Ana səhifə

YARADILIŞ DƏLİLLƏRİ: Qəlib dəlili


YazdırSend to friend

     Bir tennis topu düzəltmək istəsəniz, ilk öncə nə etməniz lazımdır?

   İlk olaraq edəcəyiniz, tennis topu üçün bir qəlib hazırlamaqdır. Qəlib olmadan onu istehsal edə bilmərsiz. Qəlibə olan ehtiyac, istehsal edilən hər əşya üçün keçərlidir.

    Məsələn süni bir çiçək düzəltmək istəyirsiz. Yenə ilk etməniz lazım olan, o çiçək üçün bir qəlib hazırlamaqdır. O çiçəyi ancaq bu şəkildə istehsal edə bilərsiz.

    İndi də torpağı düşünək:

  Oxşar torpaq beş yüz min növ fərqli bitkini özündə yetişdirə bilir. Hansı toxumu vəya çəyirdəyi o torpağa atsaz, ondan fərqli bir bitki və ağac çıxır. Bu hadisənin iki fərqli izahı ola bilər:

   1- Bu bitkiləri, çiçəkləri və ağacları yaradan Allah Təaladır. O'nun elmində hər bir bitki və çiçək üçün, elmi və mənəvi qəliblər var. Sonsuz elmi ilə hər bir bitki üçün, fərqli Qədər qəlibləri təyin etmişdir. Sonsuz olan qüdrəti ilə atomları və elementləri bu mənəvi qəliblərə sövq edər və o məxluqu yaradar. Bütün bunlar, Onun iradə etməsi ilə eyni anda baş verir.

    2- Əgər Allah Təalanın varlığı haşa qəbul edilməzsə, bu iki bənddən biri qəbul edilmək məcburiyyətindədir:

   A-) O torpağın içində bitkilərin sayı qədər maddi qəliblər olmalıdır. Torpaq, bu maddi nümunələri istifadə edərək bitkiləri icad edir. Çünki ortada bir əsər var və bu əsərin meydana gələ bilməsi üçün də qəlibə ehtiyac vardır. Qəlib olmadan belə intizamlı bitkilərin yaradılması mümkün deyil. Süni bir çiçək üçün belə maddi bir qəlibə ehtiyac olduğu halda, bu hədsiz çiçək və bitkilərin qəlibsiz yaradılması əlbəttə mümkün deyil. O halda torpaqda, beş yüz min fərqli növ üçün, beş yüz min fərqli qəlib vardır.

   Bu variantı, yəni bir saxsı torpağın içində beş yüz min fərqli qəlibin olduğunu qəbul etmək 'ağıl sahibləri üçün' mümkün deyil. Həmçinin iş sadəcə beş yüz min fərqli qəlib ilə də qurtarmır. Bu növlərin hər bir fərdinin fərqli bir şəkili var. Hətta yarpaq və çiçəkləri belə öz cinslərindən fərqlidir. O halda bu torpaqda, nəyinki beş yüz min maddi qəlibin olduğunu qəbul etmək, yaradılan bitkilərin sayı qədər maddi qəliblərin varlığını qəbul etmək lazımdır. Çünki heç bir bitki digərinə eyn ilə bənzəməz və hər biri özünəməxsus bir qəlib istəyir.

   B-) Əgər torpağın içində belə hədsiz maddi qəliblərin varlığını qəbul edə bilməsək -ki edəbilmərik- o zaman torpaqda mənəvi və elmi qəliblərin varlığını qəbul etməyimiz lazım olacaq. Çünki müntəzəm bir əsər, qəlib olmadan icad edilə bilməz. Əgər qəlib maddi olmazsa, elmi və mənəvi olmaq məcburiyyətindədir. Yəni o bir ovuc torpaq, bütün bitkilərin bədən strukturlarını, şəkillərini, yaradılış qaydalarını, üzərindəki yarpaqları, çiçəkləri, meyvələri bilməli və qüdrətilə də atomları bu elmi qəliblərə sövq etməlidir. Bu da ancaq bir ovuc torpağın, Allahın elmi qədər bir elmə və Allahın qüdrəti qədər bir qüdrətə sahib olması ilə mümkündür.

   Yekun olaraq: Torpaqdan çıxan bitkilər, çiçəklər və ağaclar bir qəlibdən çıxmış kimi mükəmməl bir şəkildə yaradılır. Göz önündəki bu xariqüladə yaradılışı gördükdən sonra ya deməliyik ki: "Bu bitkiləri yaradan Allah-u Təaladır. Allahın sonsuz elmində hər bir bitki üçün mənəvi və elmi qəliblər var. Atomlar, qüdrətin sövq ilə bu qəliblərə girir və bu şəkildə bitkilər xəlq edilir. "

   Əgər -haşa- Allahın varlığı inkar edilərsə, o halda gözümüz önündəki bu fəaliyyəti izah edə bilmək üçün bu iki sözdən birini qəbul edilmək məcburiyyətindəyik:

   1- Ya torpağın içində hər bir bitki üçün maddi qəliblər var. Torpaq, o maddi nümunələri istifadə edərək bitkiləri yaradır. Bu halda, bir saxsı torpağın içində bitkilərin sayı qədər maddi qəliblərin varlığı qəbul ediləcək.

   2- Əgər torpağın maddi qəlibi yoxdursa elmi və mənəvi qəlibləri olmalıdır. Yaradılan hər bitkinin vücud quruluşunu elmi ilə bilməli və qüdrəti ilə də zərrələri o mənəvi qəliblərə sövq etməlidir.

   Allahın sonsuz elmini və qüdrətini qəbul edə bilməyib Onu inkar edənlər, bir ovuc torpağa Allahın elmi qədər bir elmi və Onun qüdrəti qədər bir qüdrəti verərkən görəsən utanmırlar mı?

    Ya da həqiqətənmi, o torpaqda hər növ bitki üçün maddi bir qəlibin olduğunumu qəbul edirlər?

    Ya da saydığımız variantlardan başqa bir variantlarımı var ki, onunla bu əşyanın yaradılışını izah edirlər?

    Ya da hər şeyə gözlərini bağlayaraq "təsadüf" deyibmi keçirlər?

 

Müəllif: 


07-02-2017 09:27:38