii kimi "Beləsi daha yaxşı olar, müstəhəbdir" deyənlərlə yanaşı, "Qohum içində hakimliyə uyğun şəxslər olduğu müddətcə yadlardan hakim təyini caiz deyildir" deyənlər də olmuşdur.

Hakim, tərəflərin razılığı və ya hakimin təyini ilə anlaşılmazlıq mövzusunu hökmə bağlayan şəxsdir. Hakimin səlâhiyətinin "hakim" kimi mi, yoxsa "vəkil" kimi mi olduğu da mübahisəlidir.

Hz. Ömər, Osman, Ali, İbn Abbas kimi öndə gələn səhabələr yanında Nəhai, Şabi, Mâlik, Əvzai, Şâfiî kimi alimlər hakimlərin səlâhiyətlərinin hakim kimi olduğu, edəcəkləri araşdırma, istintaq, danışma sonunda evlilik həyatının davamı və ya sona çatdırılmasından hansına hökm edərlərsə onun etibarlı olacağı, ər və ya arvaddan birinin əksini istəməsinin təsiri olmayacağı hökmünə gəlmişlər. Çünki -bu müctəhidlərə görə- hakim təyininin mənası və funksiyası bundan ibarətdir.

Bu ictihad hakimlərə, araya məhkəmə girmədən ailə bağını həll etmə səlahiyətini tanımaqla ailə sirlərinin açıq məhkəmələrdə göz önünə sərilməsi saqıncasını da ortadan qaldırmaqdadır.

Əbu Hənifə və onun kimi düşünən az saydakı müctəhid isə hakimlərin səlâhiyətlərinin vəkilin səlahiyyəti kimi olduğu, tərəflərin iradəsi xaricində bir həllə gedə bilməyəcəkləri qənaətini mənimsəmişlərdir.

Buna görə hakimlərin vəzifəsi tərəflərin arasını düzəltmək, qüsurlu olan tərəfi yola gətirmək üçün tətbiq olunacaq metod və üsulları  müəyyən etmək kimi xüsuslardan ibarətdir.

Osmanlıların sonuna doğru qəbul edilən (1917-ci il tarixli) Hüquq-u Ailə Kararnamesi şikak halında müraciət edilən hakimlərə "ailə məclisi" adını vermiş və məclisin səlahiyyəti mövzusunda Hənəfi məzhəbinin deyil, əksəriyyətin ictihadını qanunlaştırmıştır (md. 130).

İslam hüququnda boşama (tatlik, talaq) haqqı ərə aiddir. Bu hökmü ya anlamayan və ya sui-istifadə etmək istəyənlər "qadın haqqına zidd" olaraq dəyərləndirmişlər, "İslâm hüququna görə qadın evlilik həyatında zərərə uğrasa, zülm görsə, xoşbəxt olmasa belə əri boşamadıkça bunlara dözmək məcburiyyətindədir" demişlər.

Ayənin açıq ifadəsi ilə bunun işığında edilmiş ictihadlar bu anlayışa qəti, dəqiq olaraq yol verməməkdədir. Evlilik həyatı içində zərər və zülm görən, xoşbəxt olmayan qadın, əri boşamaq istəmədiyi halda hakimə və ya hakimlərə müraciət edərək evlilik həyatını sona çatdıra bilər.

Ayrıca yenə qadının iradə və təşəbbüsü ilə dövrəyə girəcək olan bədəl verərək boşanma (muhâlea) yolu da açıqdır.

Islâmî həlli rəsmi qurumlar vasitəçiliyi ilə işlətməyən sistemlərdə ailə məclisi və ya camaatın dövrəyə girməsi, təyin edəcəkləri hakimlər vasitəçiliyi ilə anlaşılmazlıqların həll edilməsi mümkündür. Çünki ayə müəyyən şəxslər və ya rəsmi qurumlar deyil, ümməti, camaatı həmsöhbət qəbul etməkdədir. (bax. Qur'an Yolu, Heyət, əlaqədar ayənin təfsiri)



26-05-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz