Ana səhifə

Xoş Gəldin Ramazan-ı Şərif


Xoş gəldin comərd misafir, xoş gəldin ikram və ehsanı ziyadə ay, xoş gəldin Ramazan-ı Şərif ...

Aclığında sonsuz ləzzət hədiyyələri təqdim edən, ləzzətli aclıq orucla ruh dünyamıza hesabsız ziyafətlər çəkən, yetmiş hikmətiylə həyatımıza mənalar yükləyən fəzilət və kəmâlatımızın tərəqqi zənbərəyi (hərəkəti təmin edən güc qaynağı) xoş gəldin..

Ağıl marifət süfrəsinə qurular səninlə, bir ləzzət alır ki tərif edilməz. Şükür nemətini haqqıyla həzm edən ruhumuzun ləzzətinə deyəcək yoxdur. Mədə acıdıqca digər əza və orqanlarımız qənaəti öyrənər, səbrə alışar, riyazətə çalışar, mânəvî nemətlərə doyarlar.

Mü'minlər dərəcələrinə görə ayrı-ayrı nurlara, feyizlərə, mənəvî sürurlara məzhər olarlar; hüzur atmosferində tənəffüs etmənin, fani həyatda baqi xəzinə tapmanın bəxtiyarlığına qovuşarlar.

Qəlb və ruh, ağıl, sirr kimi lətifələrin oruc vasitəsiylə ucalmasını, böyüyüb inkişafını yaşayar; insan həqiqi insanlıq məqamlarına uçar. Mədə ağlasa da mənəvî cihazlar məsumanə gülərlər; onların ləzzəti bənzərsiz, səadəti hüdudsuzdur.

Ruhu inkişaf etdirən, fəzilət sahibi edən, yüksək xarakterə yüksəldən, öyülmüş əxlaqla əxlâqlandıran, başıboşluqdan qurtarıb intizama tabe edən, sifətlərini laqeydlikdən, duyğularını ifratçılıqdan mühafizə edib ciddiyyət və istiqamət qazandıran, sonsuz kamillik mərtəbələrinə qamçılayan Rabbânî dəva, ruhu yetişkinləşdirən təşviq qamçısı, tərbiyə ünsürü möhtərəm Ramazan-ı Şərif xoş gəldin ...

Sən gəlirsən; nəfsin günaha uzanan əlləri qırılar, əmr dinləməyi öyrənər, Rəbb-ı Rahîmini tanıyar, sonsuz ləzzətlər diyarı Cənnətə yol tapar, Cəmala vüslət nəğmələri söyləməyə başlayar. Bu müqəddəs səfərin sonunda elə ləzzətlər tapar ki, nə göz görmüş, nə qulaq eşitmiş, nə də bir qəlb hiss etmişdir.

Şeytanlar zəncirlənər, döyüşlər zəncirlənər, hüzursuzluq zəncirlənər, asayiş nəfəs alar, hüzur tapar səninlə. Buram buram sevgi qoxar  hər yan, xoşgörü, anlayış taxta çıxar, hörmət ürəkləri fəth edər, həqiqi insan olmanın ləzzətinə çatarıq.

Evləri xoşbəxtlik istilâ edər; sahurun ​​şirin yuxusuzluğu, iftarın həyəcanlı hazırlıqlarıyla ... Mövludlar, müqabilələr, hər evdən Qur'an səsləri yüksələr. Küçələr şənlik yeri kimi olar; məscidlərə qaçan uşaqların coşğusuyla. Məscidlərdə ruhlar bayram edər təravihlərin ahəngiylə, hafizlərin ürək titrədən səsləriylə. Qur'an divarlarda asılı qalıb durmaqdan qurtulub, sinələrdə hakimiyyət qurar. Günlər gecələr səadətlə yer dəyişdirər, əsri-ı səadətin bir kölgəsi yaşanar qiyamətə yaxın ...

İslâm Âləmini böyük bir məscid edən, hər guşəsində hafizlərə əzəli xütbə Qur'an'ı eşq və şövqlə tilavət etdirən, vəhy atmosferində ayələrin mənasını, özünü, əsasını tənəffüs etməklə ruhlarımızı cənnətlərdə dolaşdıran, ayât-ı Qur’âniyyənin həyatımıza yön vərməsinə, yönümüzün sırat-ı müstəqîm olmasına vəsilə olan, Qur'an'ın dünyamıza girməsinə mane olan ayaq zəncirlərimizi qıran, bizləri Qur’anî istiqamətdə tutan  Qur'an ayı, Qur'an'ın endiyi zaman dilimi, mübarək Ramazan-ı Şərif xoş gəldin ...

Şəfqət coşar, coşduqca coşar; yetimin üzündə təbəssüm, fəqirin ocağında ət, kimsəsizin kimsəsi olur. Zəkatlar paylanılar, sədəqələr paylanılar, yoxluq varlığa 'Xoş gəldin' deyər. Unutduqlarımızı xatırlayarıq, itirdiklərimizi taparıq, Mələklərin qibtə etdiklərindən olarıq. Pür ləzzət, pür səadət qucaqlayır hər yanımızı.

Birlik və bərabərlik, sevgi və qardaşlıq bambaşqadır səninlə. İftar süfrələrində görüşərik məhəbbətlə, sahur süfrələrinə qalxarıq übudiyyətlə, Qur'an süfrəsində ruhumuzu doyurarıq sahabəcə, təravih süfrəsində gah qiyamda, gah rükuda, gah səcdədə eşqi yaşayarıq mələkcə, paylaşma süfrəsinə qaçarıq comərdcə, yetimlərin süfrəsinə ürəyimizi qoyarıq səmimiyyətlə, füqəranın süfrəsinə xurma, şorba, plov , aş, çörək düzərik şəfqətlə ...

Təbəssüm, üzümüzün yaldızı; gözəl söz, dilimizin tərcümanı; hörmət, başımızın tacı; sevgi, yaradılışımızın mayası; gözəl əxlaq, özümüz; birlik və bərabərlik fitrət sementi; qardaşlıq, ta əzəldən andımız; paylaşma, ən çox paylaşdığımız şey; yardımlaşma, ən çox yardımlaşdığımız şey; həmrəylik, bir-birimizin ehtiyacına cavab vermə, birlikdə yaşama ərdəminə nail olma şüarımız bizim ...

Duyğularımızın şaha qalxdığı ibadət bayramı, insanlığın zirvəsinə qurulduğumuz oruc mövsümü, həqiqi insan olmağımızın mübarək vəsiləsi, əməllərimizin nəşvü-ü nəma tapdığı məhsuldar tarla, qulluğun rəsm-i keçid meydanı möhtəşəm Ramazan-ı Şerif xoş gəldin ...

Müjdələr alırıq səmalardan. Yerlərin Muhammədi, Göylərin Ahmedi (s.ə.s.) elə müjdələr verir ki, sən hər il gəldiyində sanki mübarək dodaqlarından yenidən eşidirmişik kimi səadətin arşına çıxarıq.

Məhz yerə göyə sığmayan xoşbəxtlik yüklü kəlâm-ı Ahmədî’dən bir örnək:

Ramazan ayının ilk gecəsi olunca Cənnətin bütün qapıları açılar və bütün ay boyunca tək bir qapısı bağlanmaz. Cəhənnəmin bütün qapıları bağlanar və bütün ay boyunca tək bir qapısı açılmaz. Şeytanların azğınları bağlanır.

Səmadan bir nida edici hər gecə şəfəq söküncəyə qədər belə deyər:

'Ey xeyr işləyən, davam et və müjdəni al; ey pislik diləyən, əl çək və oyan.'

(Cənab-ı Haqq dünya səmasına təcəlli edərək)

'Bir əfv diləyən yoxmu, onu bağışlayım; tövbə edən yoxmu, tövbəsini qəbul edim; dua edən yoxmu, duasını qəbul edim; istəyən yoxmu, istədiyini verim. "buyurur.

Allah Təâlâ, Ramazanda hər iftar vaxtında, hər gecədə altmış min adamı atəşdən azad edər. Bayram günü gəldiyində isə bütün ay boyunca azad etdiyi qədər, otuz dəfə altmış min adamı daha azad edər.”

Əfvin, bağışlamanın muştusu, rəhmətin simvolu, tövbələrin qəbul vaxtı xoş gəldin. İkram və ehsanın səbəbi, duaların amini, cənnətin qoxusu xoş gəldin. Yaralı ruhların tiryaki, könüllərin dərmanı, başımızın tacı xoş gəldin ... Xoş gəldin Ramazan-ı Şerif ...



06-07-2014 12:00:00