Ana səhifə

Yalnız Allaha inanıb, digər iman əsaslarına -məsələn peyğəmbərə və ya taleyə- inanmayan mömin sayılar?


YazdırSend to friend

 

"İman hissələri qəbul etməz". Yəni, iman həqiqətləri bütündür; birinə iman etməmək insanı dindən çıxarmağa yetər. Allaha inanan bir mömin ONun kitabı olan Qurana da iman edəcək ki Rəbbini haqq bir etiqad üzrə bilsin. İnsan ağlı ancaq özünü və bu aləmi bir yaradanın olduğunu bilər, amma onun sifətlərini, hərəkətlərini, adlarını, əmr və qadağanlarını, əbədi yurdunu, cənnətin yollarını, Allah bildirmədikcə bilə bilməz. O halda Allaha və Qurana imanın bir-birindən ayrı düşünülməsi qəbul deyil. Qurana inanan insan, Peyğəmbərimizin risalətinə və vəhy mələyi Cəbrayıla (ə.s.) da inanma vəziyyətindədir. Bu isə peyğəmbərlərə və mələklərə imanın ilk və ən böyük addımı. Qurana və peyğəmbərə inanan bir insan isə Quranın bildirdiyi və Allah Rəsulunun (s.ə.s.) öyrətdiyi bütün həqiqətlərə inanar və bütün ibadətlərə sarılar.

 

Yalnız Allaha inanmaqla qurtuluşa çata biləcək topluluq, heç bir dindən, heç bir peyğəmbərdən xəbəri olmayan, özünə vəhy təbliğ edilməyən, ibadət nədir bilməyən kəslərdir. Əsrimizdə bu tip insanlar olduğun, bilmirəm. Əgər varsa onlar üçün yalnız özlərini birinin yaratdığına inanmaları kafi gələ bilər. Biz digər insanları bu yazıqların dərəcəsinə endirməklə deyil, bunları axtarıb tapıb özlərinə həqiqi imanı izah etməklə mükəlləfik.

 

Həqiqətə Doğru C: 3, Zəfər Nəşrləri

 

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz