Ana səhifə

Xuşu


YazdırSend to friend

Xuşu, lüğətdə insanın özünü üstün görməməsi, təvazökarlıq, qəlbin yumşaqlığı, incəliyi, daim Allahdan qorxub ona qarşı hörmətlə dolması kimi mənalara gəlir. Namazdakı xuşu; namaz qılarkən insanın, ürəyini dünya sevgisi və işlərindən uzaq tutaraq Allaha bağlaması, özünü tam mənasıyla namaza verməsi, namazın xaricindəki hər şeyi unutması, zehini və qəlbi yalnız namaza yönəltməsidir.

"O gün (hər kəs) heç bir başqa tərəfə meyl etmədən carçının (hamını məhşərə çağıran İsrafilin) ardınca gedəcəklər. Rahmanın (əzəmət və heybətin)dən dolayı səslər kəsilmişdir, artıq səslərin ən xəfifindən (yalvaran dodaqların qıpırdaması, qorxulu ayaqların xışıltısından) başqa bir şey eşitməzsən!" (Taha, 20/108)

Bu ayədə, qiyamət günündə, insanların Allahın əzəməti qarşısındakı qorxuları, bükülüşləri, alçalışları, səssiz-sədasız duruşları "xuşu" anlayışıyla ifadə edilmişdir.

"İman edənlərin qəlbləri, Allahı və Ondan gələn həqiqətləri xatırlayaraq xuşu ilə dolma zamanı gəlmədimi?" (Hadid, 57/16)

Bu ayədə xuşu anlayışı birbaşa qəbin bir funksiyası olaraq ortaya qoyulmuşdur.

Termin olaraq "xuşu"; bir tərəfdən çəkinmək, qorxmaq, boyun əymək kimi qəlbin bir əməli, digər tərəfdən sükunət içində olmaq, hərəkətsiz duruş sərgiləmək kimi orqanların bir əməli olaraq özünü göstərir. Buna görə, xuşu; əsli qəlbdə, təzahürü/əks olunması bədəndə olmaqla iki istiqamətli bir təsirin adıdır. Qəlbə aid tərəfi isə, Rəbbin əzəmət və cəlalı qarşısında öz kiçikliyini göstərərək nəfsi, Haqqın əmrinə baş əydirib söz dinlətdirəcək və ədəb və əzmindən başqa bir şeyə yönəlməyəcək şəkildə qəlbin son dərəcə bir hörmət hissi duymasıdır.

"Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər (xuşuludurlar)". (əl-Mu'minun, 1-2). 

Ayə haqqında Mucahid (rahiməhullahu) belə deyir: "(Allaha hörmətlə boyun əymək kimi tərcümə edilən xuşu sözü) Allaha itaət, Allah qorxusu nəticəsində bədəndə yaranan #sükunət, qəlbdə olan qorxu, namaz qılarkən gözlərin aşağı baxması, çiyinlərin də aşağı vəziyyətdə olmasıdır". 

Abdullah ibn Ömər (radıyallahu anhumə) isə bu ayənin izahında belə deyir: "Səhabələr namaz üçün qiyama duranda heç bir şeylə maraqlanmaz və bütün varlıqları ilə özlərini namaza verərdilər. Gözlərini səcdə yerinə dikər və Allahın onlara baxdığını #düşünərdilər".

İnsanın daxili dünyası ilə əlaqədar olan xuşu halı xaricdəki davranışlarına yansıyar. Çünki bədən, ruhi hadisələrin aynasıdır. Məsələn; ruhunda kədər və ya sevinc olan adamın bu ruhi halını, yəni kədər və ya sevincini mimikalarından, üz xəttlərində və davranışlarından anlayarıq. Buna görə də, alimlər namazdakı xuşunu belə izah etmişlər: "Namazda xuşu; bütün himmətini namaz üçün toplamaq, namazın xaricindəki hər şeydən üz çevirmək, gözlərini səcdə yerindən ayırmamaq, sağa sola baxmamaq, paltarla oynamamaq və barmaqlarını çırtlatmamaqdır. (Ən-Nəsəfi, Qazı Beydavi və Haqq Dini Quran Dili, Muminun, 23/2).

Xuşu əsasən qəlbdə olmaqla yanaşı onun əlamətləri bədənin üzvlərindən görünür. Çünki bədənin bütün üzvləri ürəyə tabedir. Diqqətsizlik və ya vəsvəsə (insanı namazdan yayındıran xüsusiyyətlər) səbəbilə qəlbdəki xuşu yox olduğu zaman bədən üzvlərindəki ibadətin keyfiyyəti də yox olur. Çünki ürək padşah, onun başqa üzvləri isə sanki bir əsgərdir. Onlar ürəyin əmrlərinə tabe olur və bu əmrlərə uyğun hərəkət edirlər. Əlbəttə ki, yalnız görüntü olaraq yerinə yetirilən xuşu arzuolunmaz bir haldır. Çünki belə ibadət münafiqliyin (ikiüzlülük) əlamətlərindən sayılır. 

Bədəndə xuşu əlamətləri olduğu halda qəlbdə bu əlamətlərin olmaması təhlükəli bir haldır. Fudayl İbn İyad rəhmətullahi əleyh də belə buyurur: «Bir insanın qəlbində olan xuşudan daha artıq xuşulu görünməsi mənfi haldır».

İmam İbn Qeyyim əl-Cəvziyyə rəhmətullahi əleyh deyir: «Həqiqi imanla əlaqədar olan xuşu Allahın hüzurunda olmaq üçün qorxu, Onun əzəmətinə və böyüklüyünə qarşı ciddilik, qorxu və həyanın olmasıdır. Ürəkdə qorxu, utanmaq, məhəbbət olursa və qəlb Allahın nemətləri qarşısında öz səhv və qüsurlarını xatırlayarsa, bu zaman xuşu meydana gəlir. Qəlbdəki xuşu isə bədən üzvlərindən bəlli olur. Münafiqcəsinə yerinə yetirilən xuşu isə bədən üzvlərində xuşu olduğu halda qəlbdə xuşunun olmamasıdır. Bəzi səhabələrin belə dedikləri təsbit edilmişdir: «Münafiqcəsinə edilən xuşudan Allaha sığınıram». «Münafiqcəsinə edilən xuşudan məqsəd nədir» deyə sual verildiyi zaman: «Bədəndə xuşu olduğu halda qəlbin xuşu sarıdan boş olmasıdır kimi cavab verilmişdir. Sözün əsl mənasında xuşu sahibinin atəşli arzuları artıq sönmüş, hətta bunun dumanı qəlbdən çıxmış olur. Allah qorxusu onun qəlbini fəth edir. Onun nəfsanı istək və arzuları da məhv olur… 

"Həqiqətən Allah məhz müti kişilər və qadınlar, və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır!" (əl-Əhzab, 35).

Xuşunun ən böyük faydalarından biri də namazı yerinə yetirməyin qul üçün asan və rahat olması, onun çətin gəlməməsidir. Allah subhanəhu və təala belə buyurur: «Səbr edin və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da Allaha itaət edənlər üçün ağır deyildir» (Bəqərə» surəsi, 45).

Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Bu ümmətdə ən əvvəl xuşu ortadan qaidırılacaq. Elə bir dövr gələcək ki, heç bir xuşu sahibinə rast gəlməyəcəksən». 

Şeytanın müxtəlif vasitə və səbəblərdən istifadə edərək törətdiyi ən böyük hiylə insanları xuşu ilə namaz qılmaqdan uzaqlaşdırmaqdır. O, bütün qüvvəsi ilə çalışır ki, bir tərəfdən, insanlar bu ibadətdən zövq almaqdan məhrum olsun, digər tərəfdən isə əcr və savabdan heç bir şey qazanmasınlar. 

Hüzeyfə radiyallahu anhın sözü sanki haqqımızda deyilmişdir. O, belə deyir: «Dindən ən əvvəl Allaha qəlbən və cismən boyun əymək hissi, daha sonra isə namaz aradan qaldırılacaqdır. Hətta elə namaz qılanlar da olacaq ki, onlar heç bir xeyir əldə etməyəcəklər. Bu vaxt çox da uzaqda deyil, sizlərdən biriniz məscidə gəldiyiniz zaman Allaha qəlbən və cismən boyun əyib namaz qılan bir insan belə görməyəcəksiniz». 

Xuşunu yaradan səbəblərin ən güclüsü budur ki, qulun namaz qılarkən nə dediyini bilməsi, dərk etməyə çalışması, qiraət, zikr, dualar haqqında düşünməsi və fikrində daim «Mən Allahla danışıram» sözünün olmasıdır. Çünki bir insan nə vaxt namaz qılmaq məqsədilə ayağa qalxırsa, o, Rəbbi ilə danışır. Peyğəmbər salləllahu əleyhi və səlləm ihsanın keyfiyyətini aşağıdakı kimi açıqlayır: «Allaha gözlərinlə görürmüş kimi ibadət et. Əgər bunu edə bilmirsənsə, ən azı bunu bil ki, O, səni görür». 

Qəlb insanın fikrini yayındıran düşüncələrdən təmizlənməlidir. Hər bir insan onu namazın məqsədindən uzaqlaşdıran səbəbləri düşünüb onları aradan qaldırmağa çalışmalıdır. Bu baxımdan hər bir insanın vəziyyəti fərqlidir. Vəsvəsə əsasən nəfsi arzuları (mənfi əməl və arzuları) çox olan insanda əmələ gəlir. Həmin insan nəfsi arzularının quluna çevrilir. Arzu etdikləri həyata keçmədiyi zamanda qəlbi rahat olmur, həmin arzulara bağlı qalır.

“Namazı iqamə etmək” ifadəsi Qurani-Kərimdə müxtəlif formalarda 50-dən çox ayədə işlənir. Namazı iqamə etmək namazı tədili-ərkana uyğun qılmaq deməkdir. Yəni namazın qiyam, rüku, səcdə kimi rüknlərini yerli-yerində, doğru-düzgün, təmkinlə, aramla, layiqincə yerinə yetirmək və bir mənada dinin dirəyini etina ilə dikəldib yerinə qoymaqdır. Quran namaz qılmaqdan bəhs edərkən “namaz qılmaq” mənasını verən “#sallə” əvəzinə “əqamə” felini işlədir ki, bu sözün bir mənası da bir işi “layiqincə yerinə yetirmək” deməkdir.

İmam Malik, İmam Şafei, Əhməd ibn Hənbəl, İmam Əbu Yusif, İmam Cəfər kimi əksər fiqh alimlərinə görə tədili-ərkan #fərzdir. İmam Əbu Hənifə və tələbəsi İmam Məhəmmədə görə isə tədili-ərkan vacibdir. (İbn Abidin, Rəddül-muxtar, I, 465). Tədili-ərkanın fərz olduğunu söyləyən alimlərə görə, buna riayət etməmək namazı batil edir və belə hallarda namazı tədili-ərkana riayət edərək yenidən qılmaq lazımdır. (Əli əl-Qari, Risalə fil-has ala tədilil-ərkan fis-səlat.vr.127b,128a)
Tədili-ərkanın vacib olduğunu deyənlərə görə isə, tədili-ərkan yerinə yetirilmədikdə səhv səcdəsi edilməlidir.

“Xüşu ilə qılınmayan, rüku və səcdələri tam yerinə yetirilməyən namaz (axirətdə) qatı qaranlıq halında peyda olacaq və sahibinə “Məni #hədər etdiyin kimi Allah da səni hədər etsin” deyəcək. Allahın dilədiyi vaxt gələndə bu cür qılınan namazlar köhnəlmiş paltarlar kimi bükülüb sahibinin üzünə çırpılacaq“. (Təbərani, “Əl-mücəmül-övsat”, 7/183)

#Təənni (təmkin və aramla) hərəkət etmək Rahmandan, tələsmək isə şeytandandır” (Tirmizi, “Birr”, 66)

Tədili-ərkana riayətlə qılınan namazla əməl edilmədən qılınan namaz arasında çox deyil, bir neçə #dəqiqəlik zaman fərqi var. Hər bir rükətə ən az bir dəqiqə vaxt ayrılmalıdır.

Xoca Bahaəddin Nakşibənd Həzrətləri (ö.791 / 1389) namazda xüşu əldə etmək üçün bu dörd şərtin yerinə yetirilməsi lazım olduğunu söyləyir:

1. Halal loxma,
2. Allahın hüzuruna çıxacağı şüuru ilə dəstəmazı diqqətlə almaq,
3. İftitah təkbiri gətirərkən Allahın hüzurunda olduğunu hiss etmək,
4. Namaz xaricində da namazdaymış kimi hərəkət etməyə çalışmaq.

Quranda hər dəfə eyni ayələri təkrar-təkrar oxumaq insan üçün adiləşə bilər. Yeni ayələr əzbərləmək isə həm savab baxımından, həm də namazda diqqətin artması baxımından çox vacibdir. Həmçinin Quran oxumaq ən fəzilətli əməllərdəndir: "Quranı əzbər bilib oxuyan kimsənin misalı, vəhy daşıyan şərəfli və itaətkar mələklərin misalı kimidir. Çətinlik çəkərək Quran oxumağa davam edən kimsə üçün iki savab vardır". (əl-Buxari, Muslim Henefi«Xuşu-qorxub çəkinməkdən ötrü meydana gələn qəlbən və əmin olaraq təmkin və təvazökarlıqla namazı yerinə yetirməyin adıdır».



19-05-2019 02:31:37